Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi hacı-molla Abdulla Rasizadənin (bu soyadın ilk daşıyıcısı) ailəsində anadan olub.[1] 1877-ci ildə hacı-molla Abdulla doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr. Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar.[2] Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib.[3]
Naxçıvan şəhərində Əlirzanın müəllimi (bu sözün birbaşa və məcazi mənasında) görkəmli satirik Cəlil Məmmədquluzadə idi. O, ətraf gerçəkliyin konkret misallardarında, o zamanın azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini və həyat tərzini tənqidi yolla qəbul etmək üsulunu ona öyrətmişdir. Nəticədə, Məmmədquluzadənin təsiri altında, Əlirza bütün həyatı boyu müsəlmançılığı ifşa edirdi. Məmmədquluzadənin məsləhəti ilə (o özü 1887-ci ildə oranı bitirmişdir) Əlirza 1900-cü ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub, 1905-ci ildə onu bitirdi. Orada o, 1920-ci illərin Zaqafqaziyada Bolşevik İnqilabının bir çox iştirakçısı və yerli Sovet hakimiyyətinin gələcək rəhbər kadrları ilə tanış oldu.[4]
Seminariyanı bitirdikdən sonra Əlirza doğma Naxçıvan şəhərinə qayıdır və orada rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi vəzifəsində işləyir. Oradaca o, 1915-ci ildə 15-yaşlı Səkinə Məmmədovaya evləndi və gələn il onların oğlu Şamil anadan oldu. Əlirza maarif sahəsində kifayət qədər sürətli karyera edib, İrəvan quberniyasınınNaxçıvan qəzası xalq təhsili departamentinin rəisi vəzifəsinə yüksəldi.[5] Müsəlman əhalisi arasında rus dili və mədəniyyətinin yayılmasında uğurlarına görə Əlirza Rasizadə 1912-cü ildə Müqəddəs Stanislav ordeni ilə təltif edilib, 1913-cü ildə isə Romanovlar evinin 300-illik səltənəti ilə əlaqədar xatirə medalı ilə qeyd olunmuşdur.[6]
Birinci dünya müharibəsində Rusiyanın məğlubiyyətindən və Zaqafqaziyada müstəqil respublikaların təhsilindən sonra Ermənistan və Azərbaycan arasında amansız bir müharibə başlayır. 1918-ci ilin yayında Naxçıvan şəhərinin erməni generalı Andranik tərəfindən işğalı nəticəsində Əlirza ailəsi ilə Bakıya qaçmağa məcbur olur və Buynak (indi Şeyx Şamil) küçəsində məskunlaşır. Burada o, Azərbaycan parlamentinin dəftərxanasında stenoqrafist vəzifəsində çalışır.[7] 28 aprel 1920 ildə XI Qızıl Ordu Bakıya daxil oldu və bütün hakimiyyət Azrevkomun əlinə keçdi. Azrevkomun üzvləri arasında Əlirzanın Qori seminariyasındaki yoldaşlarıda var idi—onlar onu dərhal dəvət edib Sovet hakimiyyətini qurmaq üçün Naxçıvana göndərdilər.[8]
1920-ci il iyulun 28-də Naxçıvanda XI Qızıl Ordusunun Hərbi İnqilab Şurası Ermənistandan müstəqil Naxçıvan Sovet Respublikasını elan etdi və eyni zamanda Naxrevkom şəklində Naxçıvanda Sovet hakimiyyətinin ali (və yeganə) orqanını yaratdı. Tezliklə Naxrevkom Naxçıvan SSR Xalq Komissarları Şurasına çevrildi və Əlirza Rasizadə onun tərkibində xalq maarifi komissarı vəzifəsinə təyin olundu.[9] Naxçıvanın sovetləşdirməsində xidmətlərinə görə Əlirza Rasizadə 1922-ci ildə Azərbaycan SSR Əmək ordeni ilə təltif edildi.