İsa Qəmbərov

İsa Yunis oğlu[1] Qəmbər (24 fevral 1957, Bakı) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Milli Strateji Düşüncə Mərkəzinin sədri; Yeni Müsavat qəzetinin təsisçisi (7 noyabr 1987 – 8 noyabr 2009[2]); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri[3] və İdarə Heyətinin üzvü (1989–1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991)[4]; Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 – 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 – 16 iyun 1992); Müsavat Partiyasının 5-ci (noyabr 1992 – 28 sentyabr 2014)[5] və 7-ci sədri (2024-cü ildən);[6] Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003–2005); Azadlıq blokunun həmtəsisçisi (2005–2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010)[7] ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri[8] (2013–2014[9]).

İsa Qəmbər
Vəzifədədir
4 may 2024-cü ildən
ƏvvəlkiArif Hacılı
Noyabr 1992 – 28 sentyabr 2014
ƏvvəlkiMəhəmməd Azər Aran
SonrakıArif Hacılı
Azərbaycan Respublikası Ali Sovetinin sədri
18 may 1992 – 13 iyun 1993
ƏvvəlkiYaqub Məmmədov
SonrakıHeydər Əliyev
18 may 1992 – 17 iyun 1992
ƏvvəlkiAyaz Mütəllibov
SonrakıƏbülfəz Elçibəy
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
1990 – 1993
Seçki dairəsiBabək adına 79 saylı
Azərbaycan Xalq Cəbhəsinin təşkilati məsələlər üzrə sədr müavini
1991 – 1991
SədrƏbülfəz Elçibəy
Şəxsi məlumatlar
Doğum tarixi 24 fevral 1957(1957-02-24) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Atası Yunis Qəmbərov
Anası Tahirə Qəmbərova
Həyat yoldaşı
Uşaqları oğlanları:
İlkin Qəmbər (doğ. 1987)
Turqut Qəmbər (doğ. 1989)
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Jurnalistlərin dostu" mükafatı (imtina edib)
İmzanın şəkli
Rəsmi vebsaytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində[10] dünyaya gəlmişdir. Əslən Füzulinin Kürdlər kəndindəndir.[11] Uşaqlıq və gənclik illərində idmanlafutbol, stolüstü tennis və bir müddət basketbolla məşğul olub.[12] Sonrakı illərdə tədricən aktiv idman həyatından uzaqlaşıb.

İsa Qəmbər 1964–1974-cü illərdə Bakı şəhəri 62 saylı orta məktəbində təhsil almışdır. 1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir.

İsa Qəmbər Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən İran, TürkiyəYaxın Şərqdəki siyasi prosesləri tədqiq etmiş və "1978–1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmışdır.

1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.

16 iyul 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, 1990–1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra isə sədr müavini olmuşdur.

1992-ci ildə Müsavat Partiyasının bərpa mərkəzi yaradılmış və İsa Qəmbər ona rəhbərlik etmişdir. 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər partiyanın başqanı seçilmişdir.

2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Bizim Azərbaycan Blokunun təsisçilərindən biri olmuşdur.[13]

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində, 2005-ci ilin mart ayında yaradılmış Azadlıq Blokunun yaradıcı üzvlərindən biri olmuşdur. İsa Qəmbər sədri olduğu Müsavat Partiyasının qərarı ilə 9 fevral 2006-cı ildə Azadlıq Blokundan ayrılmışdır.[14]

2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində, 8 sentyabr 2010-cu ildə yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olmuşdur.[7]

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri olmuşdur.[8] 7 yanvar 2014-cü ildə isə sədri olduğu Müsavat Partiyası Divanının qəbul etdiyi qərarla Demokratik Qüvvələrin Milli Şurasının üzvülüyündən ayrılmışdır.[9]

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsa Qəmbər 18 may 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.[15]

19 may 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun istefa verməsi barəsində Azərbaycan Respublikası Ali Sovetinin 6 mart 1992-ci il tarixli qərarının etibarsız hesab edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 14 may 1992-ci il tarixli qərarı qəbul edildiyi andan hüquqi qüvvəsi olmayan sayıldığından[16] İsa Qəmbər Əbülfəz Elçibəyin 17 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri olaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı olmuşdur.

