Aşağıdakı siyahıda memar və mülki mühəndis İosif Ploşkonun əsərləri göstərilmişdir. Ploşko 1866-cı ildə Varşavada polyak ailəsində doğulmuşdur. O, əvvəlcə Peterburq İmperator İncəsənət Akademiyasına daxil olmuş, sonradan isə I Nikolay adına Mülki Mühəndislər İnstitutunda təhsilini davam etdirmişdir.[1] İnstitutu qurtardıqdan sonra o, Kiyev şəhərinə göndərilmiş, oradan isə iş imkanlarının daha çox olduğu, həmçinin kifayət qədər tanış həmvətən memarların da fəaliyyət göstərdiyi Bakıya gəlmişdir.[2] Dini və ictimai binalar istisna olmaqla, Bakıda Ploşkonun layihələndirib inşa etdiyi on yeddi yaşayış binasının olması məlumdur.[2]
Memarın müəllifi olduğu binalardan ikisi dövrümüzə çatmamışdır. Onlardan biri memarın özünün də vəfat etdiyi 1931-ci ildə sökülmüş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, digər abidə isə Atlantlı ev kimi tanınan binadır. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Yanğın komandasının binası | Bakı, Bülbül küçəsi, 89 | 1899-1900-cü illərdə İ.K.Ploşko tərəfindən inşa edilmişdir. Şəhərin tarixi mərkəzinin strukturuna ayrılmaz şəkildə daxil olmuş mülki binalardan biridir. Həcm və məkan kompozisiyası, arxitektur kütlənin yeni məzmunda gözəl izahı, səmərəli istifadə edilmiş formalar binanın xüsusi diqqət çəkməsini təmin edir.[3] | 40°22′53″ c. e. 49°50′29″ q. u.HGYO | |
2 | Muxtarov məscidi | Vladiqafqaz, Koçoyeva küçəsi, 62 | Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində 1900-1908-ci illərdə Bakı milyonçularından Murtuza Muxtarovun sifarişi ilə inşa edilmişdir. Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir. Məscidin girəcəyi qot tağı (neştərəbənzər) ilə bəzədilmişdir. İki yaruslu, azan üçün eyvanı ola qoşa simmetrik minarələr girişin hər iki tərəfindən ucalmışdır. Minarələr və günbəz qızılı çubuqlar üzərində aypara ilə tamamlanır. Minarələrin hündürlüyü 33 m-dir. Məscid daxilində döşəmədən günbəzə qədər hündürlük 16.5 m-dir. Layihə zamanı Misirin paytaxtı Qahirə şəhərindəki Əl-Əzhər (970-972) və digər məscidlərin ornamentlərindən istifadə etmişdir. Tikinti zamanı istifadə olunan əhəng daşı Bakı ətrafındakı karxanalaradan aparılmışdır. [4] Bəzək və rəssamlıq əsasən də Х-ХII əsr Qahirə məscidlərini xatırladır. Dekorasiyasında ərəb əlifbası ilə Qurani-Kərimdən ayələr işlənmişdir. İki minarəsi və bir günbəzi olan məscidin giriş qapısı şimala tərəfdir.[5]. | 43°01′33″ c. e. 44°40′33″ q. u.HGYO | |
3 | Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi | Bakı, Azərbaycan prospekti və Rəşid Behbudov küçələrinin kəsişməsi. | 1909-cu ildə[6] Bakının xristian əhalisi üçün İ.K.Ploşkonun layihəsi əsasında qotik memarlıq üslubunda inşa edilmiş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi katolik kilsəsinin ümumi memarlığı ciddi olsa da, memar kompozisiya və dekorativ üsullardan istifadə edərək böyük ifadəliliyə nail olmuşdur. Kilsənin plastikaya malik ikiqülləli kompozisiyası olan baş fasadı da məhz belə traktə olunur. Kostyolun memar tərəfindən yaxşı işlənmiş silueti pilləli şəkildə tərtib olunmuş dik enişli taxtapuş xətti ilə müəyyənləşdirilmişdir. Taxtapuşun maili xətt üzrə çıxan şaquli tilləri, həmçinin yonulmuş açıq üslublu qüllələr və dam örtüyü krabbalarla bəzədilmişdi. Fasadın aşağı hissəsi ciddi plastik cizgilərlə işlənmiş, ümumi kompozisiyaya birgə daxil edilmiş portal və pəncərələr isə incə qızılgül naxışları ilə nəzərə çatdırılmışdı. Qızılgül naxışlarına simmetrik olaraq fasadda xristian müqəddəslərinin heykəlləri yerləşdirilmişdi.