Müqəddəs Bakirə Məryəmin kosteli

Bu məqalə 1931-ci ildə dağıdılan kilsə haqqındadır. 2006-cı ildə tikilən kilsə üçün Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı) səhifəsinə baxın.

Müqəddəs Bakirə Məryəmin kosteli (rus. Костёл Пресвятой Девы Марии) - vaxtı ilə Bakıda yerləşmiş katolik məbədi hazırkı Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşirdi. 1912-ci ildə polşalı memar İosif Ploşkonun layihəsi əsasında ucaldılıb. XX-ci əsrin 30-cu illərində dağıdılıb.

katolisizm
Müqəddəs Bakirə Məryəmin kosteli
rus. Костёл Пресвятой Девы Марии (Баку)
Kilsənin ümumi görünüşü
Kilsənin ümumi görünüşü
Din
Yeparxiya Azərbaycan Həvari Prefekti
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Memarlıq
İnşa tarixi 19091912
Dövrü 1909-1912
Memarı İosif Ploşko
Üslubu Psvedoqotika
Binası Kafedral
Dağılıb 1930-cu illər
Bərpası 2005-2006
Vəziyyəti Dağıdılıb
Müqəddəs Bakirə Məryəmin kosteli xəritədə
Müqəddəs Bakirə Məryəmin kosteli
Müqəddəs Bakirə Məryəmin kosteli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbədin tarixi

[redaktə | mənbəni redaktə et]

Kostelin layihəsi İosif Ploşko tərəfindən 1909-cu ildə hazırlanıb. Məbədin tikilməsi üçün vəsaiti əsasən xeyriyyə yolu ilə polyakəsilli neft sənayeçisi olan Rılski ailəsi və Xəzərin dibindən neft hasilinin banisi Vitold Zqlenitski verirdi. Məbədin tikintisi 1912-ci ildə tamalanır. Məbədin tikilməsində əsas rolu oynayanların və kosteli ziyarət edənlərin əsası polyak olduğu üçün el arasında onu polyak kosteli adlandırırdılar. Məbədin yerləşdiyi yer isə camaat tərəfindən prestijli sayılırdı.[1]

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra bolşeviklər dinə qarşı müharibə elan edirlər. Digər məzhəblərin məbədləri olan Aleksandr Nevski soboruBibiheybət məscidi ilə birlikdə Müqəddəs Bakirə Mariya kosteli yeni hakimiyyətin hədəfinə çevrilir. 30-cu illərdə məbəd dağıdılır.[1]

1948-ci ildə məbədin yerində memar Həsən Məcidovun layihəsi əsasında Dzerjinski adına mədəniyyət sarayı (hazırda DTX Mədəniyyət Mərkəzi) tikilir.[2]

Kostel psevdoqotika üslubunda tikilmişdi. Onun layihəsi Polşanın bir sıra qotik soborlarından fərqlənirdi. Buna baxmayaraq, Ploşko məbədin arxitekturasında Polşa qotikasına uyğun xüsusiyyətləri əks etdirməyi bacarır. Fransız və ingilis qotikasında onu təmtəraqlılığın və dekorativ formaların zəngiliyinin olmaması fərqləndirdi. Kostelin əsas fasadı plastik cütqülləli kompozisiya kimi hazırlanmışdı. Memarlıq tarixçisi Şamil Fətullayevin fikrincə açıq tipli qüllələr malik olmuş kostelin silueti çox uğurlu alınmışdı.

Məbədin dam hissəsində krabblar yerləşdirilmişdi. Fasadın alt hissəsində rəsmlərin ciddi plastikliyi gözə çarpırdı. Fasada, Fətullayevin dediyi kimi ümumi kompozisiyaya uğurlu daxil edilmiş portal və roza pəncərəsi əlavə edilmişdi.

  1. 1 2 Şamil Fətullayev. "Юзеф Плошко" (Rusca). polonia-baku.org. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  2. VI - 545. Bakı: Azərbaycan Sovet Ensiklopediyası. 1982.