Rauf Arifoğlu

Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist və siyasətçi. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri.

Rauf Arifoğlu
bayraq
Müsavat Partiyası başqanının müavini
bayraq2
May 2001 – ?
Başqanİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Müsavat Partiyasının mətbuat və informasiya məsələləri üzrə katibi
bayraq2
İyun 1992 – ?
Başqanİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1966(1966-07-23) (58 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Texnologiya İnstitutu; Qərb Universiteti
Fəaliyyəti jurnalist
Dini İslam

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
raufarifoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib.[1]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub.[2]

Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü. Rauf Arifoğlunun yaxından iştirakı ilə "Yeni Müsavat"ın ilk könüllü silahlı dəstəsi qurulub. Həmin dəstəyə Qərbi Azərbaycandan qaçqın olan, Əfqanıstan müharibəsi veteranı Səfər Hümbətov rəhbərlik edirdi. Dəstənin qatıldığı döyüşlərin birində, 12 yanvar 1990-cı ildə Çaykənd-Todan istiqamətində AMDP "Yeni Müsavat"ın üzvləri Bəxtiyar Əliyev, Ruzigar Qasımov, Abbasqulu Məmmədov, Neman Vəliyev və başqaları şəhid olublar. Azərbaycanın Qərb bölgələrinin qorunması və müdafiəsinin təşkilində Rauf Arifoğlunun, "Yeni Müsavat" qəzeti və partiyasının ətrafında cəmləşmiş gənclərin iştirakı olub.

1991-ci ilin dekabr ayında "Yeni Müsavat" qəzetinin rəsmiləşməsi baş tutub. Həmin müddətdən etibarən qəzetin redaksiyası Bakı şəhərinə, Azərbaycan Xalq Cəbhəsinin (AXC) "Sahil bağı"nda yerləşən qərargahına köçürülüb. Həmin vaxt AXC sədri Əbülfəz Elçibəy qəzetin ilk redaksiyasının qurulması üçün təşkilatın binasında iki otaq ayırıb.

Rauf Arifoğlunun Əbülfəz Elçibəylə yaxın münasibətləri və apardığı danışıqlar nəticəsində 1992-ci ilin yanvar ayında AXC rəhbərliyində olan bir neçə şəxs Əbülfəz Elçibəyin razılığı və deputat İsa Qəmbərovun başçılığı ilə təşkilatdan ayrılaraq, Müsavat Partiyasını bərpa etmək üçün ortaq komissiya qurublar. 5 nəfər "Yeni Müsavat"dan, 5 nəfər AXC-dən olmaqla, Bərpa Mərkəzi yaradılıb, daha sonra Ankarada fəaliyyət göstərən Milli Mərkəzin iştirakı ilə onun tərkibi genişləndirilib. Nəticədə 1992-ci ilin iyun ayında Müsavat Partiyası rəsmi olaraq Azərbaycana qaytarıldı, bərpa edildi və iqtidar ortağı oldu. R. Arifoğlu Bərpa Qurultayında bu siyasi təşkilatın mətbuat və informasiya katibi seçildi. O, paralel olaraq, Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin 7 üzvündən biri, AXC Mətbuat və İnformasiya şöbəsinin müdiri idi.

Arifoğlu 1993-cü ilin yanvar ayında təşkilatın "Cümhuriyət" adlı yeni bir qəzetini də yaradıb. "Yeni Turan" qəzeti, "Dünya" jurnalı da R. Arifoğlunun həmin dönəmdə qurduğu mətbuat qurumlarındandır.

2000-ci il parlament seçkilərində Rauf Arifoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 7-ci sırada olmuşdur.[3] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Rauf Arifoğlu deputat seçilə bilməmişdir.[4][5]

O, 2006-cı ilə qədər Müsavat Partiyasının rəhbərliyində olub. 2006-cı ildən başlayaraq, daha çox mətbu fəaliyyətə istiqamətlənib. 2009-cu ilin feval ayında rəhbərlik etdiyi qəzeti Müsavatın qərargahından çıxardaraq, yeni redaksiya qurub.

"Yeni Müsavat" qəzetinin elektron əlavəsini Musavat.com adı ilə informasia portalına çevirib, daha sonra, 2013-cü ildə yeni media markası yaradıb. Rus dilində yaymlanan Minval.az saytını, onun redaksiyasını qurub və ardınca Minval saytı həm rus, həm də Azərbaycan dillərində xəbər xidməti göstərir. "Yeni Müsavat" və "Minval" brendlərinin sosial mediada seqmentlərinin qurulmasında da onun ciddi uğurları var. Onun ən son uğurlarından biri də Musavat TV adlı internet televiziyasının qurulması və güclü bir platformaya çevrilməsidir.

Hazırda "Yeni Müsavat" Media Qrupunda 1 qəzet, 5 sayt, Youtube platformasında 1 TV, 3 Facebook səhifəsi, 2 Instagram, 2 Telegram səhifələri fəaliyyət göstərir.

Rauf Arifoğlu 33 ildir siyasətdədir; eyni zamanda, 32 ildir media sektorunda fasiləsiz fəaliyyət göstərir.

Prezident İlham Əliyevdən mükafat alarkən.

2011-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb.[6][7][8]

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən jurnalistika sahəsində fəaliyyətlərinə görə 2015-ci ilin 22 iyulunda Əməkdar jurnalist fəxri adı ilə mükafatlandırılmışdır.[9][10]

27 iyul 2016-cı ildə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif edilib.[11]

2017-ci ilin iyul ayında Güney Azərbaycan Konqresi tərəfindən Seyid Cəfər Pişəvəri mükafatına layiq görülmüşdür.[12]

İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin 27 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.

22 iyul 2020-ci ildə Avropa Azərbaycanlıları Konqresi tərəfindən "Xatirə medalı" ilə tətif edilib.[13][14]

Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib. Medalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.[15]

Bundan başqa, R. Arifoğlu bir sıra TürkiyəAzərbaycan QHT-ləri tərrəfindən tərifnamə və plaketlərlə təltif olunub.

Evlidir, 3 övladı var.

  1. "Rauf Arifoğlu – 49" (az.). azinforum.az. 23.07.2015. 2016-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  2. Аббасов Рауф Ариф оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 22. ISBN 5-89600-253-x.
  3. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  4. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  5. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  6. "Ali Media Mükafatına layiq görülənlərə ümumilikdə 21 min manat pul verilib". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  7. "Mətbuat Şurasının Ali Media Mükafatı indiyədək kimlərə verilib — Maraqlı qaliblər, təzadlı məqamlar". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  8. "Ali Media Mükafatı alan jurnalistlərin siyahısı açıqlandı". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  9. "Rauf Arifoğlu mükafatlandırıldı". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
  10. "Prezident təltif etdi, Rauf Arifoğlu Müsavatdan getdi". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
  11. "Bakıda "Mirzə Cəlil" Ali Media Mükafatı təqdim edilib (FOTOLENT)". 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  12. "Rauf Arifoğlu Pişəvəri mükafatı aldı". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
  13. "AAK media rəhbərlərini medalla təltif etdi — Foto". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  14. "AAK ictimai xadimləri və media rəhbərlərini medalla təltif etdi — Foto". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  15. "Prezident İlham Əliyev Rauf Arifoğlunu TƏLTİF EDİB - FOTO". musavat.com (az.). 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]