Qurgen Qarnikoviç Nersiyan (erm. Գուրգեն Գառնիկի Ներսիյան; 15 oktyabr 1985[1], Stepanakert) — Ermənistan siyasətçisi, 2021-2023-cü illərdə DQR-nin baş prokuroru,[2] 22 fevral 2023-cü ildən avqust ayına qədər DQR-nin dövlət naziri.[3]
Qurgen Nersisyan | |
---|---|
23 fevral 2023 – 31 avqust 2023 | |
Əvvəlki | Ruben Vardanyan |
Sonrakı | Samvel Şahramanyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1985[1] (39 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Qurgen Nersisyan 14 oktyabr 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur.[4] 2002-ci ildə Xankəndində Avetik İsaakyan adına 10 saylı məktəbi, 2007-ci ildə Xankəndi Universitetinin İqtisadiyyat-hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 2007-ci ildən DQR-nin prokurorluq sistemində işləmiş və Ağdərə rayon prokurorunun köməkçisi-stajyeri təyin edilmişdir. 2008–2009-cu illərdə Ağdərə rayon prokurorunun köməkçisi və həmin prokurorluğun prokuroru vəzifələrində çalışmışdır. 2009–2011-ci illərdə Xankəndi şəhər Prokurorluğunda prokuror vəzifəsində işləmişdir. 2011–2015-ci illərdə Baş Prokurorluğun Korrupsiyaya, əmlak və iqtisadi fəaliyyətə qarşı mübarizə idarəsinin prokuroru, 2019-cu ilə qədər isə böyük prokuror vəzifələrində çalışmışdır. 2019–2020-ci illərdə Baş Prokurorluqda prokuror vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayından hüquq müdafiəsi fəaliyyəti ilə məşğuldur.[3]
11 fevral 2021-ci il tarixində DQR Milli Assambleyasının qərarı ilə Qurgen Nersisyan DQR-nin Baş prokuroru vəzifəsinə seçilmişdir. 23 fevral 2023-cü ildə Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan onu DQR-nin dövlət naziri vəzifəsinə təyin etmişdir.[3]
Qurgen Nersisyan 2014-cü ildən elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Beş elmi məqalənin və ondan çox nəşrin müəllifidir.