[10] O, yerli ziyalıların bir çox təmsilçilərini qırmızı terrordan xilas edib, onlara yeni Sovet hökumətində iş verdi. (Amma, 1925-ci ildə Mircəfər Bağırovun Naxçıvan reydi nəticəsində, onların hamısı repressiya edildi).[11] 1921-ci il Sovet-Türkiyə müqavilələri nəticəsində Naxçıvan Sovet Respublikası Azərbaycanın himayəsi altında muxtariyyət statusunu aldı və Əlirza Rasizadə Bakıya Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin tərkibinə nümayəndə göndərildi.[12]
Mərkəzi İcrayyə Komitəsinin tərkibində Əlirza o dövrün görkəmli dövlət xadimləri Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Sergey Kirov, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Nəriman Nərimanov, Ruhulla Axundov və başqaları ilə yanaşı işləmişdir.[13] Rusdilli ziyalı olaraq, Əlirza Azərbaycanın 30 dekabr 1922-ci ildə Sovet İttifaqına daxil olmasını hərarətlə dəstəklədi.[14] O, belə hesab edirdi ki, SSRİ-nin tərkibində və Sovet hökumətinin sənaye inkişafı nəticəsində Azərbaycan müsəlman geriliyi və cəhalətpərəstliyindən ayırıb, daha qabaqcıl Avropa mədəniyyətinə doğru gedəcəkdir, həyat səviyyəsi isə Rusiyaya qədər yüksələcək.[15] Yerlərdə yeni iqtisadi siyasətin aparılması üçün 1923-cü ilin noyabrında Əlirza kənd rayonlarına ezamiyyətə göndərilmişdir. Bir dağ çayından keçəndə, suya yıxılıb ağ ciyərinə su doldu və nəfəs ala bilmədiyindən vəfat etdi. Bakı şəhər Çəmbərəkənd qəbiristanlığında onu dəfn etdilər. Sovet hakimiyyətinə görkəmli xidmətlərinə görə Əlirza Rasizadə ölümündən sonra 1923-cü ildə Azərbaycan SSR Qırmızı bayraq ordeni ilə təltif olundu.[16]
Əlirza Rasizadənin publisistikası iki dövrə bölünür: Azərbaycanda 28 aprel 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından əvvəl və sonra. İnqilabdan əvvəlki dövrdə o, öz pamfletlərini və felyetonlarını Kantor ləqəbi ilə imzalayırdı—o zamanlar, islam cəhalətpərəstlərinin təqibindən qaçmaq üçün, müəlliflərin əksəriyyəti belə edirdilər. Bu xüsusilə Əlirzaya aid idi, çünki o, müsəlman fanatizmini amansızla istehza edirdi, milli adətləri məhvedici satiraya qoyurdu, Azərbaycan cəmiyyətinin həm aşağı, həm də yuxarı təbəqələrinin cəhalətini hər cür təhqir edirdi. Əlirza (Kantor) həmçinin qələm yoldaşları ilə xüsusi kinayə ilə polemika aparırdı. Sovet hakimiyyəti qurulduqdan sonra (və hökumət üzvü olaraq) Əlirza eyni şeyləri artıq öz adı altında yazırdı, çünki onun sosialist ideologiyası hakim mövqe qazanmışdır.[17]
Əlirzanın satirasında ən şiddətli üsul Redyard Kiplinqin məşhur "ağ adamın yükü" ifadəsini müsəlmançılığın əleyhinə istifadə edilməsi idi. Bu isə ona qarşı çox sayda sarsıntılara və fiziki təhdidlərə səbəb olurdu, halbuki həmin dövrün böyük azərbaycan satirikləri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir eyni fikirləri söyləyirdilər: "Çöldə canavar görəndə qorxmuram, harda müsəlman görürəm qorxuram".[18] Məsələn, Əlirzanın pamfletlərindən birində deyilir: "Nədənsə şəriət qanunlarından zövq almaq əvəzinə, müsəlmanlar öz zalımlarından ağ adamın himayəsinə qaçırlar".[19] İndiki zəmanədə bu fikir çox aktual səslənir. Digər felyetonda Əlirza kinayə ilə şaxsey-vaxsey özünə işgəncə vermə ritual yürüşünü hər il keçirilən ekzotik bir festivala çevirib turistlərdən pul qazanmağı təklif edirdi.[20]
