Quduz

Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər.

Quduzluq
Quduzluq virusunun elektron mikrofotoqrafiyası
Quduzluq virusunun elektron mikrofotoqrafiyası
XBT-10 A82.-
XBT-10-KM A82.9, A82, A82.1, A82.0
XBT-9 071
XBT-9-KM 071[1][2]
DiseasesDB 11148
MedlinePlus 001334
eMedicine med/1374 
MeSH D011818
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
A- sərbəst Neqri cisimcikləri
B- sinir hüceyrəsi sitoplazmasında Niqri cisimcikləri
1-Ribonuklein polimeraz (L və P zülal)
2-Qlikoprotein
3-RNT zənciri
4-lipid qatı
5-ing. Nucleocápside proteica
6-zülal matrixsi

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]
Lui Paster 1885-ci ildə quduzluq vaksininin hazırlayarkən
Yozef Mayster quduzluğa qarşı ilk müvəfəqiyyətli peyvənd aparmışdır

Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir. L. Paster tərəfindən bu vaksinin yaradılması tibb elminin ən böyük nailiyyəti hesab olunur. 1885-ci ildə vaksin quduz heyvanlar tərəfindən dişlənmiş insanların xilasında L. Paster tərəfindən müvəffəqiyyətlə tətbiq edilmişdir.

Təkcə 1886-cı ildə antirabin peyvəndi sayəsində 2500 insan xilas edilmişdir.

1822-ci ildə V. Babeş və 1903-cü ildə A. Neqri tərəfindən quduzluqdan ölmüş heyvanların beyin hüceyrələrinnin sitoplazmalarında spesifik cisimciklər təsvir edilmişdir. Sonralar bu cisimciklər Babeş-Neqri cisimcikləri adlandırılmışdır. Nəhayət 1903-cü ildə P. Remlenje xəstəliyin virus təbiətli olduğunu sübuta yetirmişdir.

Quduzluğun törədicisi lat. rhabdovirus növündən, lat. rhabdovirideae ailəsinə aid olan neyrotrop virusdur. O, gülləvari formaya malik olub uzunluğu 80–180 nm-ə çatır. Vironun nukleokapsidi bir zəncirli RNT-dən ibarətdir. Virusun iki variantı məlumdur: təbii şəraitdə vəhşi heyvanlar arasında dövran edən küçə və antirabin vaksin almaq üçün işlədilən fiksasiyaolunmuş virusları. Küçə virusundan fərqli olaraq fiksasiyaolunmuş virus dəri altına peyvənd məqsədi ilə yeridildikdə sinir sisteminə keçmək qabiliyyəti olmur. Küçə virusundan fərqli olaraq fiksasiyaolunmuş virusun inkubasiya dövrü 12–15 gün deyil, daha qısa 4–7 gündür. Fiksasiyaolunmuş virusun vaksin ştammları küçə virusuna qarşı mükəmməl immunitet törədə bilir. Quduzluq virusu xarici mühitdə davamlı olmayıb, qaynatdıqda 2 dəqiqə ərzində məhv olurlar. 2–3%-li lizol və xloramin məhlulunda, 3–5%-li karbol və duz turşusu məhlulunda, 0,1%-li sulema məhlulunda, 70%-li spirtdə tez məhv olur. İstiqanlı heyvanlar üçün patogen sayılır. Quduzluq virusunu laboratoriya şəraitində heyvanların (ev dovşanı, ağ siçanlar və s.) beyin daxilinə yoluxdurmaq yolu ilə onların orqanizmində passaj edirlər, sonra toxuma kulturasında və toyuq yumurtasında intensiv artıraraq ondan vaksin almaq üçün istifadə olunur.

