Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax:
Allahverdiyev.
Allahverdiyev Rəhim Allahverən oğlu (10 sentyabr 1976, Məmişlər, Dmanisi rayonu) — Qazaxıstanın Astana şəhərində Dünya Boks Assosasiyası (AIBA) tərəfindən beynəlxalq dərəcəli 3 ulduz və Azərbaycan Respublikasının əməkdar məşqçisi.[1]
Rəhim Allahverdiyev |
Doğum tarixi |
10 sentyabr 1976(1976-09-10) (48 yaş) |
Doğum yeri |
|
İdman növü |
boks |
Karyera illəri |
1993–h. h. |
Rəhim Allahverdiyev 1976-cı il 10 sentyabrda Gürcüstan SSR-in Dmanisi rayonunun (Başkeçid rayonu) Məmişlər kəndində anadan olub. İlk təhsilinə 1983-cü ildə Məmişlər kənd orta məktəbində başlayıb və 1993-cü ildə Bakıda 1 saylı Fizika-riyaziyyat və informatika təmayüllü liseydə orta təhsilini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub, 1997-ci ildə həmin universiteti əla qiymətlərlə bitirmişdir.[2] İkinci ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizəçilik fakultəsində boks ixtisası üzrə 2019-cu ildə bitirmişdir.[1]
1993-cü ildən Bakıda boks idman növü ilə məşğul olmaga başlamış və 1997-ci ildən 2000-ci ilədək boks karyerasını Rusiyada davam etdirib boks üzrə respublika və bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. Bütün qazandığı uğurlarına görə boks üzrə idman ustası adına layiq görülüb. Boksla yanaşı kikboks idman növü ilə də məşğul olub. O, "Qızıl əlcək" klubunda və 1 Saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində boks üzrə baş məşqçi kimi fəaliyyət göstərir.[2]
- 2000-ci ildən 2008-ci ilədək Azərbaycan Milli Yığma komandasının tərkibində dəfələrlə Azərbaycan çempionu, dünya, avropa və beynəlxalg turnirlərin qalibi və mükafatçısı
- 2002-ci ildə Yunanıstanda dünya üçüncüsü
- 2004-cü ildə İtaliyada dünya ikincisi
- 2005-ci ildə kişilər arası kikboksingq üzrə Azərbaycan çempionu
- 2006-cı ildə Moskvada peşəkarlararası interkontinental kəmərin sahibi
- 2008-ci ildə Kiprdə dünya çempionatında qızıl medal qazanaraq dünya çempionu Bütün bu uğurlarına görə Rəhim Allahverdiyev kikboks idman növü üzrə əməkdar idman ustası adına layiq görülüb. Rəhim Allahverdiyev öz karyerası ilə bərabər 2000-ci ildən Qızıl əlcək idman klubunda boks və kikboks idman növləri üzrə baş məşqçi vəzifəsində fəaliyyətə başlayıb.[3] 2007-ci ildən kikboks üzrə gənclərdən ibarət Azərbaycan milli yığma komandasının baş məşqçisi kimi çalışmağa başlayıb.
Məşgqçi kimi fəaliyyətə başladıqdan sonra qısa zaman ərzində yetirmələri Azərbaycan və dünya arenalarında böyük uğurlara imza atiblar.
- 2008-ci il İtaliya. Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin dünya çempionatı: Şaban Şahpələngov qızıl, Elçin Bayramov qızıl, Vaqif Bəhlulzadə, Məhəmməd Nəsirov, Kamran Orucov və Zaur Ramazanov bürünc medallar qazanıblar
- 2009-cu il Xorvatiya. Kikboks WAKO versiyası üzrə gənclər və yeniyetmələrin avropa çempionatı: Şaban Şahpələngov qızıl, Elçin Bayramov gümüş, Şakir Xəlilov, Məhəmməd Nəsirov və Kamran Orucov bürünc medallar qazanıblar.
- 2010-cu il Bakı. Kikboks WAKO versiyası üzrə kişilərin Avropa çempionatı: Elçin Bayramov qızıl medal.
- 2010-cu il Bakı. Boks üzrə gənclərin dünya çempionatı: Şaban Şahpələngov qızıl medal qazanmış və gənclərin 2010-cu ildə Sinqapurda keçirləcək ilk olimpia oyunlarına vəsiqə qazanmış.
- 2010-cu ildə Dünya Həvəskar Boks Assosasiyası (AIBA) tərəfindən Qazaxıstanda keçrilən konfransda Şaban Şahpələngov planetin ən gənc və ən güclü boksçusu seçilib.
- 2011-ci il İtaliya. Kikboks WAKO versiyası üzrə gənclərin avropa çempionatı: Zaur Ramazanov qızıl, Kamran Orucov qızıl, Rauf Əmirbəyov gümüş, Nicat Rəhimov gümüş, Məhəmməd Nəsirov və Ismayıl Əliyev bürünc medallar qazanıblar.
- 2012-ci il Slovakiya. Kikboks WAKO versiyası üzrə dünya çempionatı: Rəhim Əliyev gümüş, Sərxan Əsgərov bürünc medal qazanıblar.
- 2012-ci il Bakı. Boks üzrə Tələbələrin dünya çempionatı: Şaban Şahpələngov qızıl medal.
- 2013-cü il Rusiya. Boks üzrə dünya kombat oyunları: Elnur Suleymanov gümüş medal[1].
- 2015-ci il Bolqarıstan. Kikboks WAKO versiyası üzrə dünya kuboku: Ruslan Əliyev qızıl medal.
- 2016-cı il Rio Olimpiya oyunları: Boks üzrə Kamran Şahsuvarlı bürünc medal.
- 2016-cı il Bakı:Rəhim Əliyev kikboks üzrə AFSO interkontinental dünya kəmərinin qalibi.
- 2018-ci il İtaliya. Boks üzrə gənclərin Avropa çempionatı: Nicat Həsənov gümüş medal qazanaraq 2018-ci ilin oktyabr ayında Argentinada keçriləcək gənclərin 3-cü Olimpiya oyunlarına lisenziya qazanıb.
Rəhim Allahverdiyev boks və kikboks idman növləri üzrə onlarla Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibləri yetişdirib. İdmanda qazandıgı uğurlarına və xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Allahverdiyev Rəhim Allahverən oğlu Azərbaycan Respublikasının fəxri vətəndaşı adına laig görülüb[4].
Məşqçi kimi göstərdiyi nəticələrinə görə 2011-ci ildə boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülüb.
2013-cü ildə Qazaxıstan Astana şəhərində Dünya Boks Assosasiyası AIBA tərəfindən beynəlxalq dərəcəli 3 ulduz məşqçi sertifikatına layiq görülüb.[1]
2018-ci ildə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev tərəfindən boks üzrə əməkdar məşqçi Rəhim Allahverdiyev idmanda qazandığı nailiyyətlərə görə mənzillə mükafatlandırılıb.
Rəhim Allahverdiyev ailəlidir. İki oğul övladı var.