İnqilabdan sonra Əlirzanın jurnalistliyi daha müsbət hala gəlir. İndi o, yalnız müsəlmançılığın qalıqlarını deyil, eləcə də yeni sovet nomenklaturasının dəhşətli instinktlərini ifşa edirdi. Onun məqalələrinin ardından hakimiyyət orqanları korrupsiya, qanunsuzluq, nepotizm, zülm, inqilabçı həddlər və hökumət səlahiyyətlərindən sui-istifadə faktlarını araşdırdırlar. Misal üçün, bir sıra məqalədə Əlirza yaradıcı və texniki ziyalıların mənzillərini təzəcə vəzifə almış şəxslər tərəfindən zəbt edilməsinin bir sıra faktlarını ifşa etmişdir.[21] Əlirza Rasizadə çox erkən vəfat etmişdir ki, Azərbaycan cəmiyyətində və tarixində daha bir önəmli yer tutsun. Digər tərəfdən isə o, Bağırovun 1930-cu illərdə Azərbaycan SSR rəhbərliyinin böyük terrorla təmizlənməsinə qədər yaşamış olsaydı, şübhəsiz ki, çox qeyri-adi və düşünən bir şəxsiyyət kimi ilk sırada repressiya olmalı idi. Yalnız indi, həmin dövrün tarixini dərin araşdırma nəticəsində, Əlirza Rasizadənin sosialist inqilabında əsl rolu və vaxtından əvvəl söylənilən fikirləri unutqanlıq qaranlığından üzə çıxıb bütün əzəməti ilə parladı.
↑O zamanlar Şahtaxtılı Abdulla, güclü səsə malik və savadlı bir insan olaraq, Qurandan surələri çox gözəl oxuyardı və ona görə ətrafdaki Rusiya və İran şəhərlərində dini tədbirlərə dəvət edilirdi. Buna görə də ona Rasi-zadə soyadı verilmişdir: fars dilində "rasidən" sözü uzada-uzada oxumaq deməkdir, hansı ki yəhudi soyadı Kantora uyğun olaraq, sonralar Əlirza Rasizadənin ədəbi və partiya ləqəbi olub. ("Cantor" latın dilində "kilsədə oxuyan" deməkdir).
↑Rasizadə evində üç qardaş arasında baş verən bu disputlar onların həmyerlisi yazıçı Cəlil Məmmədquluzadəni "Anamın kitabı" (1919) pyesinin yazılmasına ruhlandırmışdır: orada təsvir edilmiş fars, türk və rus təhsili almış üç qardaşın prototipləri Rasizadə qardaşları idi. = Дж.Мамедкули-заде. Анамын китабы (перевод А.Шарифа): Драмы и прозаические произведения. Издательство АГУ, Баку, 1958, стр.354–382.
↑Tarixçi professor Əli Rasizadə (Əlirzanın nəvəsi) hətta Azərbaycan tarixində bu üç qardaşın sinfi mövqelərini müqayisə edərək belə yazır: "Əgər 1920-ci ildə Əlirza Rasizadənin ideyaları qalib gəlib, 70 ildən sonra 1991-ci ildə Hüseyn Cavidin ideyaları qalib gəldi, amma bu hələ tarixin son sözü deyil — hər şey ona doğru gedir ki, onların yerinə şeyx Məhəmməd Rəsizadənin ideologiyası gələ bilər." = Alec Rasizade. Azerbaijan after Heydar Aliev. Nationalities Papers (London), March 2004, volume 32, number 1, pages 137–164.
↑В.Ю.Самедов. Распространение марксизма-ленинизма в Азербайджане (в двух томах): том I. Издательство Азернешр, Баку, 1962, стр.175.
