Film Azərbaycanın görkəmli sənətkarı, şair-dramaturq Hüseyn Cavidə ithaf edilmişdir. Taleyi böyük faciələrlə üzləşən şairin həyat və yaradıcılığının mühüm səhifələri filmin əsas süjet xəttini təşkil edir. Kinolentdə Cavidin olmazın müsibətlərə düçar olmuş ailəsi barədə, əsərlərinin səhnə taleyi haqında söhbət gedir.
Hüseyn Cavid | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Tofiq Mütəllimov |
Ssenari müəllifi | Tofiq Mütəllimov |
Operator | Rəfael Salamzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 540 metr 35 mm |
Rəng | rəngli |
Filmdə ədibin cənazəsinin Bakıya gətirilməsi, Naxçıvanda torpağa tapşırılması da əksini tapmış, dramaturqun "Topal Teymur", "İblis", "Ana" əsərlərindən fraqmentlər verilmişdir.
Film Azərbaycan Ali Təhsil Nazirliyinin sifarişi ilə çəkilmişdir.