4 iyun 1993-cü il Gəncə qiyamından sonra, 13 iyun 1993-cü ildə Milli Məclisdə qiyamla bağlı müzakirələr başlamış və müzakirələr əsnasında parlamentin sədri İsa Qəmbər Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən istefa vermişdir.[17] Həmin günü Azərbaycan Respublikası Ali Soveti İsa Qəmbərin istefa haqqında ərizəsini nəzərə alaraq onun Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etmişdir.[18]

İsa Qəmbər Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinə XII çağırış seçkilərində Azərbaycan Xalq Cəbhəsini təmsil etmiş və bu seçkidə Qəmbərov soyadı ilə iştirak etmişdir. 1991-ci ildə keçirilmiş seçkidə, Bakı şəhəri, Xətai rayonu 79 nömrəli Babək seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[4]

İsa Qəmbər 6 dekabr 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici işlər komissiyasına sədr seçilmişdir.[19] İsa Qəmbər 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyasının redaksiya komissiyasına üzv seçilmişdir.[20]

İsa Qəmbər 18 may 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.[15]

4 iyun 1993-cü il Gəncə qiyamından sonra, 13 iyun 1993-cü ildə Milli Məclisdə qiyamla bağlı müzakirələr başlamış və müzakirələr əsnasında parlamentin sədri İsa Qəmbər Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən istefa vermişdir.[17] Həmin günü Azərbaycan Respublikası Ali Soveti İsa Qəmbərin istefa haqqında ərizəsini nəzərə alaraq onun Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etmişdir.[18] Həmin günü Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə İsa Qəmbər Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir.[21]

16 iyul 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Baş prokurorunun təqdimatını müzakirə edərək "Azərbaycan Respublikası xalq deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və 35-ci maddələrinə əsasən Azərbaycan Respublikasının xalq deputatı İsa Qəmbərin Milli Məclisin üzvlüyündən azad olunması və onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməsinə dair qərara almışdır.[22]

Parlament seçkilərində

[redaktə | mənbəni redaktə et]

Müsavat Partiyası 12 noyabr 1995-ci ildə keçirilmiş I çağırış seçkilərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçki qanununun şərtlərini pozması səbəbilə seçkiyə buraxılmamış və nəticədə sözügedən partiyanın başqanı olan İsa Qəmbər o andakı seçkilərdə iştirak edə bilməmişdir.[mənbə göstərin] ARMSK-nın qərarı ilə ilk turda respublika üzrə 99 seçki dairəsindən 91-də seçkilər baş tutmuşdu. 20 seçki dairəsində təkrar səsvermə təyin edilmiş, 4 seçki dairəsində isə 4 fevral 1996 tarixində təkrar seçkilər keçirilməsi qərara alınmışdı. Bu seçkidə İsa Qəmbər və başqanı olduğu Müsavat Partiyası iştirak hüququ qazanmışdır. İsa Qəmbər 4 fevral 1996 tarixində keçirilmiş seçkidə 41 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilə bilməmişdir.[mənbə göstərin]

2000-ci il parlament seçkilərində İsa Qəmbər Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 1-ci sırada olmuşdur.[23] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, İsa Qəmbər deputat seçilə bilməmişdir.[24][25]

İsa Qəmbər Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərində Azadlıq Blokunu təmsil etmiş və bu seçkidə Qəmbər soyadı ilə iştirak etmişdir.[mənbə göstərin] 6 noyabr 2005-ci ildə keçirilmiş seçkidə majoritar seçki sistemi əsasında 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilə bilməmişdir.[mənbə göstərin]

İsa Qəmbər Azərbaycan Respublikasının Milli Məclisinə IV çağırış seçkilərində AXCP-Müsavat Blokunu təmsil etmiş və bu seçkidə Qəmbər soyadı ilə iştirak etmişdir. 7 noyabr 2005-ci ildə keçirilmiş seçkidə majoritar seçki sistemi əsasında 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olmuş və 2341 səs yığaraq, 18,6 %-lə II yeri tutmuş və deputat seçilə bilməmişdir.[26]

Prezident seçkilərində

[redaktə | mənbəni redaktə et]
2003-cü il prezident seçkiləri
[redaktə | mənbəni redaktə et]