[6] 1931-ci ildə dinə qarşı kompaniya çərçivəsində Bibiheybət məscidi və Aleksandr Nevski kafedralı ilə yanaşı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi də dağıdılmışdır. Hazırda kilsənin yerində Bakı Bələdiyyə Teatrının binası yerləşir. | 40°25′00″ c. e. 49°52′59″ q. u.HGYO | |
4 | Azərbaycan Dövlət Kukla Teatrının binası | Bakı, Neftçilər prospekti, 36 | Azərbaycan Dövlət Kukla Teatrının binası 1908-1910-cu illərdə "Fenomen" sinematoqrafının binası kimi inşa edilmişdir. İri ionik pilyastrlarla işlənmiş hündür stilobat (sütunlar üçün özül) üzərində duran və balyustradalı attika ilə tamamlanan baş fasad Dənizkənarı bulvar ərazisində təntənəli görüntü yaradır [7]. Cinahlarda olan iki qüllə ümumi tikintinin siluetini canlandıraraq Bakının əksər binalarının memarlığı üçün ənənəvi olan kompozisiya üsullarını müəyyən dərəcədə davam etdirir ki, bu da şəhər tikintisinin fərdi memarlıq tamlığına xidmət edir. Baş fasadın mərkəzi hissəsi bir qədər irəli çıxaraq yarımdairə tağla açıq geniş pilləkənlərin apardığı giriş portalını nəzərə çatdırmışdır. Fasadın kompozisiyasının təmtəraqlılığı künc divar oyuqlarında heykəllər vasitəsiylə daha da gücləndirilmişdir.[8] Bina on il ərzində sinematoqraf və kazino kimi fəaliyyət göstərmişdir. 1921-ci ildə Zivər bəy Əhmədbəyovun layihəsi üzrə yenidən qurulduqdan sonra "Satiraqit" fəhlə teatrının binası kimi sitifadə edilməyə başlanmışdır. Daha sonra bina Kukla teatrının istifadəsinə verilmişdir.[9] | 40°22′01″ c. e. 49°50′21″ q. u.HGYO | |
5 | Hacı Sultanəli məscidi | Bakı, Murtuza Muxtarov küçəsi, 75 (Salatın Əsgərova küçəsinin kəsişməsi) | Hacı Sultanəli məscidi 1910-cu ildə[10] dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin sifarişi ilə inşa edilib. Məscid iki mərtəbədən ibarətdir. Üst mərtəbədə qadınların, aşağı mərtəbə isə kişilərin namaz qılması üçün nəzərdə tutulub. Dördbucaqlı formaya malik olan məscidin bir gümbəzi və bir minarəsi var. Ancaq nədənsə minarənin tikintisi tam başa çatmamış qalıb. Hazırda məscidin qarşısında olan minarə sonradan tikilib. [11] | 40°22′29″ c. e. 49°49′47″ q. u.HGYO | |
6 | İsmailiyyə Sarayı | Bakı, İstiqlaliyyət küçəsi, 10 | 1908-1913-cü illərdə Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmişdir. Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hal-hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. Venesiya qotikası[12][13] üslubunda tikilmiş İsmailiyyə sarayının fasadı çox plastikdir və yaxşı işlənmişdir. Fasadın memarlıq kompozisiyasının inkişafı şaquli xətt üzrə yan rizalitlər şəklində ardıcıl səciyyəvi xüsusiyyətə malikdir. İ. Ploşko öz yaradıcılığında bu üsula tez-tez müraciət etmişdir. Fasadın hədsiz dərəcədə plastik işlənməsi ona xüsusi gözəllik və rövnəq qatır. Burada təsadüfi memarlıq üsul və formaları müşahidə olunmur. Həcmli kütlələr fasadın ümumi memarlıq kompozisiyası ilə ahəng təşkil edən üfüqi və şaquli hissələrin itiliyi – bütün bunlar klassik qanunauyğunluğa əsaslanır.[14] | 49°52′56″ c. e. 40°23′43″ q. u.HGYO | |