↑Государственные школы, училища и гимназии Нахичеванского уезда (инспекционный список и краткие сведения). = ГААР (Баку): фонд 57 (материалы Наркомпроса Аз.ССР), опись 18, дело 36, листы 112–117.
↑Полное собранie законовъ Россiйской Имперiи: собранie III. Санкт-Петербург, 1913, том 33/1, стр.182–183, № 38853.
↑Личный состав служащих правительственных учреждений Азербайджанской Республики (адрес-календарь). Типография газеты "Азербайджан", Баку, 1920, стр.28.
↑Декрет Азревкома "О неотложных мерах по установлению Советской власти в Нахичевани" от 1 августа 1920 года. = Декреты Азревкома 1920–1921 годов: сборник документов. Издательство Азернешр, Баку, 1988, стр.268.
↑Протокол № 19 заседания Совета народных комиссаров Нахичеванской ССР от 2 ноября 1920 года. = Госархив Аз.ССР (Баку): фонд 175 (Hax. ACCP), опись 36, дело 4, листы 18–21.
↑Постановление Президиума АзЦИК "О награждении т. Раси-заде А.А. oрденом Труда Азербайджанской ССР" от 28 апреля 1922 года. = "Бакинский рабочий", 1.V.1922.
↑"Правда" qəzetində 1925-ci ildə Bağırov tərəfindən Naxçıvanda repressiya olunmuş kadrların siyahısı: "В связи с результатами ревизии арестованы наркомвнудел Бабаев (сын ордубадского помещика, притеснитель крестьян), начальник милиции города Мурад-хан Нахичеванский (в прошлом крупный помещик), наркомзем Махмудбеков (крупный бек, бывший губернатор при мусаватистах), наркомфин Дадашев (сын ордубадского богача), наркомюст Курбанов (бывший городовой), председатель Иттифака (союза кооперативов) Кенгерлинский (крупный бек), председатель суда Ширван-заде (бывший член национального совета при мусаватистах), председатель профбюро Махмудов (мусаватист). Кроме них арестованы 25 беков, занимавших видные посты. Среди них выделяются заместитель наркомпроса Мунишев (бывший офицер, погромщик, участник армянской резни) и заведующий коммунхозом Алиев (бывший жандарм и мусаватист). Аресты произвели весьма благоприятное впечатление на местное население, выражающее свою нескрываемую радость". = Результаты обследования Нахичеванской Республики. "Правда" (Москва), 9.IV.1925.
↑Члены НахЦИК, избранные на Всенахичеванском съезде Советов (список); Делегация НахЦИК в состав АзЦИК (список). = "Шарг гапысы" (Нахичевань), 28.I.1922.
↑Очерки истории Коммунистической партии Азербайджана. (Институт марксизма-ленинизма при ЦК КПА). Издательство Азернешр, Баку, 1963, стр.205.
↑А.Расизаде. Что дальше? = "Коммунист" (Баку), 4.XI.1921; Вместе мы сильнее. = "Заря Востока" (Тифлис), 12.III.1922; Автономия или союз? = "Бакинский рабочий", 27.IV.1922.
↑Постановление Президиума АзЦИК "О награждении т. Расизаде А.А. (посмертно) oрденом Красного знамени Азербайджанской ССР" от 5 декабря 1923 года. = "Бакинский рабочий", 9.XII.1923.
↑Əlirza Rasizadənin şəxsi arxivi (gündəliklər, fotoşəkillər, əlyazmaları, məktubları, sənədləri, nəşrləri, mükafatları) onun nəvəsi professor Əli Rasizadənin sərəncamında ABŞ-da saxlanılır.
↑"Я не пугаюсь волка в чистом поле, но боюсь, завидев мусульманина" (перевод А.Ш.Расизаде). = М.А.Сабир. Хоп-хоп-наме (полное собрание сочинений). Издательство Азернешр, Баку, 1934, стр.158.