İsa Qəmbərin 29 mart 2003-cü ildə 14 partiyanın daxil olduğu Demokratik Konqres Məclisinin, 18 iyun 2003-cü ildə isə Müsavat Partiyası Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidenti postuna keçirilən V seçkilərə namizədliyi irəli sürülmüşdür. 29 mart 2003 tarixində İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunmuş Bizim Azərbaycan Bloku da İsa Qəmbərin namizədliyini dəstəkəmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası İsa Qəmbərin prezidentliyə namizədliyini 3 avqust 2003-cü ildə qeydə almışdır.[27] Yeni Azərbaycan Partiyası İsa Qəmbərin (və prezidentliyə namizəd digər 2 namizədin) Azərbaycan Televiziyasından prezidentliyə namizədlər üçün ayrılmış efir vaxtından 4 sentyabr 2003-cü il tarixdə istifadə edərkən prezidentliyə namizədliyi YAP tərəfindən verilmiş və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış Heydər Əliyevin şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydığına görə onlar haqqında tədbir görülməsi barədə ARMSK-a müraciət ünvanlamış və ARMSK da İsa Qəmbərin (və prezidentliyə namizəd digər 2 namizədin) Azərbaycan Televiziyasından prezidentliyə namizədlər üçün ayrılmış efir vaxtından 4 sentyabr 2003-cü il tarixdə istifadə edərkən prezidentliyə namizədliyi YAP tərəfindən verilmiş və ARMSK tərəfindən qeydə alınmış Heydər Əliyevin şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydığına və gələcəkdə bu cür hallara yol verilməməsi barədə İ. Qəmbərə xəbərdarlıq etmişdir.[28]

2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13,97% səs toplayaraq 2-ci yeri tutmuşdur.[29]

2008-ci il prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

İsa Qəmbər 21 yanvar 2008-ci ildə "Mən bütün seçkilərdə özümə yalnız Əliyev rejiminin nümayəndələrini rəqib görmüşəm. Çünki hakimiyyət onlardadır və seçkiləri onlar saxtalaşdırırlar. 2003-cü ildəki "exit-poll"arın nəticələrinə və obyektiv müşahidəçilərin rəylərinə görə, mən İlham Əliyevə qalib gəlmişdim. Bu ildə İlham Əliyevdən daha çox səs toplayacağıma şübhə etmirəm. Ancaq səslərin taleyi necə olacaq? Bu, təkcə məndən yox, cəmiyyətin fəallığından, bir sıra daxili və beynəlxalq amillərdən asılı olan məsələdir" açıqlamasını vermiş və seçkilərə qatılacağını bildirmişdir.[30] İsa Qəmbərin belə bir açıqlama verməsinə baxmayaraq sonradan, 5 sentyabr 2008-ci ildə Bakıda, Caspian Plasa hotelində Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli KərimliVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də iştirakı ilə 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərini boykot etmək barədə "Demokratik siyasi qüvvələrin birgə bəyanatı" adlı bəyanat imzalamaqla[31] bu seçkilərdə iştirakı boykot etmiş və seçkilərdə iştirak etməmişdir.

2013-cü il prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

2013-cü il prezident seçkilərində Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və Müsavatdan əlavə 10 siyasi partiya və Rifah Vətəndaş Hərəkatı tərəfindən dəstəklənmişdir.[mənbə göstərin] 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyini dəstəkləmişdir.[32]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İsa Qəmbər 1985-ci ilin yanvarında Zori Balayanın "Ocaq" kitabına "Köhnə bayatılar, yeni əfsanələr" adlı cavab kitabı yazmışdır.[3][33]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Oğlu Turqut Qəmbər

İsa Qəmbərin atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru[1], Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimyaçı-alim, anası Tahirə Abbas qızı Qəmbərova isə kimya elmləri namizədi olmuşdur.[3]

İsa Qəmbər tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Aida Rəhim qızı Bağırova ilə evlidir.[34] İlk övladı İlkin Qəmbər 1987-ci ildə, ikinci övladı Turqut Qəmbər isə 1989-cu ildə dünyaya gəlmişdir.[34] Turqut Qəmbər NİDA Vətəndaş Hərəkatının həmtəsisçisidir.[35]

İsa Qəmbər 1990-cı ildə "Salnamə" sənədli filmlər studiyası tərəfindən istehsal edilən və Tofiq Məmmədovun rejissoru olduğu "Bir daha yüksələn bayraq" qısametrajlı sənədli filmnin ssenari müəllifi olmuşdur.[36]

İsa Qəmbər Vahid Mustafayevin müəllifi olduğu və 2006-cı ildə çəkilən Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli filmində iştirak etmişdir.[37]