7 | Yeni Avropa otelinin binası | Bakı, Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 | Bina Musa Nağıyevin sifarişi ilə 1910-1913-cü illərdə modern üslubda inşa edilib. Otel binası 4 lift, sanitar-texniki avadanlıqlar, buxar isidiciləri, gizli elektrik şəbəkəsi ilə təchiz edilmişdir. Binanın əsas konstruksiyası kimi burada dəmir-betondan geniş istifadə olunmuşdur. Liftlər olan hissə və pilləkən qəfəsinin önündə geniş künc vestibül yerləşir. Yastı damın üstündə estradasılı (çıxış etmək üçün səhnə) yay restoranı üçün məkan yerləşir. Otaqlar dəhlizlərin hər iki tərəfində düzülüb. Binanın həcmi - eyvanların plastikası və şaquli erekerlərin ahəngi sayəsində uğurlu memarlıq həllini tapmışdır. Birinci mərtəbənin yarımpərgar şəkilli yastı taxçaları və yonulmamış daşla hörülmüş kürəciklər müəllifin order sisteminə olan meylini büruzə verir.[15] Lakin, bu binada sənətkarım memarlığa tamamilə yeni yanaşması, konstruksiya həllinin daha rasional axtarışını görmək mümkündür.[16] | 40°22′12″ c. e. 49°50′20″ q. u.HGYO |
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Atlantlı ev | Bakı, Yusif Məmmədəliyev küçəsi, 16 | Yaşayış binası 1900-cü ildə barokko üslubunda inşa edilib.[17] Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox "Atlantlı ev" kimi tanınıb.[18] Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib.[19] Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi.[19] 2010-cu ilin əvvəllərində "Atlantlı ev" sökülüb.[18] |
40°22′16″ c. e. 49°50′21″ q. u.HGYO | |
2 | Məcidovların üç mərtəbəli yaşayış evi | Bakı, Rəsul Rza küçəsi 89 | 1903-cü ildə Məcidovlar ailsəi üçün inşa edilib. Daha sonra üçmərtəbəli yaşayış evində Nobelin işçiləri yaşamışlar. Bina küçə planında künc vəziyyətini tutmuş, erkerlərlə təsdiqlənmiş ifadəli bir görünüşə malikdir. Klassik formalarda işlənmiş fasadların plastikliyi orta mərtəbələrin intibah pəncərələrinin işlənmə ritmi nəzəri cəlb edir. Nazik profillərə malik yarımdairəvi arkaları isə pilyastrların ionik orderinə söykənmişdir. Bina həm də planlaşdırma quruluşuna görə fərqlənir. Memar Bakı şəraitində həyət tərəfdən ənənəvi şüşəbənd qoymaqdan imtina etmişdir. Binanın fasadları rəngkarlığı və yüksək inşaat mədəniyyəti ilə fərqlənir. Memarlıq element və detalları daş üzərində mükəmməl işlənmişdir.[20] | ||
3 | Nuru Əmiraslanovun üçmərtəbəli yaşayış evi | Bakı, Neftçilər prospekti, 65 | 1907-ci ildə İ.K.Ploşko tərəfindən inşa edilmiş Əmiraslanovlar ailəsinin yaşayış evi magistralın quruluşunda məsul şəhərsalma mövqeyi tutur. Fasadın həllində möhtəşəm profilləri və detalları ilə birgə klassik forma və üsullar, mərtəbələrin mütənasib şəkildə hissələrə ayrılması dəqiq əks olunmuşdur. Özünün intibah memarlığı motivləri, həxmli elementlərin nəcib modelləşdirilməsi ilə girişiç piştağı xüsusi diqqət çəkir. Həllinə görə divar naxışları, yapmalı plafonlarla birgə ön otaqların interyerləri maraq cəlb edir.[21] | 40°21′35″ c. e. 49°50′01″ q. u.HGYO | |
