Qriqori Karapetoviç Baqyan (erm. Գրիգոր Կարապետի Բաղյան, rus. Григо́рий Карапе́тович Багя́н; 31 mart 1912[1][2], Quşçu, Yelizavetpol qəzası[1][2] – 27 sentyabr 1965[1][2], Qrodno[1][2]) — erməni əsilli SSRİ zabiti, general-mayor (1963), İkinci Dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945).[3]
Qriqori Baqyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 mart 1912[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 1965[1][2] (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ Silahlı Qüvvələri[1] |
Qoşun növü | piyada |
Rütbəsi | general-mayor[1][2] |
Döyüşlər | |
Təltifləri |
Qriqori Karapetoviç Baqyan 1912-ci ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasında yerləşən Quşçu kəndində (indiki Azərbaycanın Daşkəsən rayonunda) erməni kəndli ailəsində anadan olmuşdur. O, 1940-cı illərə qədər inşaatçı, tarix müəllimi, məktəb direktoru işləmişdir.[4]
Baqyan 1941-ci ilin fevralından Qızıl Orduda xidmət etməyə başlamışdır. O, İkinci Dünya müharibəsinin başlaması ilə döyüşlərdə iştirak etmişdir. Baqyan nasist qüvvələrlə döyüşlərdə Belarus cəbhəsinin 13-cü Ordusunun 15-ci qvardiya atıcı diviziyasının 47-ci qvardiya atıcı alayının siyasi zabitinin müavini kimi vuruşmuşdur. O, Stalinqrad yaxınlığında döyüşlərdəki iştirakına görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş və 1943-cü ilin mayında qərargah tərəfindən "Vıstrel kursları"na oxumağa göndərilmişdir. Burada rütbə qazanan Baqyan ardınca başqa hərbi hissəyə köçürülmüşdür.
Polkovnik-leytenant Qriqori Baqyan 4 aprel 1945-ci ildə 4-cü Ukrayna cəbhəsinin 1-ci mühafizə ordusunun 71-ci piyada alayına komandirlik etməyə başlamışdır. Ratibor şəhərinin cənubunda (Sileziya, indiki Polşa) alay Roqov qəsəbəsi yaxınlığında alman müdafiəsini yarmış, dərhal şəhərin cənubunda Oder çayını keçərək cənub sahilində körpübaşını genişləndirmək üçün döyüşə başlamışdır. Bu əməliyyata görə Qriqori Baqyanın Sovet İttifaqı Qəhrəmanı fəxri adına namizədliyi irəli sürülmüşdür.[5]
Ümumilikdə, Qriqori Baqyan İkinci Dünya müharibəsi illərində Ukrayna, Qafqaz, Polşa və Çexoslovakiya uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Qriqori Baqyan M. V. Frunze adına Hərbi Akademiyaya daxil olmuş və 1948-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1955-ci ildə Qriqori Baqyan K. E. Voroşilov adına Ali Hərbi Akademiyasını bitirdikdən sonra polkovnik rütbəsinə layiq görülmüşdür. Qriqori Baqyan ömrünün sonuna kimi SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. O, 1957-ci ilin oktyabrından 1959-cu ilə qədər Sibir Hərbi Dairəsinin tərkibində 85-ci atıcı diviziyasının (1957-ci ilin iyunundan 85-ci motoatıcı diviziyası) komandiri olmuşdur. Baqyan bundan sonra Sibir Hərbi Dairəsi komandirinin müavini vəzifəsində çalışmışdır.[6]
Qriqori Karapetoviç Baqyan 27 sentyabr 1965-ci ildə qəflətən vəfat etmişdir. O, İrəvanda dəfn olunmuşdur.