Qulamrza Rəşid Yasəmi (fars. غلامرضا رشید یاسمی; 19 noyabr 1896, Gəhvarə, Kirmanşah ostanı – 9 may 1951, Tehran) — kürd mənşəli İran[1] şairi, tərcüməçisi, akademiki və ədəbiyyat xadimi.
Rəşid Yasəmi | |
---|---|
fars. غلامرضا رشید یاسمی kürd. غوڵامڕهزا ڕهشید یاسمی ing. QolamReza Rashid Yasemi | |
Doğum tarixi | 19 noyabr 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 1951 (54 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qulamrza Rəşid Yasəmi 1895-ci ildə İranın Kirmanşah ostanında anadan olmuşdur. O, ibtidai təhsilini Kirmanşahda başa vurmuş, 1912-ci ildə Tehrana köçmüşdür. Rəşid Yasəmi orta məktəbi fransızdilli Sen-Luis məktəbində bitirmişdir.[2] O, təhsilini başa vurduqdan sonra 1918-ci ildə "Danışkadə" ədəbi cəmiyyətinin yaradıcılarından biri olmuşdur.[3] Rəşid Yasəmi həmçinin, "Şəfəq-e Sorx" qəzetində məqalə və tədqiqat dərc etdirmişdir. O, kürd, fransız, ingilis, ərəb və pəhləvi dillərini bilirdi. Rəşid Yasəminin 4 oğlu və 2 qızı olmuşdur. O, 1951-ci ildə insultdan vəfat etmişdir.