4 | Bəylərovun yaşayış evi | Bakı, Qoqol küçəsi, 20 (Lev Tolstoy 185 ünvanı ilə kəsişmə) | Bəylərovlar ailəsinin üçmərtəbəli yaşayış evi 1908-ci ildə İ Ploşko tərəfindən inşa edilmişdir və şüşəbəndlərin mövcudluğu ilə şərtlənən həcmli məkan strukturuna malikdir. Fasadlarım memarlıq kompozisiyası klassik formalarda qurulmuşdur. Bina bədii obrazının ciddiliyi və ifadəli bölmələri ilə seçilir. Blokların təmiz yonulmuş aqlay daşlarından hörgüsü və arxitektur detallar mükəmməlliklə yerinə yetirilmişdir.[22] | ||
5 | Musa Nağıyevin dördmərtəbəli qoşa mədaxil evləri | Bakı, 28 may küçəsi, 4-6 (arxa fasadlar Lev Tolstoy küçəsi 199-201) | Musa Nağıyevin qoşa mədaxil evləri 1908-1910-cu illərdə inşa edilmişdir. Binalar magistral küçənin ümumi tikintisində vacib yer tuturlar. Küçənin əsas arxitektur-kompozisiya planlaşdırması burada həll edilmişdir. Binaların birinci mərtəbəsində mağazalar, dəbdəbəli növə aid və möhtəşəm interyerləri olan yaşayış evləri isə modellər, poduqlarvə karnizlərin xüsusi profilləri vasitəsilə otaqlarda bədii mühiti açır.[23] Yaşayış evi rəsmin xəttləri vasitəsiylə vurğulanmış erkerlərin şaquli oxlarının ahəngliyi ilə Bakı modern üslubunun parlaq nümunələrindən biridir.[24] Daşın üzərində dərin relyefin arxitektur və dekorativ plastikası bu fərdi üslub istiqamətinin potensial imkanlarını üzə çıxarır. Burada hər bir arxitektur detal fasadın ümumi strukturu ilə kontekstdə heykəl səviyyəsində işlənmişdir. Binalar Ploşkonun yaradıcılığında xüsusi yer tutur.[24] | 40°22′31″ c. e. 49°50′40″ q. u.HGYO | |
6 | Musa Nağıyevin dördmərtəbəli mədaxil evi | Bakı, 28 may küçəsi, 10 | 1908-1910-cu illərdə İ.K.Ploşko tərəfindən inşa edilmiş Musa Nağıyevin mədaxil evi küçədə əsas şəhər-tikinti elementlərindən biridir. Memarlıq-incəsənət əlamətlərinə görə müasir stilli, lakin müəyyən hissələrində klassik üslub qorunan binalar qrupuna aiddir. Fasad zəif açılmış çökəklikli erkerləri ilə ifadə olunmuşdur. Vurğulanmış oxvari sistem, özünəməxsus pəncərə oyuqlarının ahəngi və fasadı bəzəyən çoxsaylı heykəltəraşlıq nümunələri maraqlı ahəng yaradır. Fasadın tərtibatında istifadə olunmuş dekorativ qırmızı kərpic əhəngdaşı ilə birgə mənzərəli palitra təşkil edir.[25] | 40°22′32″ c. e. 49°50′43″ q. u.HGYO | |
7 | Musa Nağıyevin dördmərtəbəli mədaxil evi | Bakı, Nizami küçəsi, 93 | Musa Nağıyevin mədaxil evi 1908-1910-cu illərdə inşa edilmişdir. Bina şəhər inşaatının miqyasını, küçənin memarlıq səciyyəsini təyin edən və əhəmiyyətli estetik yük daşıyan çoxmərtəbəli tikilidir. Bakı moderni üslubunda[26][27] inşa edilmiş bina, yan raskrepovkalara ayrılıb və dekorativ plastika ilə dolğun qoşa pəncərə oyuqlarına bölünüb. Fasadın inşaat strukturu, əsas memarlıq kütlələri və bədii elementlərin bölgüsü bu monumental binanın mahiyyətini qabardır. Evin dörd küncündə üçmarşlı pilləkənlərin yerləşdirilməsi ilə planlaşdırma həlli, həmçinin mənzillərin interyeri diqqət çəkir. [27] | 40°22′27″ c. e. 49°50′40″ q. u.HGYO | |
