Qorxmaz İmanov

İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki.[1]

Qorxmaz İmanov
İmanov Qorxmaz Cahangir oğlu
Doğum tarixi (83 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Tahir İmanov, Cabir İmanov
Elm sahəsi iqtisad elmləri
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Kibernetika İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Elmi rəhbəri "Fаzi iqtisаdiyyаt" laboratoriyası rəhbəri
Üzvlüyü
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1984

Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışmışdır. 1993–1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışmışdır. 1999–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışmışdır. 2001-ci ildən hal-hazırkı dövrə qədər AMEA Kibernetika İnstitutunda, əvvəllər baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müxbir üzvü seçilmişdir.

145-dən artıq elmi əsərləri, o cümlədən 30-dan artıq xaricdə məqaləsi nəşr etdirilmişdir. 28 elmlər namizədi yetişdirmişdir.

Ailəlidir. İki övladı var — TahirCabir İmanovlar.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Sosial-iqtisadi sistemlərin planlaşdırma modellərin inteqrallaşdırılmış sistemi.
  • İqtisadi sistemlərin struktur-funksional modeli, xalq təsərrüfatı balanslarının inteqrallaşdırılmış sistemi.
  • Fazi iqtisadiyyat

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • İmanov Q. C. İqtisadiyyatın proqnozlaşdırma modelləri. Bakı, "Elm", 1988 (rus.).
  • İmanov Q. C. İqtisadi sistemlər modelləri. Bakı, "Elm" , 1983 (rus).
  • İmanov Q. C. İttifaq respublikanın xalq təsərrüfat balansının inteqrallaşdırılmış sistemi, Мoskva, SSRİ EA MİRİ, 1981 (rus).
  • İmanov Q. C., Həsənli Y. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının modelləri , 2001"Elm" (az).
  • İmanov Q. C., N. F. Tağıyev, F. C. Məmmədov. Müasir iqtisadiyyat. Neyron şəbəkələri. Fazi məntiq. Azərbaycan Respublikası, 2003 "Elm" (az).
  • G. C. İmanov. "Fuzzy estimation of quality of socioeconomic system, Real Academia de Ciencias Economicas y Financieras, Barcelona, Spain, 2013, 68 p.
  • Иманов К.Д., Акперов Р.М. "Нечеткие модели оценки качества социальных систем", Lambert Academic Publishing, 2013, 69 с.
  • G. C. İmanov. Fuzzy Approach to the Estimation to the Ecological Sustainability index and investments distribution, A. M. S. E journals, Series D, Computer Science and statistics, p. 14, 2011
  • Fuzzy estimation of quality of socioeconomic system
  • Нечеткие модели оценки качества социальных систем
  • Проблемы экономической неопределенности и FUZZY модели
  • Nuevos mercados para la recuperacion economica: Azerbaiyan
  1. "isi.az". 2017-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]