Mükafat və fəxri adları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (RUH) 2001-ci ildə İsa Qəmbəri "Jurnalistlərin dostu" mükafatı ilə mükafatlandırmışdır. 22 dekabr 2010-cu ildə mükafatın Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyevə verilməsindən[38] sonra İsa Qəmbər Müsavat Partiyası Məclisinin 26 dekabr 2010-cu ildə keçirilmiş iclasında "2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının prezident İlham Əliyevə verilməsi" səbəbilə bu mükafatdan imtina etdiyini açıqlamışdır.[39] İsa Qəmbər 29 dekabr 2010-cu ildə "Media forum" saytının, "Azadlıq" radiosunun, "Yeni Müsavat", "Azadlıq", "Bizim yol" qəzetlərinin, "Turan" APA əməkdaşlarını dəvət etdiyi müsahibə təşkil etmiş və burada "Mən mükafatı geri qaytarmağımın səbəbini geniş şərh etmişəm, amma təəssüflər olsun ki, bu, mətbuatda olduğu kimi, geniş təqdim edilməyib. Mən jurnalistlərlə dost olmaqdan imtina etmirəm. Jurnalistlərə böyük qiymət verirəm və həmişə çalışmışam ki, onlarla dost olum, lakin Azərbaycanda jurnalistlərin döyüldüyü, həbs olunduğu, öldürüldüyü, gənc bloqçuların, baş redaktorların illərlə həbsdə saxlandığı bir şəraitdə dövlət başçısına "Jurnalistlərin dostu" mükafatının verilməsinin heç bir əsası, məntiqi yoxdur. Bu, qəbul olunası hal deyil. Bundan başqa, hər dəfə bu mükafatla bağlı KİV-də xəbərlər yayılanda həmin məlumatların sonunda bu mükafatın əvvəllər hansı siyasətçilərə verildiyi də qeyd olunur. O cümlədən qeyd olunur ki, mükafat 2000-ci ildə də Müsavat Partiyasının başqanı İsa Qəmbərə verilib. Bir növ bu mükafatın nə zamansa demokratik düşərgənin təmsilçilərinə də verilməsi vurğulanır və belə görüntü yaradılır ki, guya bu obyektiv yanaşmadır — nə vaxtsa demokratik düşərgənin nümayəndələri alıblar, bu gün də dövlət başçısı alır. Hələ mən onu demirəm ki, 2002-ci ildən bəri bu mükafat heç kimə verilməyib. Görünür, 2002-ci ildən sonra jurnalistlər öz dostlarını seçməkdə çətinlik çəkiblər. Mətbuatın, jurnalistlərin adından danışanların arasında deqradasiya nə həddə çatıb ki, bütün dünyada jurnalistlərin düşməni kimi təqdim olunan bir şəxsə jurnalistlərin dostu mükafatı verilir… Ona görə də mən bu mükafatdan imtina etmişəm. Mükafatı səliqə ilə büküb, paketləyib "RUH" təşkilatının ünvanına geri göndərəcəm. Bununla da məsələnin bu hissəsi sona çatacaq" açıqlamasını vermiş və sonra mükafatı köməkçisinə verib, onu paketləyib "RUH" təşkilatına göndərməyi tapşırmışdır.[40]