8 | Musa Nağıyevin mədaxil evi | Bakı, Rəsul Rza küçəsi, 23 (Nizami küç,48 və N.Rəfibəyli küç. 39 ünvanları ilə kəsişmə). | 1909-1910-cu illərdə Musa Nağıyevin sifarişi əsasında inşa edilmişdir. Bina şəhərin tarixi mərkəzinin məhəllələri strukturuna zəngin plastikliyi olan monumental fasadları və parlaq barokko memarlığı formaları ilə daxil edilmişdir. İnşaat və bəzək işləri çox yüksək səviyyədə həyata keçirilmişdir. Burada fasadların memarlığının hər bir element və detalı yüksək səviyyədə işlənmişdir. Yuxarıdakı üç mərtəbənin pəncərə oyuqlarının ritmi tam bir memarlıq kompozisiyası təşkil edir. Bu kompozisiya sanki plastik kütlənin qurulmasından alınan, əslində isə daş üzərində mükəmməl işlənmiş və tam bir blokdan yonulmuş heykəltəraşlıq elementlərindən ibarətdir.[28] | 40°22′19″ c. e. 49°50′19″ q. u.HGYO | |
9 | Musa Nağıyevin mədaxil evi | Bakı, Xaqani və Səməd Vurğun küçələrinin kəsişməsi | Bina 1910-cu ildə Musa Nağıyevin sifarişi ilə inşa edilmişdir. Ploşko burada klassik forma və üslubun orderli sistem stil istiqamətindən istifadə etmişdir. İonik sütunların iri pilyastrları küncdəki rizalitləri və mərkəzi hissəni iki mərtəbə üçün portik şəklində bağlamışdır. Növbələşən əyrixətli və düzbucaqlı sandrikləri, bahalalı çərçivələri olan pəncərə oyuqlarının ritmi mərtəbələrarası dartmanın proporsional bölgüsü və müvəffəqiyyətlə artırılmış karnizi ilə seçilən fasadın həcm plastikliyini müəyyən edir. Fasadda intibah tipli eyvan məhəccərləri xüsusi diqqət cəlb edir və evin bədii obrazının formalaşdırılmasında fəal iştirak edir.[29] | 40°22′21″ c. e. 49°50′31″ q. u.HGYO | |
10 | Murtuza Muxtarovun üçmərtəbəli mədaxil evi | Bakı, Rəşid Behbudov küçəsi, 25 | Bina 1910-cu ildə inşa edilmişdir.Binanın birinci mərtəbəsi və zirzəmisi mağaza və ofislər, digər mərtəbə isə hər bir şəraiti olan mənzillər üçün nəzərdə tutulmuşdur. Mənzillərin daxili planlı strukturunda iki cərgəli otaqlar və şüşəbənd yaradılmışdır. Pilləkən qəfəsinə baş giriş qapısı nəzərə çarpdırılmış portal ilə həll olunmuşdur. Fasadın memarlığında İtaliya intibah memarlığının formalarından istifadə olunmuşdur. Pilonlar arasında pəncərə açırımlarının iri yarımdairə tağları binanın kompozisiya quruluşunun monumentallığını əks etdirir. Korinf orderinin şaquli pilyastlarında, bütün görünüşündə klassikanın üfüqi bölmələri mövcuddur. Onlar qəsr daşları ilə profil verilmiş qoşa pəncərə açırımlarını saxlayan məqam şəklində çıxış edirlər. Beş tağ eyni vaxtda toskan orderinin pilyastrlarına əsaslanır. Memar İ. Ploşkonun öz əsərinin kompozisiya üsullarında istifadə etdiyi iki klassik orderin qarşılıqlı əlaqəsi fəaliyyətdədir. Mərtəbələrarası hissələr və üfüqi pəncərələraltı yerlər relyefli pilyastr bazası və pilonların çıxıntılı hörgüsü ilə yekunda fasadların üstündə çox incə işlənmiş bloklar kupesində plastik həcm quruluşu yaradır.[30] | 40°22′46″ c. e. 49°50′39″ q. u.HGYO | |