↑Кантор (Алирза Расизаде). Бегство от Ислама. = "Кавказская копейка" (Баку), 28.IX.1911: "Мусульмане почему-то бегут от своих деспотов под защиту белого человека вместо того, чтобы наслаждаться у себя законами шариата".
Азербайджанская Демократическая Республика (1918–1920). Внешняя политика: документы и материалы. Издательство Азербайджан, Баку, 1998, 632 стр.
Большевики в борьбе за победу социалистической революции в Азербайджане: документы и материалы 1917–1918 годов. Издательство Азернешр, Баку, 1957, 702 стр.
Борьба за победу Советской власти в Азербайджане в 1918–1920 годах: документы и материалы. (Составители: З.Е.Папуша, Е.А.Налбандян, М.С.Яхья-заде под редакцией И.А.Гусейнова). Издательство АН Аз.ССР, Баку, 1967, 569 стр.
Государственный архив Азербайджанской Республики (ГААР) Главного архивного управления при Кабинете министров республики: фонд 79 (материалы АзЦИК) и фонд 57 (материалы Наркомпроса Аз.ССР).
Государственный архив Азербайджанской ССР (Госархив Аз.ССР) Архивного управления при Совете министров Аз.ССР: различные фонды за 1918–1923 годы.
Государственный архив политических партий и общественных движений Азербайджанской Республики (ГАППОДАР): фонды 2, 74 (материалы Азревкома) и фонды 158, 282 (материалы КПА).
Декреты Азревкома 1920–1921 годов: сборник документов. (Составители: А.А.Пашаев и М.И.Найдель). Издательство Азернешр, Баку, 1988, 519 стр.
Документы внешней политики СССР. (Издание МИД СССР): тома III и IV (1920–1921). Госполитиздат, Москва, 1959–1960.
Документы по истории гражданской войны в СССР: том I (под редакцией И.И.Минца). Госполитиздат, Москва, 1940, 535 стр.
Коммунистическая партия Азербайджана в резолюциях и решениях съездов, конференций и пленумов ЦК (в четырёх томах): том I. (Издание ИМЛ при ЦК КПА). Издательство Азернешр, Баку, 1987, 711 стр.
Личный архив Алирзы Расизаде (1900–1923): публикации, рукописи, дневники, письма, документы, фотографии и награды. = Архив находится в США у его внука А.Ш.Расизаде.
Полное собранie законовъ Россiйской Имперiи: собранie III. Санкт-Петербург, 1881–1916: отдельные тома.
Рабочее движение в Азербайджане в годы нового революционного подъёма 1910–1914 годов: документы и материалы в двух частях. (Издание ИМЛ при ЦК КПА). Издательство АН Аз.ССР, Баку, 1967: часть первая 486 стр. и часть вторая 690 стр.
Рабочее движение в Баку в годы первой pусской революции: документы и материалы. (Составители: М.А.Казиев, П.Н.Валуев, М.И.Найдель, С.Г.Кара-Мурза, Г.Г.Мнацаканова). Издательство Азернешр, Баку, 1956, 566 стр.
Центральный партийный архив Института марксизма-ленинизма при ЦК Компартии Азербайджана (Партархив ИМЛ при ЦК КПА): различные фонды за 1905–1923 годы.
Məlumat nəşrləri
Активные борцы за Советскую власть в Азербайджане: краткие биографии. (Институт марксизма-ленинизма при ЦК КПА). Издательство Азернешр, Баку, 1957, 411 стр.
Большевистская периодическая печать Азербайджана в 1904–1920 годах. (Справочник: составители А.А.Гусейнов и Н.А.Мангасарова). Издательство Азернешр, Баку, 1964, 78 стр.
Гражданская война в СССР, в двух томах. (Институт военной истории МО СССР под общей редакцией Н.Н.Азовцева): том II (1919–1922 годы). Воениздат, Москва, 1986, 446 стр.
