Quzuların səssizliyi (film)

Quzuların səssizliyi və ya Quzuların susması (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir.[8] Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə Oskar mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[9]

Quzuların səssizliyi
ing. The Silence of the Lambs
Janr Triller filmi
Əsas mövzu seriyalı qatil
Rejissor Conatan Demmi
Əsərin müəllifi Tomas Harris
Ssenari müəllifi Ted Telli
Baş rollarda Codi Foster
Entoni Hopkins
Skott Qlenn
Ted Livayn
Operator Tak Fudzimoto
Bəstəkar Hovard Şor
İstehsalçılar Strong Heart/Demme Production
Orion Pictures
Distribütor Orion Pictures[d], Netflix
İlk baxış tarixi 30 yanvar 1991[3], 19 aprel 1991[4], 11 aprel 1991[5], 14 fevral 1991[6], 1991
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Golden Globe Award for Best Actress – Motion Picture Drama
Müddət 118 dəqiqə[1]
Büdcə $19 milyon[2]
Gəlir $272.7 million[2]
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 1991
Sonrakı film Hannibal
Rəng rəngli
Çəkiliş yeri Pitsburq[7]
IMDb ID0102926
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər...

Çəkiliş[redaktə | mənbəni redaktə et]

Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur. Bu şəhərin arxitektura stili, film çəkilişinin müxtəlif yerlərdə olması illüziyasını yaradırdı. Klarisa və Hannibal Lekterin ilk görüşü zamanı aktyor Entoni Hopkins düz kameraya baxırdı. Onun sözlərinə görə, bu zaman tamaşaçıya personajın qatil haqqında bütün məlumatları bildiyi məlum olurdu.

Saundtreklər[redaktə | mənbəni redaktə et]

"Quzuların səssizliyi" filminin mahnıları Almaniyanın Münhen şəhərində "Münhenin simfonik orkestrı" tərəfindən 1990-cı ilin yay aylarında yazılmışdır.[10] Mahnıların bəstəkarı Hovard Şordur. Filmin saundtrek albomu "MCA Records" leyblı tərəfindən 5 fevral 1991-ci ildə istehsal edilmişdir.

İstehsalı[redaktə | mənbəni redaktə et]

Filmin əvvəlcə «Orion Pictures» tərəfindən payız fəslində prokata çıxarılacağını gözlənilirdi. Lakin bu kompaniya ilk öncə həmin ildə istehsal onunan və məşhur ABŞ aktyoru Kevin Kostnerin baş rol aldığı Canavarlarla rəqs filmini, ardınca "Quzuların səssizliyi" filmini prokata çıxarmışdır. Bu zaman «Orion Pictures» kompaniyası mühüm gəlir əldə etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Silence of the Lambs". British Board of Film Classification. February 6, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 20, 2013.
  2. 1 2 "The Silence of the Lambs (1991)". Box Office Mojo. April 16, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2014.
  3. Freebase Data Dumps. Google.
  4. http://www.dfi.dk/faktaomfilm/film/da/7798.aspx?id=7798.
  5. IMDb (ing.). 1990.
  6. IMDb (ing.). 1990.
  7. http://www.imdb.com/title/tt0102926/locations?ref_=tt_dt_dt.
  8. Matt Zoller Seitz. "Trash-talking nine classic movies: "The Silence of the Lambs"". Salon (website). 2010-09-10. 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-26.
  9. "Silence of the Lambs added to U.S. film archive". BBC. 28 December 2011. İstifadə tarixi: 28 December 2011.
  10. "Howard Shore – The Silence Of The Lambs (The Original Motion Picture Score)". Discogs. Zink Media, Inc. December 31, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2014.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40-41.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]