Quzuların səssizliyi və ya Quzuların susması (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir.[8] Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə Oskar mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[9]
Quzuların səssizliyi | |
---|---|
ing. The Silence of the Lambs | |
Janr | Triller filmi |
Əsas mövzu | seriyalı qatil |
Rejissor | Conatan Demmi |
Əsərin müəllifi | Tomas Harris |
Ssenari müəllifi | Ted Telli |
Baş rollarda |
Codi Foster Entoni Hopkins Skott Qlenn Ted Livayn |
Operator | Tak Fudzimoto |
Bəstəkar | Hovard Şor |
İstehsalçılar |
Strong Heart/Demme Production Orion Pictures |
Distribütor | Orion Pictures[d], Netflix |
İlk baxış tarixi | 30 yanvar 1991[3], 19 aprel 1991[4], 11 aprel 1991[5], 14 fevral 1991[6], 1991 |
Mükafatları | |
Müddət | 118 dəqiqə[1] |
Büdcə | $19 milyon[2] |
Gəlir | $272.7 million[2] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1991 |
Sonrakı film | Hannibal |
Rəng | rəngli |
Çəkiliş yeri | Pitsburq[7] |
IMDb | ID0102926 |
Vikianbarda əlaqəli mediafayllar |
Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər...
Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur. Bu şəhərin arxitektura stili, film çəkilişinin müxtəlif yerlərdə olması illüziyasını yaradırdı. Klarisa və Hannibal Lekterin ilk görüşü zamanı aktyor Entoni Hopkins düz kameraya baxırdı. Onun sözlərinə görə, bu zaman tamaşaçıya personajın qatil haqqında bütün məlumatları bildiyi məlum olurdu.
"Quzuların səssizliyi" filminin mahnıları Almaniyanın Münhen şəhərində "Münhenin simfonik orkestrı" tərəfindən 1990-cı ilin yay aylarında yazılmışdır.[10] Mahnıların bəstəkarı Hovard Şordur. Filmin saundtrek albomu "MCA Records" leyblı tərəfindən 5 fevral 1991-ci ildə istehsal edilmişdir.
Treklərin siyahısı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Main Title | 5:04 | |||||||
2. | The Asylum | 3:53 | |||||||
3. | Clarice | 3:03 | |||||||
4. | Return to the Asylum | 2:35 | |||||||
5. | The Abduction | 3:01 | |||||||
6. | Quid Pro Quo | 4:41 | |||||||
7. | Lecter in Memphis | 5:41 | |||||||
8. | Lambs Screaming | 5:34 | |||||||
9. | Lecter Escapes | 5:06 | |||||||
10. | Belvedere, Ohio | 3:32 | |||||||
11. | The Moth | 2:20 | |||||||
12. | The Cellar | 7:02 | |||||||
13. | Finale | 4:50 | |||||||
57:09 |
Filmin əvvəlcə «Orion Pictures» tərəfindən payız fəslində prokata çıxarılacağını gözlənilirdi. Lakin bu kompaniya ilk öncə həmin ildə istehsal onunan və məşhur ABŞ aktyoru Kevin Kostnerin baş rol aldığı Canavarlarla rəqs filmini, ardınca "Quzuların səssizliyi" filmini prokata çıxarmışdır. Bu zaman «Orion Pictures» kompaniyası mühüm gəlir əldə etmişdir.