Qizela Yanuşevska (alm. Gisela Januszewska, qızlıq soyadı Rosenfeld, həmçinin Kuhn və Roda kimi tanınmışdır) Avstriyalı həkim.[5]
Qizela Yanuşevska | |
---|---|
Doğum tarixi | 22 yanvar 1867[1][2][…] |
Vəfat tarixi | 2 mart 1943[1][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | soyqırım |
Təhsili | |
Fəaliyyəti | akuşer[d], həkim |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
22 yanvar 1867-ci ildə Moraviya rayonunun Drnovice (Avstriya-Macarıstan, hazırda Çexiya) kəndində, polis və yəhudi kökənli torpaq sahibi Leopold Rosenfeldin ailəsində anadan olub. Beş uşaqdan biri olmuş, Avstriyalı yazıçı və dramaturq Aleksandr Roda Rodanın bacısıdır. Brnoda xüsusi bir məktəbdən məzun olduqdan sonra, tezliklə özündən yaşca böyük olan Yoaxim Kuhnla evləndi. Tezliklə boşanma üçün müraciət etmiş və bir neçə il ərzində nikahı ləğv etmişdir. [6]
İsveçrəyə köçdükdən sonra, Sürix Universitetində təhsil almağa başladı və 12 aprel 1898-ci ildə Qizela Kun kimi tibb diplomu sahibi oldu. Sürix Qadın Xəstəxanasında doğuşda ilk təcrübəsini alan Qizela, 1898-ci ilin iyununda Almaniya imperiyasının Remşayd şəhərinə köçdü və Allgemeine Ortskrankenkasse'nin sığorta doktoru oldu. 1899-cu ilin mart ayında Bosniyanın şəhəri Banya Luka şəhərində rəsmi həkim olmuş. O burada ilk qadın həkim olmuşdur.Banya Luka karyerası zamanı o, Bosniyalı müsəlman qadınlara tibbi yardım etmək istəyən bir neçə həkimdən biridir. Bu dövrdə Qizela özündən 20 yaş böyük olan Ladislaus Yanuşevski ilə evləndi (1900-cü ildə) oldu.[7] Evlilikdən sonra Qizela Yanuşevska tibbi xidməti vəzifəsindən istefa etdi və Banya Luka'da müsəlman qadın dispanserinin başçısı olaraq çalışdı.O, həmçinin tibbdə praktika etmiş və kiçik əməliyyatlar aparmış ,təbii çiçək, tifo və sifilis olan xəstələrin müalicəsində şöhrət qazanmışdır. Lakin, o, ən çox vaxtı Bosniyada müsəlman qadınlar arasında yayılmış osteomalazi xəstəliynin müalicəsinə ayırmışdır. Ladislav Yanuşevskinin istefası və təqaüdə çıxmasından sonra onlar Avstriyanın Qrats şəhərinə köçdülər. Birinci Dünya müharibəsi başlamazdan qısa bir müddət əvvəl Qizela Qrats Universitetinə daxil olub doktorluq təhsilinə başlamışdı. 1916-ci ildə dul qalmış, hərbi komandanlığa daxil olmuş və hərbi tibbi cəbhədə yeganə həkim idi. Birinci Dünya Müharibəsi dövründə xidmətlərinə görə Yanushevska, Alman Qırmızı Xaç ordeni və Avstriyanın "Mülki vəzifələrə görə" ordeni ilə bir sıra mükafatlara layiq görülmüşdür. Müharibənin sona çatmasından sonra, 1919-cu ildə Qratsda öz təcrübəsini açdı və 1933-cü ilə qədər Ştiriya və Karintiyanın Tibbi Sığorta Assosiasiyasında tibbi məsləhətçi oldu. 1935-ci ilin sonunda Yanuşevska öz təcrübəsini ləğv etdi, lakin ictimai fəaliyyətlərini davam etdirdi. 1937-ci ildə Avstriya "Əmək ordeni" ilə mükafatlandırıldı. Anşluss dan sonra Qizela Yanuşevska nasizm rejimi qurbanı oldu: Qratsdakı mənzili 1940-cı ildə müsadirə olundu, Vyanaya getməyə məcbur oldu və Terezin düşərgəsinə deportasiya edildi. Elə bu məkanda 2 mart 1943-cü ildə vəfat etdi.[8] Banya Luka şəhərinin küçələrindən biri onun adını daşıyır.[9]