Ramiz Əhmədov (6 mart 1939, Zizik, Quba rayonu – 10 sentyabr 2007) — azərbaycanlı jurnalist və siyasətçi; Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin 1-ci sədri[1]; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı, Kirovabad şəhər Gəncə rayon, Qutqaşen rayon partiya təşkilatlarının birinci katibi, "Kommunist" qəzetinin baş redaktoru.
Ramiz Əhmədov | |
---|---|
2000 – 2005 | |
17 avqust 2000 – 10 sentyabr 2007 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Rüstəm Şahsuvarov |
27 noyabr 1993 – 20 oktyabr 1999 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı | |
– 10 iyun 1992 | |
Sonrakı | Rafiq Həsənov |
1987 – 1988 | |
Əvvəlki | Rəşid Mahmudov |
Sonrakı | Cəmil Əlibəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 mart 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 10 sentyabr 2007 (68 yaşında) |
Partiya |
Ramiz Haşım oğlu Əhmədov 1939-cu il martın 6-da Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir. Fəlsəfə elmləri namizədi olmuşdur.
Ramiz Əhmədov 10 sentyabr 2007-ci il tarixində vəfat edib.[2]
Evli idi, 3 övladı var.
"Kommunist" qəzetinin baş redaktoru, Kirovabad və Qutqaşen rayonlarının partiya komitələrinin katibi, Yevlax rayonunun icra başçısı olub.[3]
1980-ci ildə o, Heydər Əliyevin göstərişi ilə yeni yaradılan Kirovabad şəhər, rayon partiya təşkilatının birinci katibi təyin olunmuşdur.[4]
1988-ci ildə o, Əbdürrəhman Vəzirov tərəfindən Qutqaşen rayon partiya təşkilatının birinci katibi təyin olunmuşdur.[4]
Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyası XXXII Qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilmişdir.[4]
7 fevral 1991-ci il tarixində Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü seçilmişdir.[5]
1993-cü ildə Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyasını bərpa edərək onun sədri seçilib.[6] Azərbaycan Kommunist Partiyasının ilk sədri olmuşdur. 2000-ci il noyabrın 5-də Azərbaycan Kommunist Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |