Qibli muzeyi (三鷹の森ジブリ美術館, Mitaka no Mori Jiburi Bijutsukan?, Mitaka Meşəsi Qibli Muzeyi) – Yaponiya animasiya studiyası Studio Ghibli-nin işlərinə həsr olunmuş muzey. Yaponiyanın Tokio şəhərinin qərbində yerləşən Mitaka şəhərindəki İnokaşira parkında yerləşir. Muzey kompleksi uşaqlar muzeyindən, texnologiya muzeyindən, təsviri incəsənət muzeyindən ibarətdir və animasiya incəsənəti ilə texnikasına həsr olunub. Muzeydə "Qonşum Totoro" (1988) animesindən Kotobusun replikası, kafe, kitab mağazası, terras bağı və Studio Ghibli filmləri üçün xüsusi teatr var.
Qibli muzeyi | |
---|---|
三鷹の森ジブリ美術館 | |
Əsası qoyulub | mart 2000 |
Açılış tarixi | 1 oktyabr 2001 |
Mövzu | anime |
Ölkə | |
Yerləşir | 1-1-83 Şimorencaku, Mitaka, Tokio 181-0013 |
Direktor | Hayao Miyazaki |
İş rejimi | bazar ertəsi |
Bilet | 1.000 ¥, 700 ¥, 400 ¥, 100 ¥ |
35°41′46″ şm. e. 139°34′13″ ş. u. | |
ghibli-museum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin açılması ilk dəfə 1998-ci ildə planlaşdırılmışdır. Tikinti işləri 2000-ci ilin martında başlamış, muzey 1 oktyabr 2001-ci ildə açılmışdır.[1]
Muzeyin içində şəkil və video çəkmək qadağandır, muzey rəbərliyi bunun səbəbini muzeyin "nağıl dünyasına portal" olması ilə əlaqələndirir.[2] Hayao Miyazaskinin məqsədi insanların muzeyi gözləri və qulaqları ilə təcrübə etmələrini təmin etməsidir. Muzeyin şüarı Hayao Miyazaki tərəfindən yaradılıb və "Gəlin birlikdə itək" şəklindədir.[2][3]
Muzeyə biletləri ancaq girişdə almaq olar. Honkonqda, Tayvanda, Koreyada, Şimali Amerikada, Avropada və Avstraliyada biletləri LAWSON onlayn bilet mağazası ilə qabaqcadan rezerv etmək olur. Gələn ay üçün nəzərdə tutulmuş rezerv biletlər hər ayın 10-cu günündə yerli saatla 9-da satışa buraxılır. Rezervasiya olunmuş biletləri alandan sonra vaxtı və günü dəyişmək olmur. Biletlərin qiyməti müxtəlifdir: böyüklər üçün 1000 yen, 13-18 yaşlı uşaqlar üçün 700 yen, 7-12 yaşlı uşaqlar üçün 400 yen, 4-6 yaşlı uşaqlar üçün 100 yen təşkil edir. 4 yaşından kiçik uşaqlara isə pulsuzdur. Muzeyin girişində biletlər üzərində Studio Ghibli filmlərindən səhnələrin yer aldığı 35mm film stripləri ilə dəyişdirilir.[2][4][5]
Hər qonaq hər ziyarəti zamanı təkcə bir dəfə film izləyə bilər.
Studio Ghibli direktoru Hayao Miyazaki filmləri üçün istifadə etdiyi eskizlərə bənzər eskizlərdən istifadə edərək muzeyi özü dizayn etmişdir. Dizayn İtaliyanın Kalkata kəndinin memarlıq dizaynı kimi Avropa memarlığından ilhamlanmışdır. Muzeyində daxilində dəmir spiral nərdivanlar, interyer körpüləri, tikilinin hündürlüyü boyunca uzanan eyvanlar var. Bu nərdivanlar sərgilərə, ölü sonlara və körpülərə uzanır.[4] Bu cür xarakateristika Miyazakinin filmlərdəki ev dizaynlarını əks etdirir.[6]
Ghibli ilə balı sərgilərdən əlavə, muzeydə digər studiyaların işlərini nümayiş etdirmək üçün sahə var.
