Suat Hayri Ürgüplü

Suat Hayri Ürgüplü (türk. Suat Hayri Ürgüplü; 13 avqust 1903, Dəməşq27 dekabr 1981, İstanbul) — Türkiyənin siyasi, dövlət, ictimai və diplomatik xadimidir. Türkiyənin baş nazirləri (20 fevral 1965 – 27 oktyabr 1965). Türkiyə Respublikası Senatının sədri (28 oktyabr 1961 – 6 noyabr 1963). Türkiyə Dini məsələlər üzrə nazir (9 mart 1943 – 13 fevral 1946). Türkiyə Böyük Millət Məclisinin üzvü (1939–1946 və 1950–1952).

Suat Hayri Ürgüplü
Türkiyə Baş naziri[d]
20 fevral 1965 – 27 oktyabr 1965
Əvvəlkiİsmət İnönü
SonrakıSüleyman Dəmirəl
Şəxsi məlumatlar
Doğum tarixi 13 avqust 1903(1903-08-13)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1981(1981-12-27) (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
  • Ədalət Partiyası[d]
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, hüquqşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Dünya Müharibəsinə qatılmaq üçün fitva verən Şeyhülislam Ürgüplü Mustafa Hayri Əfəndinin oğludur. Lalə dövrünün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın nəslindəndir.

Yoldaşı Nigar xanımla 1933-cü ildə evlənib və bu evlilikdən Hayri Suat adlı oğlu olub. Hayri Suat Ürgüplü isə 1965-ci ildə keçmiş İraq kralı Faysalın nişanlısı, eyni zamanda sonuncu Osmanlı sultanı Vəhdəttin nəvəsi Şahzadə Hanzadənin qızı Şahzadə Fazilə ilə evlənib. Onun bu evlilikdən iki nəvəsi var. Qardaşı Münip Hayri Ürgüplü də millət vəkili olub[1]

Qalatasaray Liseyini bitirdikdən sonra 1926-cı ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Müxtəlif dövlət xidmətlərində çalışıb. 1924-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi məhkəmələrində çalışmışdır. Qalatasaray İdman Klubunda atletika ilə məşğul olub. 1929–1932-ci illərdə İstanbul Ticarət Məhkəməsində hakim olub. 1939 və 1943-cü illərdə Kayseri millət vəkili seçilmişdir. Şükrü Saracoğlunun kabinetində gömrük və monopoliya naziri oldu. Onun nazirliyində qəhvə idxalında korrupsiya ilə bağlı söz-söhbətlər çıxanda o, nümunəvi davranıb:

Mənim adımında hallandığı kofe korrupsiyası ilə bağlı nazirliyimdə komissiya yaradılıb.

Bu yoxlama qrupunun təhlükəsiz işləməsi üçün mən bu nazir kreslosunu tərk etməliyəm; əks halda komissiyaya təsir edərəm, sağlam qərar verilməz.

Ona görə də siyasi əxlaqı nəzərə alaraq nazirlikdən istefa edirəm.

Daha sonra Ali Məhkəmədə keçirilən prosesdə ona bəraət verilib. Bu hadisə hələ də bəzi məktəblərdə inzibati hüquq dərsində tədris olunur. 1950-ci ildə Türkiyə Böyük Millət Məclisinə qayıtdı. 1952-ci ilə qədər Demokrat Partiyasının Kayseri Millət vəkili olub. O, Avropa Məşvərət Şurasının vitse-prezidenti vəzifəsində çalışıb.

1952-ci ildə Türkiyə Böyük Millət Məclisindən ayrılaraq Bonn səfirliyinə gətirilir. O, 1955-ci ildə Londona, 1959-cu ildə Vaşinqtona, 1960-cı ildə Madridə səfir təyin edilib.

1961-ci il seçkilərində iştirak etdi və Ədalət Partiyasının Kayseri senatoru seçildi. Respublika Senatının (türk. Cumhuriyet Senatosu) ilk prezidenti oldu. Bu vəzifəni yerinə yetirdikdən sonra o, İsmət İnönü baş nazirlikdən istefa verdiyi 5 fevral 1965-ci ildən 10 oktyabr 1965-ci il ümumi seçkilərin sonuna qədər Ədalət Partiyasının rəhbərlik etdiyi koalisiya hökumətinə rəhbərlik etmişdir. 1966-cı ildə kvota üzrə senator seçildi.

1972-ci ilə qədər bu vəzifədə qaldı. 17 aprel 1972-ci ildə Nihat Erim hökumətinin istefasından sonra prezident Cövdət Sunay yeni hökuməti qurma vəzifəsini ilk olaraq Suat Hayri Ürgüplüyə verdi, lakin o, Ürgüplü kabinetini dəstəkləmədi və yeni hökuməti qurmaq tapşırığını Fərit Melenə verdi. Yəqin ki, 12 mart çevrilişini həyata keçirən komandirlər köhnə DP və AP keçmişlərinə görə bunu məqsədəuyğun hesab etmədikləri üçün.

O, 1981-ci il dekabrın 26-da 13 il əziyyət çəkdiyi ürək xəstəliyindən dünyasını dəyişib.

Məzarı Ədirnekapı Şəhidlər Xiyabanındadır.