11 | Rılski qardaşlarının yaşayış evi | Bakı, Yusif Məmmədəliyev küçəsi, 11 | Yaşayış binası Rılski qardaşlarının sifarişi ilə 1909-1912-ci illərdə inşa edilib [31]. Arxitektur-planlaşdırma və həcmi fəza həllinə görə küçədəki koloritli binalardan biridir. Memarlıq kompozisiyası həcmi kütlələrin ustalıqla həll edilməsi, fasad elementlərinin gözəl təsviri, pilləkən qəfəsi və otaqların daxili tərtibatının işlənməsi sayəsində bina yüksək bədii keyfiyyətləri ilə fərqlənir. Fasadın ox üzrə klassika baxımından simmetrik şaquli kompozisiyası açıq tip erker, yüngül arxitektur formalar ilə pəncərə oyuqlarının ahəngdarlığı, haşiyələrin gözəl xəttləri və merlonlarla inkişaf etdirilmiş növdə stalaktit karniz ilə vurğulanmışdır. Bu yaşayış evi Plooşkonun ən yaxşı əsərlərindən biri hesab edilir. [32] | 40°22′13″ c. e. 49°50′21″ q. u.HGYO | |
12 | Yaşayış binası (İstiqlaliyyət küçəsi, 41) | Bakı, İstiqlaliyyət küçəsi, 41 | Bina 1910-1912-ci illərdə inşa edilib. Yüksək memarlıq və bədii keyfiyyətlərə malik, şəhərin tarixi mərkəzinin formalaşmasında iştirak edən tikililərdən biridir. Bina iki zəif formada irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadın nəcib, təvazökar plastikası üçün detalların incə çəkilməsi səciyyəvidir. Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri evin sahibinin mötəbərlitini və hansı mövqeyə sahib olduğunu göstərir. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar.[33] | 40°22′06″ c. e. 49°49′56″ q. u.HGYO | |
13 | Kərbəlayi İsrafil Hacıyevin evi | Bakı, Cəfər Cabbarlı küçəsi, 12 | Yaşayış evi İsrafil Hacıyevin sifarişi əsasında 1910-1912-ci illərdə inşa edilib. Ümumi kompozisiyası özünün həcmli sahələrinin modelləşdirilməsi ilə klassik ənənələrin pozulması haqqda məlumat verir. Fasadın tikintisi işıq və kölgə oyunu üsulu ilə həll edilsə də, onda kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə məxsus keyfiyyətlərə malikdir. Fasadın aydın çəkilməsi yeni arxitektura formasının mənzərəli və eyni zamanda mənalı anlayışını təqdim edir. Flank rezalitlərinin iki qala formasında tamamlanması, arka xəttlərinin səciyyəliyi, mərtəbələr arası yerlər, detallarının çoxluğu fasadın kompozisiyası arxitekturanın xüsusi görünüşünü yaradıb. Detalların zənginliyi ümumilikdə harmoniyanı pozmur. Arkaların timpanlarının daş üstü naxışların dərin relyefi verilən ayrı-ayrı memarlıq detallarının tamamlanmış rezalitlərinin gözəl çəkilməsi bu binanın simasında Bakı modernini Sankt-Peterburq və Moskvanın beton və malalı modernindən fərqləndirir.[34] Fasadın plastikası modern memarlıq detalları ilə divar səthinin prespektivli arka yerlərinin karnizinin qırıq xəttində davam edir. Mərmər ön qapı pilləkənin interyeri, karnizin şəkillərinin xarakterik xəttləri, vitraj plafon və qapılar ifadəli kompozisiya yaradır. Hacıyevin sifarişi ilə inşa edilmiş bu bina Bakı moderni və Ploşko yaradıcılığının şah əsərlərindən biri kimi qiymətləndirilir.[34] | 40°22′49″ c. e. 49°49′50″ q. u.HGYO | |
14 | Yaşayış evi | Bakı, Mirzə İbrahimov küçəsi, 13 (Həzi Aslanov küçəsi 47 ünvanı ilə kəsişmə) | Çoxmərtəbəli yaşayış evi 1911-ci ildə inşa edilib. Bina mənzillərin səmərəli planlaşması ilə fərqlənir. Fasadların şərhi şəhər memarlığının inkişafında divarların dekorativ işlənməsində memarların tikililərin tektonikliyini azaldan xırdalıqlardan imtina etdiyi yeni mərhələni başladır. Burada fasadın ciddiliyi yuxarı mərtəbələrdə azsaylı üfüqi bölmələrlə erkerlər vasitəsiylə nail olunmuş həcmilik modern üslubun təsirinə dəlalət edir.[35] | 40°22′26″ c. e. 49°50′05″ q. u.HGYO | |
