Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə.
Burada qocalara yer yoxdur | |
---|---|
ing. No Country for Old Men | |
Janr | dram filmi[1][2][…], kriminal triller[d], qanqster filmi[d], cinayət filmi, triller filmi, roman ekranlaşdırması[d] |
Rejissorlar |
Coel Koen İtan Koen |
Prodüserlər |
Skott Rudin Coel Koen İtan Koen |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Operator |
|
Bəstəkar |
|
Montajçı | Koen qardaşları |
İstehsalçılar | Miramax |
Distribütor | UIP-Dunafilm[d], Netflix, Miramax |
İlk baxış tarixi | 9 noyabr 2007[5][9], 29 fevral 2008[10], 28 fevral 2008[11] |
Müddət | 122 dəq. |
Büdcə | 25.000.000 $ |
Gəlir | 171.627.166 $[12], 74.283.625 $[13] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-Meksiko |
IMDb | ID0477348 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər. Atışmalar və gözlənilməz vəziyyətlərlə dolu Antonun Levelini təqib etməsi başlayır. Qoca Şerif — Ed Tom Bel onların izi ilə gedir, və hadisələr cərəyan etdikcə o başa düşür ki, köhnə vaxtlar keçib və artıq işdən dincəlmək zamanı gəlib çatıb.