Гражданская война и военная интервенция в СССР: 1918–1922 годы (энциклопедия). Издательство Советская Энциклопедия, Москва, 1983, 704 стр.
Закавказье: советские республики Азербайджан, Армения, Грузия, Абхазия, Аджария, Юго-Осетия, Нагорный Карабах, Нахичевань. (Статистико-экономический сборник). Издание Высшего экономического совета ЗСФСР, Тифлис, 1925, 560 стр.
История гражданской войны в СССР, в пяти томах. (Институт истории AH СССР под общей редакцией И.И.Минца). Госполитиздат, Москва, 1935–1960: том III (1917–1919) 678 стр, том IV (1919–1920) 444 стр, том V (1920–1922) 420 стр.
Əlirza Rasizadənin pamfletləri dərc olunmuş dövri mətbuat
Газета "Азербайджан" (Баку, орган правительства АДР): номера за 1918–1920 годы.
Газета "Бакинский рабочий" (орган Баксовета): номера за 1917–1925 годы.
Газета "Заря Востока" (Тифлис, орган ЗСФСР): номера за 1922–1925 годы.
Газета "Знамя труда" (Баку, орган РСДРП): номера за 1917–1919 годы.
Газета "Кавказская копейка" (Баку, издатель X.А.Вермишев): номера за 1910–1916 годы.
Газета "Каспий" (Баку, издатель Г.З.Тагиев): номера за 1905–1919 годы.
Газета "Коммунист" (Баку, орган Азревкома): номера за 1919–1923 годы.
Газета "Шарг гапысы" (Нахичевань, местный орган): номера за 1921–1923 годы.
Сатирический журнал "Барабан" (Баку): номера за 1912–1913 годы.
Сатирический журнал "Бич" (Баку): номера за 1909–1916 годы.
Сатирический журнал "Джигит" (Баку): номера за 1907–1918 годы.
Сатирический журнал "Зенбур" (Баку): номера за 1919–1920 годы.
Сатирический журнал "Мешел" (Баку): номера за 1919–1920 годы.
Сатирический журнал "Молла Насреддин" (Тифлис): номера за 1906–1914 годы.
Müasirlərin xatirələri
С.А.Алиев (Агамалы-оглы). Куда мы идём: о новом тюркском алфавите (Баку, 1924); Культурные вопросы в тюркском мире (Москва, 1924); Две культуры (Баку, 1927).
М.Д.Багиров. Из истории большевистской организации Баку и Азербайджана. Госполитиздат, Москва, 1946, 274 стр.
А.Г.Караев. Из недавнего прошлого. Издательство Азгиз, Баку, 1926, 135 стр.
С.М.Киров. Статьи и речи: том I (1912–1924). Партиздат, Ленинград, 1935, 220 стр.
L.C.Dunsterville. The Adventures of Dunsterforce. E. Arnold (publisher), London, 1920, 323 pages.
Elmi tədqiqatlar
Азербайджанская Демократическая Республика: 1918–1920 годы. (Институт истории НАНА под редакцией Н.Агамалиевой). Издательство Элм, Баку, 1998, 316 стр.
Й.Баберовски. Враг есть везде: сталинизм на Кавказе (перевод с немецкого). Издательство РОССПЭН, Москва, 2010, 856 стр.
Великий Октябрь и борьба за Советскую власть в Азербайджане. (Сборник статей и документов под редакцией И.А.Гусейновa). Издательство АН Аз.ССР, Баку, 1958, 503 стр.
М.Волхонский, В.Муханов. По следам Азербайджанской Демократической Республики. Издательство Европа, Москва, 2007, 247 стр.
Д.П.Гасанлы. Хрущёвская оттепель и национальный вопрос в Азербайджане (1954–1959). Издательство Флинта, Москва, 2009, 664 стр.
А.А.Гусейнов. Печать, рождённая Октябрём: становление и развитие партийно-советской печати Азербайджана в годы социалистического строительства. Издательство Азернешр, Баку, 1981, 227 стр.
