Qol (mahnı)

Qol və ya digər adıyla "Milli Futbol"[1] — Azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi isə Aygün Kazımovaya məxsusdur. Çəkilişləri iyulun ilk ongünlüyündən başlayaraq, avqustun əvvəllərinə qədər davam edən klip xalq artistinin müqavilə əsasında çalışdığı Türkiyənin “DokuzSekiz Müzik Yapım” şirkətinin təşəbbüsü ilə “FilmLine” kompaniyasında istehsal olunub. Klipdə Aygün Kazımovanın vertolyotla Bakı səmasında çəkilişləri edilib.

sinql
Qol
İfaçı Aygün Kazımova
Yayımlanıb 12 sentyabr 2012
Janr pop
Dil azərbaycanca
Müddət 03:06
Bəstəkar Aygün Kazımova
Sözlərin müəllifi Namiq Qaraçuxurlu
Prodüser Dokuz Sekiz Müzik

Qızlardan ibarət milli yığmamızın futbolçu heyəti də xalq artisti ilə tərəf müqabili qismində çıxış ediblər. Klipin rejissoru Murat Küçük, görüntü rejissoru isə Vəli Kuzludur.[2][3] Çəkilişlər paytaxt Bakıda “Baku Crystal Hall”ın qarşısında, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Hökumət Evi, Muzey Mərkəzi qarşısında aparılıb. Klipdə “Dalğa” Stadionundan görüntülər də var.[4][5]

Hit parad[redaktə | mənbəni redaktə et]

Siyahı Ən
yüksək
EUROVISION MEMORIES SONG CONTEST[6] 22

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  2. "Arxivlənmiş surət". 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  3. "Arxivlənmiş surət". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  4. https://apa.az/sou_biznes/aygun-kazimova-azerbaycanda-kecirilecek-futbol-uzre-dunya-cempionatina-hesr-olunmus-klipini-teqdim-edib-fotosessiya.html[ölü keçid]
  5. http://m.lent.az/news/101410[ölü keçid]
  6. EUROVISION MEMORIES SONG CONTEST 19 aprel 2013 tarixində yüksəlmişdir

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]