15 | Murtuza Muxtarovun sarayı | Bakı, M.Muxtarov küçəsi, 6 | Saray 1911-1912-ci illərdə milyonçu Murtuza Muxtarovun sifarişi ilə Fransa qotik memarlığı üslubunda inşa edilib. Saray tamaşaçı qarşısında detalları Fransız qotikası ruhunda həll olunmuş fasadla bərabər künc qüllənin hissəsi şəklində durur. Memarlıq kompozisiyasının şaquli olması ətraf tikililər arasında hökmran mövqe tutur və binanın inşasına kimi şəhər quruluşunda belə yüksək həcm-məkan quruluşu mövcud olmamışdı. Binanın ümumi memarlıq kompozisiyası nəinki krabba və qotikanın digər elementləri ilə bəzədilən öz künc giriş portalı ilə, həmçinin fasadlardakı kəsişən tağların daşıdığı və həcm plastikasının xüsusi dünyasını yaradan nazik sütunları olan lociyalarla maraqlıdır. Şaquli rizalitlərin itiuclu frontonlar və bölmələrlə, çoxpilləli və səkkizguşəli piramida şəklində olan qüllələrlə ahəngdar şəkildə təcəssümünü taparaq binanın parlaq siluetini aşkara çıxarır. İri həcm dinamikası küçənin bütün məkan strukturuna işləyərək özünəməxsus memarlıq kompozisiyası yaratmışdır.[36] Şaquli bölünmələr və zirvədə iti üçbucaqlı frontona malik portal kənarı İ. Ploşkonun qılınc və qalxanlı cəngavərin yerləşdiyi kapitellə birlikdə tilli sütunlar formasında dayaqla nəzərə çarpdırılır.[37] | 40°22′07″ c. e. 49°49′53″ q. u.HGYO | |
16 | Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi | Bakı, Xaqani küçəsi, 47 | Musa Nağıyevin sifarişi ilə 1912-ci ildə inşa edilmiş bina Bakıdakı yaşayış binaları tikintisinin maraqlı nümunələrindən biri olmaqla, həcm-məkan strukturunun zənginliyi ilə fərqlənir. Bu da fasadların bir qədər ciddi modern ifadəsi olan memarlıq forması ilə yaxşı uyğunlaşır. Binanın küncdə yerləşməsi və çoxsaylı eyvanlar, erkerlər və lociyalarla zəngin siluetinin ümumi görünüşü onun şəhərin tarixi məhəllələr sistemindəki memarlıq və planlaşdırma əhəmiyyətini müəyyən edir. Raskrepovkaların öz şaquli oxlarına uyğun olaraq ritmik düzülüşü, dekorativ günbəzli taraşlanmış erkerlə vurğulanmış küncü binanın çoxplanlılığı və həcm plastikliyinin ifadəsidir. Bu quruluşda divarların üzlük materialı və memarlıq detallarında əhəngdaşı fəal rol oynayır.[38] | 40°22′32″ c. e. 49°51′05″ q. u.HGYO |
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Şamaxı Cümə Məscidi | Şamaxı, Seyid Əzim Şirvani küçəsi, 36 | XX əsrdə Cümə məscidinin Şamaxının planlaşdırılmasında və tikintisində tarixi abidə kimi əhəmiyyəti qəbul olunmuş və Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olmuşdur. 