Quduzluq zoonoz infeksiyadır və onun virusunun əsas rezervuarı ət yeyən heyvanlar: tülkülər, çaqqallar, canavarlar (təbii epizootiyalar) və həmçinin ev heyvanları: itlər, pişiklər (şəhər epizootiyaları) sayılırlar. Yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüklərinə infeksiyalaşmış ağız suyunun bulaşması ilə baş verir. İnsandan bir qayda olaraq virus ötürülmür. Virus inkubasiya dövrünün sonuncu 7–10-cu günündən başlayaraq bütün xəstəlik dövrü ifraz olunur. İnsan bir çox yırtıcı heyvanlardan fərqli olaraq daha həssasdır. Xəstəliyə yoluxma halları ən çox kənd əhalisi arasında və xüsusən də uşaqlarda, mövsumi olaraq yaz-payız aylarında çox rast gəlinir.

Hər il təxminən Hindistanda 55 000 insan quduzluqdan tələf olur[3]. Təqribən ildə 10 milyon insan quduzluğa şübhəli xəstə kimi müalicə olunur[4]. Ona görə də heyvanlarla ehtiyatlı rəftar edin. Bu qədər.

Patogenezi və patoloji anatomiya

[redaktə | mənbəni redaktə et]

Virusun giriş qapısı, dəri üzərində az hallarda selikli qişalarda zədələnmələr: yaralar, sıyrıntılar sayılır. Çox yüksək neyrotropizmə malik virus mərkəzə qaçan sinir lifləri və perinevral boşluqlarla irəliləyərək mərkəzi sinir sisteminə çatmış olur. Virusun limfahemotogen yolla yayılması da ehtimal olunur. Mərkəzi sinir sisteminə keçmiş quduzluq birusu uzunsov beyin neyronlarından, hippokampda, beyin əsasının düyünlərində və onurğa beynin sol hissəsində fiksasiya olunur. Bu isə reflektorlu oyanmanın artmasına, sonradan isə ifliclərin inkişafına səbəb olur. Quduzluq üçün xarakterik olan tənəffüs və udma əzələlərinin qıc olması, azan, Dil-udlaqdilaltı sinirlərinin zədələnməsi ilə əlaqədardır. Sinir sisteminin parasimpatik şöbəsinin qıcıqlanması ağız suyinin axmasına və tər ifrazının artmasına, səbəb olur. Azan sinirinsimpatik sinir sisteminin müxtəlif düyünlərinin zədələnməsi ürək-damar sisteminin pozulmasına gətirib çıxarır. Daha sonra mərkəzdən qaçan sinir lifləri ilə ağız suyu vəzilərinin sinir uclarına çataraq xəstənin ağız suyuna keçmiş olur. Mikroskopik müayinələr zamanı patoloji anatomik dəyişiklik beyindəonurğa beynində də tapılir. Beyin toxumasının ödemi, damarların çoxqanlılığı, hippokampiya nahiyəsində uzunsov beyin, beyincik, onurğa beyni və simpatik qanqlionlarda qansızmaların olması xarakterikdir.

Patogenezi və patoloji anatomiya

[redaktə | mənbəni redaktə et]

Virusun giriş qapısı, dəri üzərində az hallarda selikli qişalarda zədələnmələr: yaralar, sıyrıntılar sayılır. Çox yüksək neyrotropizmə malik virus mərkəzə qaçan sinir lifləri və perinevral boşluqlarla irəliləyərək mərkəzi sinir sisteminə çatmış olur. Virusun limfahemotogen yolla yayılması da ehtimal olunur. Mərkəzi sinir sisteminə keçmiş quduzluq birusu uzunsov beyin neyronlarından, hippokampda, beyin əsasının düyünlərində və onurğa beynin sol hissəsində fiksasiya olunur. Bu isə reflektorlu oyanmanın artmasına, sonradan isə ifliclərin inkişafına səbəb olur. Quduzluq üçün xarakterik olan tənəffüs və udma əzələlərinin qıc olması, azan, dil-udlaqdilaltı sinirlərinin zədələnməsi ilə əlaqədardır. Sinir sisteminin parasimpatik şöbəsinin qıcıqlanması ağız suyinin axmasına və tər ifrazının artmasına, səbəb olur. Azan sinirinsimpatik sinir sisteminin müxtəlif düyünlərinin zədələnməsi ürək-damar sisteminin pozulmasına gətirib çıxarır. Daha sonra mərkəzdən qaçan sinir lifləri ilə ağız suyu vəzilərinin sinir uclarına çataraq xəstənin ağız suyuna keçmiş olur. Mikroskopik müayinələr zamanı patoloji anatomik dəyişiklik beyindəonurğa beynində də tapılir. Beyin toxumasının ödemi, damarların çoxqanlılığı, hippokampiya nahiyəsində uzunsov beyin, beyincik, onurğa beyni və simpatik qanqlionlarda qansızmaların olması xarakterikdir.