А. A.Гюльмамедов. Из истории распространения марксизма в Азербайджане. Издательство Азернешр, Баку, 1959, 274 стр.
Р.Н.Иванов. Нашествие: печальная быль о бесчинствах большевиков на советской земле древнего Нахчывана (1920–1926). Издательство Герои Отечества, Москва, 2009, 447 стр.
М.С.Искендеров. Из истории борьбы Коммунистической партии Азербайджана за победу Советской власти. Издательство Азернешр, Баку, 1958, 539 стр.
Э.Р.Исмаилов. Власть и народ: послевоенный сталинизм в Азербайджане (1945–1953). Издательство Адильоглы, Баку, 2003, 342 стр.
История Азербайджана, в трёх томах. (Институт истории АН Аз.ССР под редакцией И.А.Гусейнова): том III, часть I (1917–1922 годы). Издательство АН Аз. ССР, 1963, 539 стр.
История государства и права Азербайджанской ССР: 1920–1934 годы. (Pедколлегия: З.М.Касумов, А.Ш.Мильман, И.Д.Салимов, М.С.Халафов). Издательство Элм, Баку, 1973, 552 стр.
История Коммунистической партии Азербайджана (в двух частях): часть I. (Институт марксизма-ленинизма при ЦК КПА). Издательство Азернешр, Баку, 1958, 394 стр.
А.Б.Кадишев. Интервенция и гражданская война в Закавказье. Воениздат, Москва, 1960, 510 стр.
М.А.Казиев. Из истории революционной борьбы бакинского пролетариата в 1905–1910 годах. Издательство АН Аз.ССР, Баку, 1956, 234 стр.
Э.А.Магеррамов. Издание и становление газеты "Коммунист" (1920–1928 годы). Издательство Элм, Баку, 2000, 84 стр.
Г.А.Мамедли. Молла Насреддин: летопись жизни и творчества Дж.Мамедкулизаде. Издательство Гянджлик, Баку, 1984, 519 стр.
А.Ш.Мильман. Политический строй Азербайджана в XIX — начале XX веков: административный аппарат и суд, формы и методы колониального управления. Издательство Азернешр, Баку, 1966, 318 стр.
Р.С.Мустафа-заде. Две республики: азербайджано-российские отношения в 1918–1922 годах. Издательство МИК, Москва, 2006, 356 стр.
Очерки истории Коммунистической партии Азербайджана. (Институт марксизма-ленинизма при ЦК КПА). Издательство Азернешр, Баку, 1963, 771 стр.
Очерки истории Коммунистической партии Азербайджана (в трёх томах): том I. (Институт марксизма-ленинизма при ЦК КПА под редакцией Д.П.Гулиева). Издательство Азернешр, Баку, 1986, 501 стр.
Победа Советской власти в Закавказье. (Институт истории AH СССР под редакцией И.И.Минца). Издательство Мецниереба, Тбилиси, 1971, 682 стр.
В.Ю.Самедов. Распространение марксизма-ленинизма в Азербайджане (в двух томах). Издательство Азернешр, Баку: том I (1962) 586 стр. и том II (1966) 634 стр.
А.С.Сумбатзаде. Социально-экономические предпосылки победы Советской власти в Азербайджане. Издательство Наука, Москва, 1972, 254 стр.
E.A.Токаржевский. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Издательство АН Аз.ССР, Баку, 1957, 331 стр.
F.Kazemzadeh. The Struggle for Transcaucasia (1917–1921). Philosophical Library (publisher), New York, 1951, 356 pages.
R.G.Suny. The Baku Commune (1917–1918): Class and nationality in the Russian Revolution. Princeton University Press, Princeton, 1972, 442 pages.
T.Swietochowski. Russian Azerbaijan (1905–1920): The shaping of a national identity in a Muslim community. Cambridge University Press, Boston, 1985, 272 pages.
T.Swietochowski. Russia and Azerbaijan: A borderland in transition. Columbia University Press, New York, 1995, 289 pages.