Kazım Orbay

Mehmet Kazım Orbay (11 mart 1886, İzmir, Aydın vilayəti3 iyun 1964, Ankara) türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir.[1]

Kazım Orbay
Şəxsi məlumatlar
Doğum adı Mehmet Kâzım Orbay
Doğum tarixi 11 mart 1886(1886-03-11)
Doğum yeri
Vəfat tarixi 3 iyun 1964(1964-06-03) (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
Partiya
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-polkovnik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi həyatı

[redaktə | mənbəni redaktə et]

1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir. 30 avqust 1935-ci ildə general (orgeneral) rütbəsi almış, 15 fevral 1943-cü ildə Ali Hərbi Şura üzvü olmuşdur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evli idi. Haşmet Orbay adında oğlu var idi. İngilis, fransız, italyanalman dillərində sərbəst danışa bilirdi.

  1. "Arxivlənmiş surət". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-23.