Rahid Sadıxov

Rahid Sadıxov (Rahid Vahid oğlu Sadıxov; 13 fevral 2001 - 28 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi[1][2]. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı ilə təltif edilib.[3]

Rahid Sadıxov
Rahid Vahid oğlu Sadıxov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Saratov, Rusiya Rusiya
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Saray qəsəbəsi qəbristanlığı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı subay
Atası Sadıxov Vahid Qurban oglu
Anası Babayeva Sənubər Musarıza qızı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001 ci il tarixində Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 No:li tam orta məktəbində təhsil alıb.[4] Təhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabadda tamamlayıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində SuqovusanTalış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub. Sonuncu dəfə ailəsi ilə 26 sentyabrda əlaqə saxlayıb.

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Atası - Sadıxov Vahid Qurban oglu
  • Anası - Babayeva Sənubər Musarıza qızı
  • Bacısı - Sadıxova Rahidə Vahid qızı
  • Bacısı - Sadıxova Gunay Vahid qızı

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • 6 iyun 2019 - Nümunəvi xidmətinə görə, Ramazan bayramı munasibəti ilə, polkovnik leytenant Rəşid Niftəliyev tərəfindən fəxri fərmanla təltif olunub.
  • 2020 "Vətən uğrunda" medalı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçularının adlarını açıqlayıb". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
  4. Şəhid Sadıxov Rahid Vahid oğlunun xatirəsinə...