Qualcomm

Qualcommsimsiz rabitə vasitələrinin və ARM prosessorların hazırlanması və tədqiqi üzrə ixtisaslaşan şirkətdir.

Qualcomm
Ümumi məlumatlar
Tipi İctimai şirkət
Sənaye Mikrosxem[1], Simsiz Şəbəkələr[2]
Məhsulları CDMA mikrosxemləri, BREW, Eudora, OmniTRACS, MediaFLO, QChat, uiOne
Təsis tarixi 1985
Baş qərargahın yeri ABŞ ABŞ, Kaliforniya, San Dieqo
İqtisadi göstəriciləri
Birjada listinqi NASDAQ: QCOM
Ümumi kapital
  • 9.950.000.000 $ (26 sentyabr 2021)[5]
Ümumi aktivlər
  • 41.240.000.000 $ (26 sentyabr 2021)[5]
Ümumi gəliri $ 24.866 milyard (2013)[3]
Xalis mənfəəti $ 6.853 billion (2013)[3]
Əməliyyat mənfəəti $ 7.23 milyard (2013)[3]
Struktur
İşçi sayı 25 034(2012)[4]
Rəhbərlik
Təsisçilər Franklin Antonio
Adelia Kofman
Andryu Kohen
Kleyn Gilhousen
Irvin Cakobs
Andrev Viterbi
Harvey Vayt
www.Qualcomm.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1985-ci ilin iyulunda 7 sənaye veteranı Doktor İrvin Cakobsun evində (San Dieqoda) ideyanı muzakirə etmək üşün yığışdılar. Bu xəyalpərəstlər — Franklin Antonio, Adelia Kofman, Andryu Kohen, Kleyn Gilhousen, Irvin Cakobs, Andrev Viterbi və Harvey Vayt — qərara gəldilər ki, "Keyfiyyətli rabitə" qursunlar və plan telekamunikasiya sahəsində inkişaf etmiş şirkət qurmaq idi, tarix Qualcomm Incorporated ilə başladı.

1985 — Qualcomm yaradılır.[6]
1985 — ci ilin iyulunda 7 insan — Franklin Antonio, Adelia Kofman, Andryu Kohen, Kleyn Gilhousen, Irvin Cakobs, Andrev Viterbi və Harvey Vayt Qualcommun əsasını qoyurlar, şirkətin ilk ofisi Kaliforniyanın La Hoiya şəhərinda açılır.[6]
1985 — Qualcomm ilk müqaviləsini imzalayır və CDMA ilə işləməyə başlayır, təhlükəsiz rabitə üçün amerika ordusu tərəfindən istifadə olunan unikal rəqəmsal simsiz texnalogiya idi.[6]
1988 — Qualcomm şirkəti M2M rabitəsində pionerdirlər.[6]
1988 — ci ilin avqust ayında, Şirkət OmniTRACSı peyk əsasında məlumatların ötürülmə sistemi daşıma sahəsi üçün işə salmışdır.[6]
1989 — Qualcomm şirkəti Schneider National Trucking Company-dən ilk boyuk sifarişini alır.[6]

