Kərbəlayi İsrafil Hacıyevin evi

Kərbəlayi İsrafil Hacıyevin eviBakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib.[1] [2] [3]

Kərbəlayi İsrafil Hacıyevin evi
Xəritə
40°22′49″ şm. e. 49°49′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Cəfər Cabbarlı küç.12
Memar İosif Ploşko
Tikilmə tarixi 1910-1912
Üslubu qotika
Vəziyyəti yaxşı
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Kərbəlayi İsrafil Hacıyevin evi (Bakı)
Kərbəlayi İsrafil Hacıyevin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər.[1]

İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır. Fasadın orta hissəsində rizalitlərin şaquli olması, bölünmələrin perspektivliyi pəncərələrin tağ açırımlarına çevrilərək, karnizin yumşaq əyrixətli bölünməsi ilə boşluğa keçmiş və yaşıl rəngli dekorativ kərpicdən istifadə olunmuşdur. Bu üsul Telefonnı küçəsi, 10-da da istifadə olunmuş və İ.Ploşko bunu bir daha həvəslə tətbiq etmişdir.

Binanın giriş qapısındakı heraldika

Mərkəzdən və rizalitlərdən qurulmuş ümumi memarlıq kompozisiyası düzgün profil verilmiş qüllə üzərində bölünür. İ.Ploşko bu konteksdə də öz modern motivlərini müəyyənləşdirir. Onun bütün üsul istiqamətlərində öz dəst-xətti vardır. Mərtəbənin planına uyğun olaraq sol rizalitdə sahibin kabineti yerləşir və nəhəng tağ açırımlarının şaquli şəkildə üç hissəyə bölünməsi ilə çıxış edir. Qəbul olunmuş üsul anbar mərtəbəsinə qədər onun öz qərarıdır. Fasadda tağ açırımları yastı camaxatanlar ilə müqayisədə işıq-kölgə sayəsində canlanır. Kabinetdən balkona çıxış eninə qədər dinamik daş kronşteynlərlə saxlanır. Fasad tağları altında naxışlı kəmərlə müşayiət olunur, lakin tağlar üç növdən ibarətdir. Formasına görə memara məxsus müstəqilliyə, gözəl müxtəlifliyə malik olan rizalit tağları fasadın giriş zalının mərkəzində isə yarımdairəvidir. Tağ haşiyələri tək-tək kəsmə naxış motivləri almışlar. Memar hətta böyük olmayan açırımlara da dinamika daxil etmiş, tağların yuxarısını təmiz saxlayır və fasad üzərindəki hissələrdə təzadlı əlaqələr iştirak edir

Ön giriş qapısı heraldika embleminə malik mürəkkəb nəfis kəsmə ilə portal kompozisiyasıdır. Bakı varlıları avropalıları yamsılayaraq öz monoqramlarını təşkil etmişlər və buna bir çox evlərdə rast gəlmək mümkündür. Portal üzərində kronşteynli balkonlarla divar açırımları ibarəli tağ ilə, təmiz divarlardan sonra şarlı dekorativ piramidalar ilə işlənmişdir. İ.Ploşko onları budaq şəklində modern üslubda naxışlarla bəzəmişdir. Onların üstündə isə refle edilmiş piramida şəkilli çadır yüksəlir.

Tağların, timpanların, ayrı-ayrı memarlıq detallarının daş üzərində motivlərin dərin qabarıq oyma ilə əla işlənməsi Bakı moderninin beton və suvaqdan ibarət MoskvaPeterburq modernlərindən fərqləndirir. Fasadın plastikası pərvaz xəttində möhkəm açırımların və divarların modern memarlıq detalları ilə həll edilməsi ilə davam edir.

Mərmər giriş pilləkənləri, pərvazların zərif səciyyəli cizgiləri və vitrinli qapıları olan interyerlər az təsiredici deyildir. Xüsusilə kabinetin bəzəkli tavanı diqqəti cəlb edir.[1]

  1. 1 2 3 4 Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 254-256. ISBN 978-9952-32-020-6.
  2. Şamil Fətullayev. "Плошко Иосиф Касперович - архитектор" (rus. ). ourbaku.com. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
  3. Ruqiyyə Mustafayeva. "Современное использование особняков Баку XIX-XX-веков" (rus. ). vzglyad.az. 20 noyabr 2015. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]