Qibli muzeyində studiyanın istehsal etdiyi qısa filmlər də nümayiş etdirilir. Muzeyində alt mərtəbəsində Saturn teatrı yerləşir.[2] Teatrın pəncərələri avtomatik aşağı enir və hər tamaşadan əvvəl və sonra açılır. Hayao Miyazaki bunu balaca uşaqları düşünərək dizayn edib, çünki düşünüb ki, onlar qapalı yerdən qorxa bilərlər. Muzeydə nümayiş etdirilən bəzi Ghibli filmləri:[7]
Muzeyin alt mərtəbəsində animasiyanın tarixi və elmi haqqında sərgi, "Tullanan Totoro" adlı üç ölçülü zoetrop, "Qonşum Totoro" animesinin personajlarının modelləri yerləşir. Birinci mərtəbədə animasiya studiyasının təqlidi qurulub. "Filmin doğduğu yer" adlı beşotaqlı sərgi illüstrasiya texnikaları ilə animasiya istehsalının kreativ prosesini göstərmək üçün nəzərdə tutulub.[4] Kitab və oyuncaqlarla dolu otağın divarları rəsmlər və illüstrasiyalar ilə bəzədilmişdir.[2] Başqa bir sərgi eskizlər, rəngləmə, arxaplan rəsmi, təmizləmə ilə animasiya filminin yaradılma prosesini nümayiş etdirir.
"Tri Hawks" Qibli muzeyində yerləşən kitab oxuma və alma otağıdır. Bu otaqdakı kitablar Hayao Miyazakinin tövsiyə etdiyi kitablardır. Muzeyin yerləşdiyi şəhər Mi-taka yaponca "Üç şahin" deməkdir. Otağın adı bu söz oyunundan gəlir.[2][8]
"Mamma Aiuto" muzeyin ən yuxarısında yerləşən suvenir və hədiyyə dükkanıdır. Adını "Porko Rosso" animesindəki səma quldurları qrupundan almışdır. "Mamma Aiuto" həmin animedəki hadisələrin cərəyan etdiyi İtaliyada "ana, kömək et" deməkdir. Müxtəlif əşyalar arasında klassik və qeyri-Yaponiya animasiya filmləri də satılır.[2]
Straw Hat Café Qibli muzeyinin yeganə oturacaqlı kafesidir. Kafe dörd uşaq anası olan ev xanımının köməyi ilə yaradılıb. Miyazaki kafedəki yeməklərin "ev xörəyi" dadında olmasını istəmişdir. Kafedə isti və soyuq qidalar, şirniyyatlar, çərəzlər satılır.[2] Burada "Külək dərəsi" adlı orijinal pivə satılır. Pivə Tanna Basin-də yerləşən Dairy Kingdom Oratche adlı pivə sexi tərəfindən hazırlanır. İçkinin loqosu Hayao Miyazakinin oğlu, Studio Ghiblinin animasiya rejissoru Qoro Miyazakinin əlyazmasından ibarətdir.[9]
Kotobus otağında 12 yaşaqədər uşaqlar böyük Kotobus oyuncağı ilə oynaya bilərlər. Kotobusu muzeyə sıxışdırmaq üçün animedə göründüyündən daha kiçik formada hazırlanmışdır.[2]
Muzeyin damındakı bağçada 5 metr hündürlüyündə Lupin III (II hissə) və Castle in the Sky animelərindən bir robot heykəli var.[4][10] Robot əsgər Kunio Şaçimaru tərəfindən hazırlanıb. Heykəl döyülmüş misdən 2 ilə hazırlanıb. "Castle in the Sky" animesindən məhək daşı da buradadır. Məhək daşı animedəki uçan qəsr Laputanın idarəetmə otağı daşının replikasıdır, üstündə qədim fars yazısı var.[11]
Tikilinin girişində muzeyin tavanı freska ilə bəzədilib. Freska studiyanın filmlərindən olan Kiki (Kikinin çatdırma xidməti) kimi personajların təsvirlərindən ibarətdir.[2]