Bəkir Refik Koraltan (1889, Divriği, Sivas ili – 17 iyun 1974, İstanbul) — Türk siyasətçi, Demokrat Parti dövründə, 1950 ile 1960 arasında Türkiyə Böyük Millət Məclisi Başqanı.
Refik Koraltan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin sədri | |
22 may 1950 – 15 aprel 1955 | |
Əvvəlki | Şükrü Saracoğlu |
Sonrakı | Fuad Sirmən |
Şəxsi məlumatlar | |
Doğum adı | Bekir Refik Koraltan |
Doğum tarixi | 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyun 1974 |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Ilk təhsilini Sivas ilinin Divriği şəhərində alan Koraltan Istanbula gedərək liseydə oxuyur. Daha sonra Istanbul Universitetinin Hüquq fakültəsində təhsil alır. 1914-cü ildən etibarən prokuror və vəkil işləməyə başlayır. Mudros müqaviləsindən sonra bir müddətdə Istanbulda işləyir və Konyaya qayıdır. O burada Milli Qüvvələrin tərkibinə qatılaraq Istiqlal müharibəsinə qoşulur. 1920-ci il 23 apreldə Konyadan TBMM-ə CXP-dən deputat seçilir. Koraltan həmçinin Konyadan II, III, IV çağırış millətvəkili seçilir. Deputatlıqdan 1935-də ayrılır və bir daha 4 il sonra Içeldən Məclisə daxil olur.
1945-ci ildə Cəlal Bayar rəhbərliyi altında Adnan Menderes, Fuad Köprülü ilə birlikdə demokratik çoxpartiyalı sistemə keçidi tələb edən "Dördlü Takrir" adlı sənədi CXP-yə təqdim etdilər və partiyadan qovuldular. Bu 4 siyasətçi 1946-cı ildə Demokrat Partiyanı qurdular. 1950,1954,1957-ci illərdəki parlament seçkilərində yenidən Içeldən deputat seçilir. Koraltan 1950-ci ildə DP iqtidara gəldikdən sonra TBMM-in sədri seçilir. 10 il bu vəzifədə qalan Koraltan 27 may 1960 çevrilişindən sonra həbs edildi və Yassıada məhkəməsində ölüm cəzasına məhkum edildi. Lakin sonradan ölüm cəzası ömürlük həbslə əvəz edildi. 3 avqust 1966-cı ildə bütün DP-lilər kimi Koraltan da əhf edildi, ancaq siyasi hüquqları geri verilmədi. Siyasi əhf isə 1974-cü ildə gəldi. Lakin Koraltan bundan sonra siyasətə qoşulmadı.
Refik Koraltan 17 iyun 1974-cü ildə podaqra xəstəliyindən vəfat etdi və Ankarada dəfn edildi.