Ramil Əhmədov (tam adı: Əhmədov Ramil İlqar oğlu; d. 6 may 1988, Res Prijevalsk, Qırğızıstan SSR, SSRİ) — Dəfələrlə Azərbaycan çempionu, əməkdar idman ustası, Prezident mükafatçısı, Pauerliftinq üzrə 5 qat dünya və 9 qat Avropa çempionu, Azərbaycan Pauerliftinq Federasiyası (APF) yığma komandasının üzvü. [1]
Ramil Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | SSRİ↔ Azərbaycan |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Qırğızıstan, Res Prijevalsk |
Təhsili |
Cəmşid Naxçıvanski adına hərbi lisey (2003-2006) Azərbaycan Texniki Universiteti(2006-2010) |
Boyu | 1.78 sm |
Çəkisi | 100 kq |
İdman növü | Pauerliftinq |
Karyera illəri | 2008 – h. h. |
Məşqçisi | Hafiz Verdiyev |
İdman dərəcəsi | əməkdar idman ustası |
Ağırlıq dərəcəsi | 90-100 kq |
Komandası | Azərbaycan Milli Pauerliftinq komandası |
Hərbi rütbəsi | |
Ramil İlqar oğlu Əhmədov 1988-ci il 6 may tarixində Qırğızıstan SSRİ-nin Res Prijevalsk şəhərində anadan olub.
1994-2003-cü illərdə Bakı şəhəri 153 sayl orta məktəbdə təhsil almış Ramil Əhmədov, 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olaraq 2006-cı ilə qədər təhsilini burada davam etdirmişdir. 2006-c ildə Azərbaycan Texniki Universitetinə daxil olan Ramil Əhmədov 2010-cu ildə universiteti bitirmişdir.
Ramil Əhmədov 2010-cu ildə universiteti bitirdikdən sonra, hərbi xidmətə yollanıb, Goranboy rayonu "N" saylı hərbi hissədə 2011-ci ilə qədər hərbi xidmətini çəkmişdir. 2011-2012-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan Daxili Qoşunları və Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində çalışmışdır.
2007-ci ildən peşəkar idmanla məşğul olan Ramil Əhmədov ölkə birinciliklərində iştirak edib, dəfələrlə Azərbaycan çempionu, Pauerliftinq üzrə 5 qat dünya və 9 qat Avropa çempionu olub. Onun idman sahəsində əldə etdiyi nailiyyətləri aşağıdakılardır:[1]
2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən ölkəmizi beynəlxalq yarışlarda təmsil etdiyinə görə Fəxri fərmanla təltif olunan Ramil Əhmədov, 2019-cu il 15 fevral tarixində Ramil Əhmədov Azərbaycanın əməkdar idman ustası adını alıb.
2019-cu ilin dekabr ayında Ramil Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qeyri-Olimoiya idman növlərinin (Pauerliftinq) inkişafında xüsusi xidmətlərinə görə Fəxri fərmanla təltif olunmuşdur.[5]