Rafiq Salmanov

Rafiq Salmanov (d.20 aprel 1949, Bakı ş.)-(ö.29 noyabr 2018, Bakı ş.) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və “Qızıl qələm” mükafatları laureatı, “Azərbaycan pioneri”, “Vışka”, “Xalq qəzeti” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir[1].

Rafiq Salmanov
Doğum tarixi 20 aprel 1949(1949-04-20)
Doğum yeri Bakı
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
Tanınır Fotojurnalist
Mükafatları “Qızıl qələm”, YUNİSEF mükafatları

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rafiq Salmanov 1949-cu ildə Bakıda anadan olub. Orta məktəb illərindən bədii yaradıcılığa maraq göstərib. İncəsənət sahəsində ixtisas təhsili aldıqdan sonra bir müddət paytaxtın mədəni-maarif ocaqlarında çalışıb.[2]

Bədii fotoqrafiya sahəsində ərsəyə gətirdiyi seçilən nümunələr, mədəniyyət mövzusunda ilk qələm təcrübələri və qəzet-jurnal redaksiyaları ilə sıx əlaqələri çox keçmədən Rafiq Salmanovu jurnalistikaya gətirib. Bu sahədə çoxillik fəaliyyətə “Azərbaycan pioneri” uşaq qəzetində başlamış fotojurnalist sonrakı illərdə fəaliyyətini “Azərbaycan qadını” jurnalında və “Vışka” qəzetində davam etdirib. Fotojurnalistika sahəsində uğurları və musiqi incəsənəti ilə bağlı silsilə yazıları ilə diqqəti cəlb etmiş R.Salmanov müstəqilliyin ilk dövründən “Xalq qəzeti”nin redaksiyasına dəvət alıb, ömrünün sonunadək burada çalışmışdır.

F. Salmanovun incəsənətlə bağlı yazılardan ibarət 4 kitabı Azərbaycanda jurnalist tədqiqatının ən yaxşı örnəkləri sırasında yer alıb, çoxsaylı foto nümunələri isə ölkədə və xaricdə sərgilənmişdir. Jurnalist və müsiqiçi kimi Rafiq Salmanov Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi muğam müsabiqələrinin və digər incəsənət layihələrinin təbliğçilərindən olub.[2]

Jurnalistika və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə Rafiq Salmanova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" adı verilib, yaradıcılıq uğurları müxtəlif mükafatlara layiq görülmüşdür.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]