Rüstəm Paşa külliyəsi (Təkirdağ)

Rüstəm Paşa külliyəsi — Təkirdağda XVI əsrə aid külliyə.[1] Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, kitabxana, qoşa hamam, bazar meydanı və karvansaradan ibarətdir. Bunlardan yalnız məscid, mədrəsə, imarət və karvansara Memar Sinan tərəfindən inşa olunmuş, külliyəyə daxil olan digər əsərlər isə müxtəlif dövrlərdə inşa olunmuşdur. Bu əsərlərdən yalnız məscidin inşa tarixini ön hissəsindəki kitabəsindən bilmək mümkündür. Bunlardan birində Rüstəm Paşa1553 tarixi qeyd olunmuşdur. İkinci kitabədə isə Sultan Əbdülməcidin adı və 1841 tarixi qeyd edilib. Buna görə də məscidin XIX əsrədək zərər gördüyü və həmin il yenidən bərpa olunduğu başa düşülür. Məscid və bazar meydanından başqa digər əsərlər tam olaraq günümüzə gəlib çatmamışdır.[2][3]

Rüstəm Paşa külliyəsi
Ölkə  Türkiyə
Şəhər Təkirdağ
Yerləşir Təkirdağ, Ərtoğrul məhəlləsi
Memar əsasən Memar Sinan
Tikilmə tarixi 1553, 1883
Üslubu Osmanlı memarlığı
Vəziyyəti Qismən fəaliyyət göstərir

Rüstəm Paşa məscidi

[redaktə | mənbəni redaktə et]

Məscid kvadrat planlı və tək gümbəzlidir. Daxilindəki bəzəmələr olduqca zəngindir. İlk bərpa dövründə gümbəzin mərkəzində və kənarlarında barokko üslubunda çiçək motivləri işlənmişdir. Sultan Əbdülməcid dönəminə aid olan bu bəzəmələr hal-hazırda yoxdur. Məscidin minarəsi çoxbucaqlı gövdədən, 34 m. hündürlüyə malikdir. Bundan başqa Sultan Əbdülməcid dönəmindəki təmir əsnasında məscidin həyətində çeşmə inşa olunmuşdur.[4]

Rüstəm Paşa mədrəsəsi və kitabxanası

[redaktə | mənbəni redaktə et]

Məscidin şərq cəbhəsinə paralel, 16 × 26 m. ölçülərində düzbucaqlı planlı olan mədrəsə binası, yanındakı kvadrat planlı məktəblə tamamlanır. Girişi külliyənin cənub qərbində olan mədrəsənin divarları daşdan, kəmər və gümbəzlərində isə kərpicdən istifadə olunmuşdur. İnşa xüsusiyyətlərinə nəzər salsaq, məscidlə eyni vaxtda vəya ondan daha öncə inşa olunduğu görünər. Mədrəsə dağınıq vəziyyətdə olduğu üçün 1880-ci ildə onun yerində məktəb inşa olundu. Cümhuriyyət illərində məktəb olaraq fəaliyyət göstərən bina hal-hazırda xarabalığa çevrilmişdir. Kitabxana olaraq bilinən yan tərəfdəki bina isə külliyənin şimal qərb küncündə yerləşir. Tək gümbəzli olan bina 8 × 8 m. ölçülərindədir. Sonradan əlavə olunan baca və ocaq yerlərindən başa düşülür ki, bina bir dönəm yeməkxana olaraq da istifadə olunmuşdur.[5]

Rüstəm Paşa hamamı

[redaktə | mənbəni redaktə et]

Mədrəsənin şərq cəbhəsinə bitişik olan qoşa hamam binası xalq arasında "Paşa hamamı" olaraq da tanınır. Kişilər üçün nəzərdə tutulan hamam binası kvadrat planlıdır və iki bölmədən ibarətdir. Divarları kəsmə daşdan, kəmər və üzərindəki gümbəzləri kərpicdən hazırlanan hamam binasının böyük bir hissəsi dağılmış, qalan hissələrinin üzəri isə taxta tavanla örtülərək anbar olaraq istifadə edilir.[6]

Məscidin qərbində yerləşən meydan 6 gümbəzli və 25,5 × 19 m. ölçülərindədir. Dörd tərəfə qapısı olan meydanın uzun tərəfində 3, qısa tərəfində isə 2 pəncərəsi var. 1949-1950 tarixlərində anbar olaraq istifadə edilən bu meydança 1972-ci ildə bərpa olundu və bəzi dükanlar yenidən inşa olundu. Külliyəyə aid olan karvansara və imarətin yeləşdiyi hissələr isə hələ də bilinmir.[7]

  1. Mustafa Cezar, Tipik Yapılarıyla Osmanlı Şehirciliğinde Çarşı ve Klasik Dönem İmar Sistemi, İstanbul 1985, s. 251-253
  2. Mimar Sinan’ın Hayatı ve Eserleri, Ankara 1988, s. 50
  3. Mehmet Tuncel, Babaeski, KırklareliTəkirdağ Məscidləri, Ankara 1974, s. 31-35
  4. Hikmət Çevik, Təkirdağ Tarixi Araşdırmaları, İstanbul 1949, s. 64-69
  5. Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s. 208-209
  6. Abdullah Kuran, “Sinan’ın Medreseleri”, Mimarbaşı Koca Sinan: Yaşadığı Çağ ve Eserleri (nşr. Sadi Bayram), İstanbul 1988, I, 250
  7. Şükran Pekel, Təkirdağ, Babaeski, Kırklarelində Osmanlı Memarlığı, İÜ Ed. Fak., s. 10-18