Quduzluqdan ölmüş insanların və heyvanların hippokampiya hüceyrələrində, beyinciyin Zommer zonasında və armudşəkilli neyronlarda sitoplazmatik törəmələr — Babeş-Neqri cisimciklərinin aşkar edilməsinin həlledici daqnostik əhəmiyyəti vardır. Muramsev üsulu ilə rəngləmə zamanı onlar göyümtül bənövşəyi rəngli törəmələr şəklində müəyyən edilir.

Quduzluğa tutulmuş xəstə
Quduzluğa tutulmuş it. Sonuncu mərhələ

İnkubasiya dövrü 12 gündən 90 günə qədər, nadir hallarda isə bir ilə qədər və daha çox davam edəir. Bu inkubasiya müddətinin dəyişkənliyi müxtəlif amillərdən, dişlənən şəxsin yaşından (uşaqlarda inkubasiya dövrü qısa olur), virusun reaktivliyindən, mərkəzi sinir sistemini zəiflədən şəraitin olmasından, dişlənmiş nahiyyənin mövqeyindən (baş boyun nahiyyələrindən dişləmələrdə inkubasiya dövrü qısa olur.), yaranın ölçü və dərinliyindən, orqanizmə düşən virusun miqdarından asılıdır.

Xəstəliyin gedişini 3 dövrə bölürlər:

  • xəbərdarlıq dövrü;
  • oyanma dövrü;
  • iflic dövrü.

2–3 gün davam edən xəbərdarlıq dövründə ümumi kefsizlik və başağrılarla yanaşı, dispeptik təzahürlər müşahidə edilir, temperatur subfebril olur. Dişlənmiş yara iltihablaşaraq, şişir, qızarır və sızıldayan ağrılar meydana çıxır. Psixikanın ilk pozğunluq əlamətləri: qorxu, dəhşət, həyəcan özünü büruzə verir. Xəstə qidadan imtina edir, yuxusu pozulur. Sonradan bu əlamətlərə udmanın çətinləşməsi, "döş sıxıntısı" kimi hallar da əlavə olunur.

