Rəfiq Turan

Rəfiq Turan (türk. Refik Turan; 1956, İsparta) — Türk akademik, Türk Tarix Qurumunun keçmiş prezidenti.[1]

Rəfiq Turan
Refik Turan
Türk Tarix Qurumunun keçmiş prezidenti
6 mart 2015 – 20 aprel 2020
ƏvvəlkiMahmud Əli Beyhan
SonrakıƏhməd Yaramış
Şəxsi məlumatlar
Doğum tarixi 1956
Doğum yeri
Təhsili
  • Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsi[d]

Refiq Turan 1956-cı ildə Türkiyənin İsparta ilçəsində anadan olmuş, 1967-ci ildə ibtidai təhsilini, 1974-cü ildə isə İspartada lisey bitirmişdir. 1978-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin bakalavr pilləsini, 1980-ci ildə həmin universitetin Ümumi Türk Tarixi kafedrasında magistraturasını, 1983-cü ildə isə doktoranturanı bitirmişdir.

Qazi Təhsil fakültəsinin Sosial Elmlər Təhsili bölməsinin Tarix Təhsili qoluna köməkçi dosent vəzifəsinə təyin olunduqdan sonra 1989-cu ildə dosent, 1995-ci ildə professor adını qazanmışdır. 6 mart 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə təyin edilmişdir.[2][3]

TTQ-da vəzifəyə başladıqdan sonra ilk öncə 1915-ci il hadisələri üzərində işləyəcəyini açıqlayan Rəfiq Turan diqqətləri hadisələrin akademik, siyasi və təbliğat tərəflərinə yönəltməyə başladı. Hadisələrdə əsas müzakirə mərkəzi TürkiyəErmənistan münasibətləri olmasından daha çox başqa güclərin olduğunu açıqladı.[4] Qatıldığı tədbirlərin birində İslamın dünyaya gəlməsini dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu və bu dinin türklər tərəfindən qəbul edilməsi prosesini kimi qeyd etdi.[5]

Hələ də Türkiyədə mübahisəli olan Lozanna müqaviləsini müvəffəqiyyətli və qazanılan müharibələrlə mütənasib bir müqavilə olaraq görmədiyini bildirdi. Bu ritorikası Türk Tarix Cəmiyyətinin keçmiş rəhbərlərindən biri olan Yusuf Halaçoğlunun diqqətini çəkdi.[6]

Qurumun prezidenti olduğu dövrlərdə Türkiyənin aktual və tarixdən bəhs edən məsələlərinə dair mövzular başda olmaqla, erməni məsələsi, Pontus, Egey Adaları, Kipr, Balkanlar, Şərqi Aralıq dənizi, Qara dəniz, Orta Asiya, Qafqaz, Suriya və digər tarixi və mədəni mövzulara aid sənədli filmlər hazırladaraq Türk Tarix Qurumunun vasitəsilə xalqa çatdırdı.[7]

  • Refik Turan, Mustafa Safran, Muhammed Şahin, Semih Yalçın; Atatürk İlkeleri ve İnkılap Tarihi, Siyasal Kitabevi, 1994
  • Refik Turan, Nevin Ergezer; Genel Türk Tarihi I, II, III cilt - Ocak Yayınevi, 1994
  • Refik Turan; Türkiye Selçuklularında Hükümet Mekanizması Vezir ve Divan , Milli Eğitim Bakanlığı, 1995
  • Reşat Genç, Refik Turan, Ayhan Pala; Milli Tarih 6-7, Gendaş Yayınları, 1994
  • Refik Turan; Selçuklu Tarihi El Kitabı, Grafiker Yayınları,
  • Refik Turan, Güray Kırpık; Süleymanşah, Türk Tarih Kurumu Yayınları, 2018
  • Refik Turan, Güray Kırpık; Çaka Bey, Türk Tarih Kurumu Yayınları, 2017
  • Refik Turan, Güray Kırpık; 100. Yılında Kudüs, Matsa Basımevi, 2017

