Qriqori Ayrapetyan

Qriqori Mixayloviç Ayrapetyan (rus. Григо́рий Миха́йлович Айрапетя́н) və ya Qurgen Mamikonoviç Ayrapetyan (rus. Гурге́н Мамиконович Айрапетя́н; 9 (22) avqust 1914[1], Lüləsaz, Cavanşir qəzası[1]14 mart 1998, İrəvan) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, podpolkovnik.

Qriqori Ayrapetyan
Şəxsi məlumatlar
Doğum tarixi 9 (22) avqust 1914[1]
Doğum yeri
Vəfat tarixi 14 mart 1998(1998-03-14) (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü piyada
Rütbəsi podpolkovnik[d][1]
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Vətən Müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Leninqradın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Yaponiya üzərində qələbəyə görə" medalı "Əmək veteranı" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı

Qriqori Mixayloviç Ayrapetyan 18 fevral 1914-cü ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Lüləsaz kəndində anadan olmuşdur. O, 1936-cı ildən Sovet Ordusunda xidmət etmişdir. Ayrapetyan 1940-cı ildə SSRİ–Finlandiya müharibəsində iştirak etmişdir. O, İkinci Dünya müharibəsində illərində Qafqaz döyüşündə, Korsun–Şevçenko və Yassı–Kişinyov əməliyyatlarında iştirak etmişdir. Ayrapetyan Budapeştədək döyüş yolu keçmişdir. O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Ayrapetyan 1952-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. O, 1959-cu ildə ordudan buraxılmışdır. Ayrapetyan ardınca Ermənistan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində işləmişdir.[2]

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Qriqori Ayrapetyan 7 aprel 1940-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, "Qırmızı bayraq" ordeni, 2 "Qırmızı ulduz" ordeni və medallarla təltif olunmuşdur.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 Ајрапетјан Григори Михајлович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 196.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Герой Советского Союза младший лейтенант Г. Айрапетян. Я — командир штурмовой группы // Бои в Финляндии: Воспоминания участников. Ч. 2. — М.: Воениздат, 1941. — С. 256–261.
  • Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87–95382.