1991 — Qualcomm ictimai şirkət olur.[6]
1991 — ci ilin dekabrında Qualcomm şirkəti öz İPO-sunu edir, 4 milyon səhmləri NASDAQ ilə ictimaiyyətə təqdim edir.[6]
1993 — Qualcomm mobil internetdə özünü pioner kimi özü müəyyənləşdirir, CDMA ilə böyük uğurlar əldə edir.[6]
1993 — cü ilin fevralında Qualcomm CDMA üzərində əsas (TCP / IP) paketlər xidməti nümayiş etdirir.[6]
1993 — cü ilin martında Qualcomm ilk iki rejimli CDMA-AMPS mobil telefon təqdim edir. Bu CD-7000 modeli Qualcomm tərəfindən hazırlanmış ilk CDMA əsasında işləyən mobil telefondur.[6]
1993 -cü ilin iyulunda ABŞ Telekommunikasiya Sənayesi Birliyi CDMA mobil rabitəsini standart kimi qəbul edir. Qualcomm biznes modeli yoxlayır və bu müasir rəqəmli simsiz texnologiyaların qlobal yayılmasına qapı açır.[6]
1995 — Qualcomm infrastruktur təminatına başlayır, mikrosxem və lisenziyalaşdırma şöbəsini işə salır; CDMA Honkonqda kommersiya cəhətdən start verilir.[6]
1995 — ci ilin martında Britaniya Kolumbiyası "BC Tel Mobility"-ni, Kanada isə Northern Telecom (Nortel)-i seçdi Qualcomm ilə əməkdaşlıqda.[6]
1995 — ci ilin oktyabrında Qualcomm texnologiyaların transferi və strateji müttəfiqlik üçün Qualcomm Texnologiya Lisenziyalaşdırma (QTL) kimi tanınan blok biznes başladı.[6]
1995 — ci ilin oktyabrında Honkonqun Hutchison Telefon Ltd ilə ilk kommersiya CDMA xidməti istifadəyə verdi.[6]
1996 — CDMA qlobal texnalogiya olur.[6]
1996 — Bell Atlantic, Primeco, SKT (Koreya S) və Telefonica (Peru) kommersiya baxımından CDMA başlayır.[6]
1998 — İlk kommersiya xarakterli CDMA smartfonu.[6]
1998 — ci ilin sentyabrında Qualcomm pdq CDMA telefonunu təqdim edir. Məşhur Palm əməliyyat sistemi əsasında olan bu cihaz dünyanın ilk CDMA smartfonudur.[6]
1999 — Qualcomm fond indeksi olur, güclü məhsuldarlığı və gəlirin artımı onu S & P 500 indeksi və 1999 Fortune 500 siyahısına giriş əldə etmək üçün köməklik edir. Beynəlxalq Telekommunikasiya İttifaqı qlobal telekommunikasiya sistemləri nəzarət edən Birləşmiş Millətlər Təşkilatı3G simsiz standartları kimi CDMA2000 1X və WCDMA seçir.[6]

Qualcomm Tədqiqatlar Mərkəzi San Dieqo, Kaliforniya

2000GPS inteqrasiyası üçün ilk mikrosxem duzəldilir.[6]
2000 — ci ilin avqustunda Qualcomm ilk multimedia CDMA mikrosxemi və sistem proqramı təqdim edir.[6]
2001 — Qualcomm Brew təqdim edir. Bu ilin yanvarında Brew üçün CDMA əsaslanan simsiz cihazlar üçün açıq proqram platformasını göstərir.[6]
2002 — Qualcomm texnalogiyası məşhurluq qazanır. SK Telecom (SKT) Cənubi Koreya Respublikasında dünyanın ilk kommersiya EV-DO mobil şəbəkəsini işə salır.[6]
2003 — Qualcomm genişzolaqlı simsiz təkamülə başçılıq edir.[6]
2003 — cü ilin may ayında Qualcomm WCDMA mikrosxemlərinin dördüncü nəsilini elan edir.[6]
2005 — cu ilin noyabrında Qualcomm Scorpion prosessorunu təqdim etdi, qabaqcıl mobil mikroprosessor 1 Ghs emal sürəti və bərabər enerji səmərəliliyi verdi.[6]
2007 — cu ilin noyabrında Qualcomm Snapdragon platformasını təqdim edir və platformanın iştirakı ilə iki mikrosxem həllinidə təqdim etmiş olur.[6]
2009 — cu ilin fevralında Qualcomm dünyanın ilk tam çoxrejimli 3G/LTE inteqral mikrosxemini təqdim edir.[6]
2010 — cu ilin iyulunda Qualcomm SnapdragonTM ikili mikroprosessor nümunəsini göstərir.[6]

Qualcomm S&P 500, FORTUNE 500® ideks üzvlərindən biridir. ABŞ Əmək nazirliyinin "Əmək Naziri İmkanı Mükafatına Layiq Görülmüşdür".[7]

  1. "Chipsets". 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
  2. "Wireless Networks". 2014-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
  3. 1 2 3 "Filing Detail". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
  4. "Qualcomm employees". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
  5. 1 2 Qualcomm Inc. Annual Report 2021 SEC 10-K (ing.).
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 "History". 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-27.
  7. "Awards & Recognition". 2014-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.