Oyanma dövründə reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının inkişafı ilə xarakterizə olunur. Quduzluq üçün hidrofobiya — "sudan qorxma" tutmaları patoqnomonikdir. Xəstədə su içərkən, daha sonra suyu görərkən, onun şırıltısını belə eşitdikdə, hədda adı belə çəkildikdə tutmalar baş verir. Paroksizmlərə havanın hərəkəti (aerofobiya), parlaq işıq (fotofobiya) və ya gurultu (akustikafobiya) səbəb ola bilər. Tutma həyəcan, qorxu və narahatlıq ilə başlayır, sonradan ona hərəki oyanma qoşulur. Bu zaman bədən qəflətən diksinir, udlaq və qırtlaq əzələlərində ağrılı spazmalar baş verir, nəfəsalma çətinləşir. Bu zaman xəstənin görünüşü çox xarakterik olur: o, qışqıraraq başını və bədənini geriyə əyir, titrəyən əllərini irəliyə atır, su olan qabı itələyir. xəstənin boynu dartılır, əziyyətli qıcolmalar üzü pozur, o, göyərir və dəhşət ifadə edir. exzoftalm baş verir göz bəbəkləri genəlir, nəzərlər bir nöqtəyə yönəlir. İnspirator tənginəfəslik əmələ gəlir, bu zaman xəstə fışıltılı nəfəs alır, yardım istəyir, bəzən qusma halları da müşahidə olunur. Tutmaların qızğın çağında tənəffüsün və ürək fəaliyyətinin dayanması belə mümkündür. Xəstələr aqressiv olurlar, özlərini və ətrafdakıları cırmaqlayır, dişləyirlər, tüpürürlər, ümidsiz qəzəblə vurnuxur, geyimlərini cırırlar. Xəstələrin bu cür rəftarlarına uyğun olaraq xəstəliyi "quduzluq" adlandırmışlar. Oyanma dövrünün qızğın çağında görmə və eşitmə hallüsinasiyaları da inkişaf edir. 1–2 gün sonra dəhşətli ağız suyu axmağa başlayır (sialoreya). Onlar ağız suyunu da uda bilmirlər. Orqanizmin susuzlaşması, maddələr mübadiləsinin pozulması nəticəsində bədən kütləsi həddsiz azalmış olur. Həyəcanlanma 2–3 gün, nadir hallarda 6 günə qədər davam edir. Əgər tutmalar nəticəsində ürək və tənəffüsün dayanmasından ölüm baş verməzsə xəstəlik üçüncü dövrə keçir.

İflic dövrü psixi sakitləşmə ilə xarakterizə olunur. Qorxu, həyəcanlı-qüssəli əhvali-ruhiyyə aradan qalxır. Hidrofobiya, psixi oyanma tutmaları kəsilir, içmək, qida qəbul etmək imkanı sağalma ümidini artırır, lakin bununla yanaşı süstlük, apatiya, salivasiya artır, ətrafların və kəllə sinirlərinin lokallaşmasına görə müxtəlif lokalizasiyalı ifliclər, bulbar pozğunluqlar, çanaq orqanlarının funksiya pozğunluqları meydana çıxır, bədən temperaturu 42 °C-dək yüksəlir. Artan taxikardiya və hipotoniya xarakterikdir. Bu dövr 18–20 saat davam edir, beləliklə xəstə adətən ürək və tənəffüs mərkəzinin iflicindən ölür. Xəstəliyin ümumi davamı 3–7 gün, nadir hallarda 2 həftə və daha çox çəkir.

Xəstəliyin gedişinin klassik varantında quduzluğun diaqnozu çətinlik törətmir. lakin atipik və silinmiş klinik formalarda, xüsusən xəstəliyin erkən dövründə quduzluğu başqa xəstəliklərdən diferensasiya etmək lazımdır. Quduzluğun diaqnostikasında anamnez mühüm rol oynayır (quduzlu heyvanla kontakt, dişlənilmə halı). Fiziki müayinə zamanı tənəffüs ritminin dəyişməsinə, psixi pozğunluqlara (qüssəli, məyus əhvalruhiyyə), fikir verilməlidir. Oxşar klinik təsvirlərə tetanusda (lat. tetanus hydrophobica), deliriyada (lat. delirium tremens), atropin və srixninlə zəhərlənmələrdə, isteriyada rast gəlinir. Quduzluğun bulbar formasındakı əlamətlərə botulizmdə, letargin ensefalitdə, poliomielitdə də rast gəlinir. Xəstə sağ ikən onun laborator diaqnostikası çətin olur. Quduzluğun dəqiq diaqnostikası xəstəlikdən ölmüş insanın və heyvanın beyninin histoloji tədqiqi zamanı hippokampiya və beyincik nahiyyəsində Babeş-Neqri cisimciklərinin tapılması ilə təyin olunur. Bu törəmələr xəstəliyin 80–85%-də tapıla bilər. Quduzluğun spesifik və tezləşmiş diaqnostik metodu flüoressensiyaedici anticisimlər metodu və flüoressensiyaedici anticisimlərin qeyri-düzgün metodudur. birinci metod ölmüş heyvan və insanların ağız suyu vəzilərində, beyin toxumasında virusun induksiyası üçün yararlıdır. İkinci metod isə virusa qarşı zərdab anticisimlərini tapmaq üçündür.

