Vilkis adaları

Vilkis adalarıNordenşeld arxipelaqının tərkibinə daxil olan adalar qrupu. Adalar Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnirlər. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Adalarda həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]. Nordenşeld arxipelaqının cənub-qərbində qərarlaşır və onun ən cənub qrupunu təşkil edir. Şimal-şərqdən Paxtusov adaları, şimal-qərbdən isə Şivolki adaları ilə sərhədlənir. Arxipelaqın digər adalarından Radzeevski boğazı ilə ayrılır.

Vilkins adaları
rus. Острова Вилькицкого
Ümumi məlumatlar
Adaların sayı 15
Hündür nöqtəsi 107 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
76°26′33″ şm. e. 95°12′15″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
Vilkins adaları xəritədə
Vilkins adaları
Vilkins adaları
Vilkins adaları' (Nordenşeld arxipelaqı)
Vilkins adaları
Vilkins adaları, Nordenşeld arxipelaqı

Vilkis adaları cənub-qərbdən şimal-şərqə uzanır. Cənub-qərbdən şimal-şərqə qədər olan məsafə 35 kilometrdir. Adalar arasında mədafə 8kilometri keçmir. Qrupun tərkibinə daxil olan Çabak adası ən böyük ada olmaqla yanaşı həm də ən hündür adasıdır. Onun hündürlüyü 107 metr təşkil edir. Adaların cənub nöqtəsi ilə Rusiyanın materik hissəsi ilə arasında olan məsafə 20 kilometr təşkil edir. Adalar 1901-cu ildə Eduard Toll tərəfindən rus geodeziyaçısı, hidroqrafı və Arktika araşdırmaçısı Andrey İppolitoviçin Vilkisin şərəfinə adlandırılmışdır[2].

Adalar qrupuna daxil olan adalar (şimal-şərqdən cənub-qərbə)

  • Novıy adası — qrupun şimal nöqtəsini təşkil edir.
  • Strijev adası — elə də böyük olmayan dairəvi ada. Qrupun şimalında qərarlaşır. Vilkins adalarınln ən ucqar şərq nöqtəsini təşkil edir.

Çabak adası — qrupun ən böyük adası.

Çenrtalnıy adası — qayalıqdan ibarət olan ada, Çabak adasının cənubunda yerləşir

Korsar adası — kiçik düzən ada, Çabak adasının cənub-şərqində yerləşir.

Qroznıy adası — elədə hündür olmayan ada. Çabak və Peta adaları arasında yerləşir.

Tuqut adası — elə də böyük olmayan ada, qrupun mərkəzində yerləşir.

Peta adası — orta olçülərə malik ada, Ada aypara formasına malikdir. Qrupun mərkəzindı yerləşir.

Smejnıy adası — elə də böyük olmayan ada, qrupun mərkəzində yerləşir.

Şvesov adası — kiçik düzən ada, qrupun mərkəzində yerləşir.

Cekman adası — qrupun sahəsinə görə ikinci böyük adası.

Kamenistı adası — ensiz uzun ada, Cekman adasının qərb sahillərinə yaxın yerləşir.

Ovalnıy adası — ovalvari formaya malik ada, qrupun cənubuda yerləşir.

Xoqard adası — ensiz, uzun ada. Şimaldan cənuba uzanır. Ürupun cənubunda yerləşir.

Qerberşteyn adası — qrupun ən cənub və ən qərb adası

  1. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  2. Andrey İppolitoviçin Vilkisin bioqrafiyası