1903-cü ilin oktyabr ayında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə Komitə təşkil olundu. Komitə qarşısında əsrlər boyu Şirvanın mövcudluğunun və böyüklüyünün simvolu olan yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə dururdu. Ölçmə çertyojları və başqa materiallar olmadığına görə abidəni tam bərpa etmək müşkül idi. Başqa bir yol isə qədim bünövrə və qirunmuş hissələrin saxlanılması əsasında məscidin bərpa edilməsi idi. İnteryerini daxili məkana plastika cazibədarlığı, yüngüllük və prespektivlər verən tağlar, feska və arabeskalar bəzəyən, Şərqin bir çox dini tikililərindən fərqlənən məscidi unikal memarlıq abidəsi kimi qiymətləndirməyən Komitə ikinci variantı seçir. Məscidin inşası üzrə komitə Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova Cümə məscidinin yeni binası üçün layihə hazırlamağı tapşırdı. O, həm də dağıdılmış binanın cizgilərini saxlamalı və qismən də olsa binanın qalan hissələrindən istifadə etməli idi. Zivər bəy inşaat işlərinə başlayır, kürsülük daşı qoyulur, mərkəzi mehrabın arxa divarı qismən tikilmiş və yan divarların inşası davam edərkən memar və Komitə arasında narazılıq baş verir. İnşaat işləri dayandırılır və Əhmədbəyov tikintini tərk edir. Komit məscidin layihələşdirilməsini davam etdirmək xahişi ilə İ. Ploşkoya müraciət edir. Ploşko Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq memarlıq həllinin öz variantını təklif etdi. Həcm həllinin səciyyəsinə görə ciddi simmetrik kompozisiya sabit tikili deyildi. Baş fasadın çatma tağ sırasının üfüqi həcmi üzərində yüngül pavilyonlu açıq eyvanlara dayaq olan stalaktit pərvaza qədər get-gedə nazikləşən hündür minarələr səmaya doğru yüksəlir. Minarələrin şaquliliyi gərilmiş yay kimi son həddə çatdırılmışdır. Bu memarlıq motivi vasitəsi Şirvanşahlar saray kompleksinin əks-sədası kimi siluet yaradır. Siluet kompozisiyası əsas hissələrin həcm modelləşməsinə səbəb olaraq onun keyfiyyət strukturunu müəyyənləşdirmişdir. Planın üç yerə bölünməsi daxili məkanın təzahüründə az rol oynamamışdır. Bu təbii ki, müəlliflər tərəfindən təklif edilmiş üç günbəz şəklində həcmin xaricinin tamamlanmasını xarakterizə edir. [39] Məscidin tikintisi zamanı baş fasadın həllində layihədən yayınmalar olmuşdur. Mərkəzi giriş portalında bir sütunlu tağ sıraları sadələşdirilmiş, onu qoşa sütunlu düzbucaqlı açırımlarla əvəz etmişlər. Aydın ifadə olunmuş mərkəz olmadan açırımların ahəngi layihə müəllifinin ümid etdiyi kimi kompozisiyanın iyi qavrayışını vermirdi. Məscidin siluetinin mühüm elementləri olan minarələr inşa edilməmişdi, çünki onların yeri təyin olunmamışdı. Ola bilsin ki, vəsaitə qənaət edilməsi bu geri çəkilmələrə səbəb olmuşdu və iş icraçısı Cahangir bəy Sadıqbəyov müəllifin razılığı ilə tikintini bu istiqamətdə aparmışdır. Sütunların, sütun başlıqlarının hissələrinin əsas elementlərinin cizgiləri, karnizin həlli və həcmin tamamlanmasında müəllif fikirlərindən tamamilə istifadə olunmuşdur. Lakin, Ploşkonun layihəsindən bir qədər uzaqlaşılması kompozisiyanın memarlıq həllinin keyfiyyətini aşağı salmışdı. [40] | 40°18′31″ c. e. 49°49′13″ q. u.HGYO |
Так, одному из способнейших зодчих города И. Плошко, обладающему большим вкусом, незаурядным мастерством, принадлежат и общественные сооружения. Он построил здание «Исмаилия» в стиле венецианской готики…
Светлая венецианская готика — Исмаилия, которую называли «архитектурной симфонией», — стала шедевром другого польского архитектора, Плошко.