Quduzluğun spesifik müalicəsi işlənib hazırlanmışdır. Xəstənin iztirabarını azaltmağa yönəldilmiş simptomatik müalicə aparılır. Quduzluğa tutulmuş xəstənin sakitliyə və xarici mühit qıcıqlarından: səs-küydən, parlaq işıqdan, havanın kəskin hərəkətindən qorunmağa ehtiyacı vardır. Onu sakit, bir qədər qaranlıqlaşdırılmış isti palatada yerləşdirirlər. Palatada fərdi post təyin edilir. Mərkəzi sinir sisteminin ifrat qıcıqlanmasının qarşısını almaq üçün yuxugətirici, qıcolma əleyhinə və ağrıkəsən dərmanlardan istifadə olunur. Tez başverən hipovolemiyaya — bədənin susuzlaşmasına qarşı intensiv infuzion terapiyadan istifadə edilir. Bura su-duz-elektrolit balansı təmin etməklə yanaşı, parenteral qidalanma məhlulları daxildirlər. İflic dövründə tənəffüs və ürək-damar sistemini stimullaşdırıcı vasitələr təyin edilir. Xüsusilə tənəffüs pozğunluğu zamanı xəstə intubasiya olunaraq süni tənəffüs rejiminə keçirilir.

Quduzlugun profilaktikası infeksiya mənbəyi ilə mübarizədən və insanın xəstəliyinin qarşısını almaqdan ibarətdir. Heyvanlar arasında quduzluğun ləğv edilməsi daha radikal tədbir sayılır. Bu məqsədlə sanitariya-baytarlıq tədbirlər kompleksi: itlərin saxlanılma rejiminin gözlənilməsi, şübhəli küçə it və pişiklərinin məhv edilməsi, ev və xidməti itlərin profilaktik vaksinasiyadan keçirilməsi, heyvanlarda quduzluğun vaxtında laboratoriya diaqnostikasının qoyulması və sanitariya-baytarlıq təbliğatının aparılması vacibdir. İnsanlarda quduzluğun qarşısı antirabik vaksinlərin köməyi ilə alınır. Quduz olan və ya şübhəli heyvan dişlədikdə virusun infeksiyalaşdırıcı dozasını azaltmaq məqsədi ilə yara birincili işlənilməlidir (dişlənən yerin sabunlu su ilə yuyulması və dezinfeksiyaedici məhlullarla təmizlənməsi). Bu inkubasiyon dövrü uzatmağa və vaksinasiyanın müvəffəqiyyətini artırmağa səbəb olur. Yaranın çərtilməsi və ya ona tikiş qoyulması məsləhət görülmür. Çünki bu əlavə olaraq sinir zədələnmələrinə və inkubasiya dövrünün qısalmasına səbəb ola bilər. Dişlənmiş şəxsə ilkin yardım göstərildikdən dərhal sonra quduzluğa qarşı vaksinasiya icra edilməlidir.

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Steffen, R. (15. April 2005): Tollwut: Nach dem Biss ist kurz vor dem Tod? (pdf). Deutschland: Auswärtiges Amt. Abgerufen am 20. Februar 2012.  (alm.)" (PDF). 2015-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-04-23.
  4. "Fact Sheet No 99: Rabies (Englisch). WHO (Sep 2011). Abgerufen am 20. Februar 2012". 2014-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-23.
  • Y. P. Şuvalova, İnfeksion xəstəliklər. Ali məktəblər üçün dərslik, Baki: Maarif, 1988 405–411 səh. ISBN 5 556 00039 5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]