  • "İSA YUNİS OĞLU QƏMBƏR" (az.). isagambar.az. 2014-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  • "AİLƏ" (az.). isagambar.az. 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  1. 1 2 "Yunus Heydər oğlu Qəmbərov" (az.). isagambar.az. 2014-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.
  2. ""YENİ MÜSAVAT"ın TƏSİSÇİSİ RƏSMƏN DƏYİŞDİ" (az.). mediaforum.az. 2009-11-26. 2014-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  3. 1 2 3 "İSA YUNİS OĞLU QƏMBƏR" (az.). isagambar.az. 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  4. 1 2 Ziyad Səmədzadə. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı" (az.). e-qanun.az. 1991-11-26. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-22.
  5. Röya Rəfiyeva. "Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - VİDEO" (az.). musavat.com. 2014-09-28. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
  6. "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  7. 1 2 Ülkər Akifqızı. "AXCP-Müsavat seçki bloku yarandı" (az.). azadliq.org. 2010-09-08. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  8. 1 2 "Milli Şura üzvlərinin siyahısı" (az.). azadliq.info. 2013-06-07. 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  9. 1 2 "Müsavat Milli Şuradan getdi" (az.). azadliq.info. 2014-01-07. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  10. "ГАМБАР Иса Юсы оглы (Гамбаров Иса Юнисович)" (rus). labyrinth.ru. 2013-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  11. "İsa Qəmbər: "Atamın doğulduğu kəndin işğaldan azad edilməsi..." - Təəssürat". 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.
  12. "İsa Qəmbər: "Uşaqlıqda imkan tapan kimi futbol oynayardım" (FOTOLAR/AUDİO)" (az.). blogs.voanews.com. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  13. "«Bizim Azərbaycan Bloku»nun təsisçilərinin siyahısı" (az.). isagambar.az. 2009-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  14. "MÜSAVAT PARTİYASI «AZADLIQ» BLOKUNDAN ÇIXDI" (az.). mediaforum.az. 2006-02-09. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  15. 1 2 Ziyad Səmədzadə. "İ. Y. Qəmbərovun Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı" (az.). e-qanun.az. 1992-05-18. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  16. İsa Qəmbərov. "Azərbaycan Respublikasının Prezidenti A. N. Mütəllibovun istefa verməsi barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarı haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 14 may tarixli qərarı barəsində Azərbaycan Respublikası Ali Sovetinin qərarı" (az.). e-qanun.az. 1992-05-1992. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  17. 1 2 "Gəncə qiyamından 18 il ötür" (az.). gun.az. 2011-06-04. 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  18. 1 2 T. Qarayev. "İ. Y. Qəmbərin Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı" (az.). e-qanun.az. 1993-06-13. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  19. T. Qarayev. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının işinin təşkili haqqında Azərbaycan Respubikası Ali Soveti Milli Şurasının qərarı" (az.). e-qanun.az. 1991-12-06. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  20. Yaqub Məmmədov. "Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyası redaksiya komissiyasının seçilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı" (az.). e-qanun.az. 1992-03-05. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  21. T. Qarayev. "İ. Qəmbərin Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 1993-06-13. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  22. Heydər Əliyev. "Azərbaycan Respublikasının xalq deputatı İ. Y. Qəmbərin Milli Məclisin üzvlüyündən azad olunması və cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 1993-07-16. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  23. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  24. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  25. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  26. "REPUBLIC OF AZERBAIJAN LEGISLATIVE ELECTION OF 7 NOVEMBER 2010" (ingilis). psephos.adam-carr.net. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  27. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Qəmbər İsa Yunis oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı" (az.). e-qanun.az. 2003-08-03. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  28. Məzahir Pənahov. "Prezidentliyə namizədlikləri qeydə alınmış cənab Qəmbər İsa Yunis oğlunun, cənab Məmmədov Etibar Səlidar oğlunun və cənab Kərimli Əli Əmirhüseyn oğlunun dövlət televiziyasında ayrılmış efir vaxtından istifadə edilərkən prezidentliyə namizədliyi qeydə alınmış cənab Əliyev Heydər Əlirza oğlunun şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydığına görə onlar haqqında tədbir görülməsi barədə Yeni Azərbaycan Partiyasının müraciətinə baxılması haqqında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı" (az.). e-qanun.az. 2003-09-08. İstifadə tarixi: 2014-03-29.[ölü keçid]
  29. "PREZIDENT SEÇKILƏRININ NƏTICƏLƏRI" (az.). meqam-m.com. 2003-10-28. 2013-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  30. "İsa Qəmbər yalnız İlham Əliyevi özünə rəqib görür" (az.). azr.baybak.com. 2015-01-06. 2015-01-06 tarixində arxivləşdirilib.
  31. "«DEMOKRATİK SİYASİ QÜVVƏLƏRİN BİRGƏ BƏYANATI» İMZALANDI (Bəyanatın mətni)" (az.). mediaforum.az. 2008-09-05. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
  32. "Milli Şura seçkilərə Cəmil Həsənli ilə gedir" (az.). azadliq.org. 2013-08-23. 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
  33. İsa Qəmbərov, Köhnə bayatılar, yeni əfsanələr bax [ölü keçid], Bakı, 1985
  34. 1 2 "AİLƏ" (az.). isagambar.az. 2014-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  35. "Turqut Qəmbərin YAP-ın "troll siyasəti" haqda müsahibəsi". Nidavh.org. 11 mart 2018. 1 sentyabr 2018 tarixində arxivləşdirilib.
  36. Aydın Kazımzadə, Azərbaycan kinosu 2. Filmlərin izahlı kataloqu (1898–2002), səh. 283
  37. "Azərbaycana namus və sevgiylə... (film, 2006) (TV)". 2017-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  38. ""RUH" SORĞUSUNDA ÖLKƏ PREZİDENTİNİN QALİB GƏLDİYİNİ AÇIQLAYIB" (az.). mediaforum.az. 2010-12-22. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.
  39. "İSA QƏMBƏR 2001-ci İLDƏ ALDIĞI "JURNALİSTLƏRİN DOSTU" MÜKAFATINDAN İMTİNA ETDİ" (az.). mediaforum.az. 2010-12-26. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.
  40. "İSA QƏMBƏR "JURNALİSTLƏRİN DOSTU" MÜKAFATINI GERİ QAYTARMAQ ÜÇÜN TƏHVİL VERDİ" (az.). mediaforum.az. 2010-12-29. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]