Əbdülxaliq Mustafa Renda (türk. Mustafa Abdülhalik Renda ; 29 noyabr 1881, Yanina – 1 noyabr 1957, Kadıköy, İstanbul ili) — Türkiyə dövlət xadimi, Türkiyə Böyük Millət Məclisinin 4-cü sədri (1935–1946).
Əbdülxaliq Renda | |
---|---|
türk. Mustafa Abdülhalik Renda | |
Türkiyə Böyük Millət Məclisinin 4-cü sədri | |
1 mart 1935 – 5 avqust 1946 | |
Əvvəlki | Kazım Özalp |
Sonrakı | Kazım Qarabəkir |
25 dekabr 1930 – 3 fevral 1930 | |
Əvvəlki | Şükrü Saracoğlu |
Sonrakı | Fuad Adjrali |
1 noyabr 1927 – 25 dekabr 1930 | |
Əvvəlki | İsmət İnönü |
Sonrakı | Rəcəb Pekər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1957 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
29 noyabr 1881-ci ildə Yanyanın görkəmli şəxslərindən biri alban əsilli[1] Rendazade Aslan Əfəndinin ailəsində anadan olmuşdur. Orta təhsilini Yanya Lisesi və İstanbul Liseyində bitirdikdən sonra 25 iyul 1903-cü ildə Mülkiye Mektebindən diplom aldı.
İlk işinə 27 iyul 1903-cü ildə Ziraat Bankda Mühasib Katibi, Qeydiyyatçı Refiki adı ilə başladı. 27 oktyabr 1903-cü ildə Rodos Liseyinə riyaziyyat, həndəsə, əkinçilik, sağlamlıq və fransız dili müəllimi təyin edildi. 11 avqust 1904-cü ildə Cəzayir-i bəhr-i səfid vilayətində (Egey Adaları) əyalətinin qubernatorunun idarəsində vəzifə aldı. 1906-cı ilin martında Tepelena, 1908-ci ilin noyabrında — Ças, 1909-cu ilin yanvarında — Delvin mahalları idarəçisi vəzifəsinə təyin edildi. İki dəfə Beratın mutasarrifi oldu, daha sonra — Kavala bölgə müdiri, 1911-ci ilin fevralında Çamlıq mutasarrifi təsdiq edildi.
1913-cü ilin may ayında o, Siirt mutasarriifi, 1914-cü ilin dekabrında Bitlis valisi təyin edildi. Vali olaraq Bitlis ermənilərinin köçürülməsinə rəhbərlik etdi. 1915-ci ilin oktyabrında Hələb valisi oldu. Deyr əz-Zurda erməni qiyamını yatırdı. Almaniyanın Hələbdəki konsulu Volter Rossler Əbdülxaliq Rendanın erməni qiyamını məharətlə yatırdığını deyirdi. Majarski Komissiyası qarşısında etdiyi çıxışında, Muşda erməni silahlı qiyamını yatırdığına peşman olmadığını bildirmişdi.
1917-ci ilin aprelində Daxili İşlər Nazirliyində Dövlət Katibi oldu. 1918-ci ilin noyabrında Hələbin işğalından sonra Bursa valisi təyin edildi. Vəzifəyə başlamazdan əvvəl Damat Ferid Paşa hökuməti tərəfindən qovuldu və həbs edildi. İngilislər İstanbulu işğal etdikdən 6 ay sonra altı ay Maltaya sürgün edildi. 4 yanvar 1922-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İqtisadi Məsələlər üzrə Dövlət Katibi təyin edildi. 1922-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin Dövlət Katibi, 1922-ci ilin aprelində Konya Qubernatoru vəzifələrini icra etdi.
1922-ci ilin sentyabrında İzmir azad edildikdən sonra Cümhuriyyət adına oranın ilk valisi təyin edildi. İzmirin valisi olanda yerli türk siyasətçilər onu albanları (qaçqın və mühacirləri) digər Anadolu bölgələrindən İzmirə köçməyə təhrik etməkdə günahlandırırdılar. Lakin Əbdülxaliq Renda bütün bu iddiları qətiyyətlə rədd edirdi.[2]
30 iyul 1923-cü ildə Çankırıdan millət vəkili seçildi. 2 yanvar 1924-cü ildə Birinci İsmət İnönü Hökumətində ikinci dəfə Maliyyə Naziri təyin edildi. 21 may 1924-cü ilədək ikinci İsmet İnönü Hökumətində vəzifəsini davam etdirdi. Üçüncü İsmet İnönü Hökumətində üçüncü dəfə Maliyyə Naziri portfelini aldı. Dördüncü İsmet İnönü Hökumətində Milli Müdafiə Nazirliyinin başçısı təyin edildi və eyni nazirliyi Beşinci İsmet İnönü Hökumətində də saxladı. 25 dekabr 1930-cu ildə 4-cü dəfə Maliyyə Nazirliyinin başına gətirildi.
1934-cü ildə bütün Türkiyə vətəndaşlarının soyad almasını tələb edən "Soyadlar Qanunu" qəbul edildikdən sonra "Renda" soyadını götürdü.
Türkiyə Böyük Millət Məclisinin 2., 3., 4., 5., 6., 7. ve 8. çağırışlarında milletvekili seçildi. 1 mart 1935-ci ildən 5 avqust 1946-cı ilə qədər TBMM sədri vəzifəsini daşıdı. Əbdülxaliq Renda indiyə qədər TBMM sədrliyində ən uzun qalan yeganə şəxsdir.[3] Əbdülxaliq Renda 1938-ci ilin noyabrında Atatürkün ölümündən sonra bir gün Türkiyə prezidenti vəzifəsini icra etdi.[4]
Renda 1948-ci ildə siyasi həyatı tərk etmək qərarına gəldi.[5]
1 oktyabr 1957-ci ildə İstanbul Erenköydəki evində, saat 20:00-da vəfat etmişdir. İki gün sonra cəsədi səhər saat 11-də malikanəsindən alınaraq, Haydarpaşa Körpüsünün başında silah arabasına qoyuldu, hərbi mərasimlə Haydarpaşa Qatar Stansiyasına gətirildi və 12.35-də yola düşən Ankara qatarına çatdırıldı. Cənazəsində vali və bələdiyyə başçıları, köməkçisi Kamal Hadımlı, həmkarları Şükrü Kaya, Kazım Özalp və digər dostları ilə birlikdə böyük bir izdiham iştirak etdi. Cənazəsi Cebeci Əsri Qəbiristanlığında dəfn edildi.[6]