Luis Eçeverria Alvares (isp. Luis Echeverria Alvarez; 17 yanvar 1922[1][2][…], Mexiko, Meksika – 8 iyul 2022[3][4], Kuernavaka, Morelos, Meksika[3]) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1970-ci ildən 30 noyabr 1976-cı ilə qədər Meksika Prezidenti.
Luis Eçeverria | |
---|---|
isp. Luis Echeverria | |
| |
1 dekabr 1970 – 30 noyabr 1976 | |
Əvvəlki | Qustavo Dias Ordas |
Sonrakı | Xose Lopes Portilyo |
Şəxsi məlumatlar | |
Doğum adı | Luis Echeverría Álvarez |
Doğum tarixi | 17 yanvar 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyul 2022[3][4] (100 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, hüquqşünas |
Uşağı | 8 |
Dini | katolisizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5], hüquq[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Eçeverria 1940-cı ildə hakim İnstitusional İnqilab Partiyası (İİP) prezidentinin şəxsi katibi olmuş və 1945-ci ildə Meksika Milli Muxtar Universitetində hüquq dərəcəsi almışdır. O, siyasi dairələrdə sürətlə yüksəlmiş, hökumətdə və İİP-də bir sıra mühüm vəzifələrdə çalışmışdır. 1964-cü ildə prezident Qustavo Dias Ordas tərəfindən daxili işlər katibi təyin edilmişdir. O, 1968-ci ildə tələbə nümayişlərinə qarşı gördüyü sərt tədbirlərə görə ciddi tənqidlərə məruz qalmışdır.[6]
Eçeverria 8 iyul 2022-ci ildə Kuernavada yerləşən evində, 101 yaşında vəfat etmişdir.[7]