Türk Tarix Cəmiyyətindəki prezidentliyi dövründə Türk dünyasına xidmət etdiyinə görə 22-ci Beynəlxalq Mükafat ilə qiymətləndirilən Rəfiq Turan[8] eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tərəfindən elmi tədqiqatları və iki ölkə arasında akademik əlaqələrin inkişafına verdiyi töhfələrə görə fəxri doktor dərəcəsi ilə mükafatlandırılmışdır.[9] Türk Cümhuriyyətlərinin 25-ci Yubiley Medalına[10] sahib olan R.Turan, habelə Türk tarixi sahəsindəki fəaliyyətlərinə görə Anadolu Media Mükafatına layıq görülmüşdür.[11]

İnzibati vəzifələri və üzvlükləri

[redaktə | mənbəni redaktə et]
  • 1984-1987-ci illərdə Ankara Universiteti, Türk İnqilabı Tarixi İnstitutunun İdarə Heyətinin üzvü;
  • 1984-1991-ci illərdə Qazi Universiteti Təhsil Fakültəsi Sosial Elmlər təhsil bölməsinin başçısı;
  • 1991-1994-cü illərdə Milli Təhsil Nazirliyi, Türk təhsil İnstitutu, elmi məsləhətçi;
  • 1993-1995-ci illər Qazi Universiteti Təhsil Fakültəsi Tarix təhsili bölməsinin başçısı;
  • 1995-1997-ci illərdə Mədəniyyət Nazirliyi, Nəşriyyat Departamentinin Rəyasət Heyətinin Üzvü;
  • 1995-1998-ci illərdə Qazi Universiteti, Fakültə təhsil kafedrası, tarix təhsil bölməsinin müdiri;
  • 1995-2001-ci illərdə Atatürk yüksək mədəniyyət, dil və Tarix İnstitutunun Elmi-İcra Şurasının üzvü;
  • 1995-2004-ci illərdə Milli Təhsil Nazirliyinin Nəşrlər Departamentinin Nəşriyyat Şurasının Üzvü;
  • 1995-2002-ci illərdə Qazi Universitetinin Kastamonu Təhsil Fakültəsinin dekanı;
  • 2015-2020-ci illərdə Türk Tarix Qurumunun prezidenti;
  • 2015-2020-ci illərdə Atatürk yüksək mədəniyyət, dil və Tarix İnstitutunun üzvü;
  • 2016-cı ildə Qazi Universiteti rektorunun İdarə Heyətinin üzvü[12]
  1. "Prof. Dr. Refik Turan". 11 Jun 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  2. "Prof. Dr. Refik Turan, Türk Tarih Kurumu Başkanı!". 13 Mar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  3. "Görevlendirme kararı". 27 Mar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  4. "TTK'nın yeni başkanı Turan'ın ilk mesaisi 'Ermeni meselesi'". 13 mar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  5. "TTK BAŞKANI REFİK TURAN: "DÜNYA TARİHİ İSLAMİYET'İN DOĞUŞUYLA YÖN DEĞİŞTİRDİ"". 13 Mar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  6. "Türk Tarih Kurumu'na Lozan dersi". 6 Oct 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  7. "Atatürk'ün kurumundan alkışlanacak hareket". 29 Feb 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  8. "22. Uluslararası Türk Dünyasına Hizmet Ödülleri". 18 Jan 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  9. "Türk Tarih Kurumu Başkanı Prof. Dr. Refik Turan'a Fahri Doktora Unvanı Tevcih Edildi". 2 Feb 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  10. "'Türk Cumhuriyetleri 25. Yıl Madalyası Sahiplerini Buldu". 12 Feb 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  11. "Anadolu Medya Ödülleri". 27 Dec 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  12. "Prof. Dr. Refik Turan". 17 Jul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.