Rılski qardaşlarının yaşayış evi

Rılski qardaşlarının yaşayış evi1912-ci ildə polşalı Rılski qardaşlarının sifarişi ilə İosif Ploşkonun layihəsi üzrə keçmiş Politseyskaya küçəsi, 11, indiki Yusif Məmmədəliyev küçəsi, 11-də tikilmiş bina.[1] Hazırda binada Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı yerləşir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]

Rılski qardaşlarının yaşayış evi
Binanın 2022-ci ildə çəkilmiş şəkili
Binanın 2022-ci ildə çəkilmiş şəkili
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Yusif Məmmədəliyev küçəsi, 11
Aidiyyatı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı
Memar İosif Ploşko
Tikilmə tarixi 1912
Vəziyyəti yaxşı
İstinad nöm.3341
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Rılski qardaşlarının yaşayış evi (Bakı)
Rılski qardaşlarının
yaşayış evi

Bina 1912-ci ildə polşalı Rılski qardaşlarının sifarişi ilə İosif Ploşkonun layihəsi üzrə keçmiş Politseyskaya küçəsi, 11, indiki Yusif Məmmədəliyev küçəsi, 11-də tikilib.

Bu böyük dördmərtəbəli bina hündür qüllə və anbar mərtəbəsinə malikdir. Memar İosif Ploşkonun fasadın memarlıq kompozisiyası mərkəzi simmetrik ox üzrə iki orta mərtəbədə iki təzadlı üsuldan ibarətdir. Erkerlərin şaquli mütənasibliyi göstərilir. İkinci mərtəbədə erker bağlı pəncərə açırımları üslubundadır. Üçüncü mərtəbədə sütunlar üzərində mavritan cizgili lociyaların şəbəkəli tağları var.

Burada ikinci mərtəbənin pəncərə açırımı tağlarında naxış motivləri olan şaquli hamar çərçivələrin, tağların altında isə ənənəvi kapitelləri olan sütunların yerləşdirildiyi üsulun da memarlıq həlli diqqətəlayiqdir. Roma şəbəkələrindən ibarət balkonları saxlayan zəif ifadə olunan düzgün profil verilmiş taxça stalaktit kəmərlə bəzənən lociyalara keçidi təşkil edir.

Erkerin hər iki tərəfində dərin pəncərə açırımlarınm ahəngi hiss olunur, ikinci mərtəbədə nalabənzər, üçüncü mərtəbədə oxvari tağlar var. Divarların səthi tektonikadan məhrumdur və fasadın iri elementi olaraq dərin taxçalara verilib. Nəticədə bütövlükdə şərq-müsəlman motivlərində tikilmiş, milli-romantik istiqamət kimi öz dəyərini saxlayan eleqant memarlıq kompozisiyası yaranıb.[3]

1919-cu ildə bu binada Stefan Rılskinin rəhbərliyi ilə ilk diplomatik nümayəndəlik yerləşirdi.[4]

  1. Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 251-252. ISBN 978-9952-32-020-6.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 aprel 2022.
  3. Oktay Hacımusalı. "Bakıdakı məşhur binalarının memarı". anl.az. 11 fevral 2012. 10 sentyabr 2019 tarixində arxivləşdirilib.
  4. "Józef PŁOSZKO". polonia-baku.org. 10 sentyabr 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]