Reyxsver

Reyxsver (alm. Reichswehr‎: Reich "dövlət, imperiya" + Wehr "müdafiə") — Almaniyanın 1919-cu ildən 1935-ci ilə qədər mövcud olan və Versal sülh müqaviləsinin icazə verdiyi qədər hüquqlara malik olan silahlı qüvvələri idi.

Reichswehr
Reichswehr
Növü Silahlı Qüvvələr
Yaranma tarixi 1919-1935
Ölkə Veymar Respublikası (1919-1933)
 Üçüncü Reyx (1933-1935)
Daxildir Reyxşiir
Reichsmarine
Tərkibi 115.000 (1921)
Qərargah Berlin
Komandanlıq
Məşhur komandirləri Hans von Seeckt
Werner von Fritsch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Versal müqaviləsinə görə, Almaniya ordusu 100.000 nəfər əsgər və 15000 dəniz qüvvəsi ilə məhdudlaşdırıldı və ağır silahlardan (tanklar, bombardmançılar, ağır artilleriya və s.) məhrum edildi. Çünki Birinci Dünya müharibəsində məğlub olan Almaniyanın imzaladığı Versal müqaviləsinin müddəalarına uyğun olaraq təşkil edildi və buna görə də dövrün sadə alman xalqı və həddindən artıq millətçiləri, xüsusən Adolf Hitler tərəfindən rüsvayçılıq simvolu olaraq qəbul edildi.

1935-ci ildə Adolf Hitlerin əmri ilə Reichswehr gizli bir genişlənmə və inkişaf layihəsinə başladı və Birinci Dünya müharibəsinin sonunda imzalanan Versal müqaviləsini ləğv edərək Wehrmacht olaraq dünyaya yeni Alman silahlı qüvvələrinin adını elan etdi.

Reyxswehr iki budağa bölünürdü:

Reichsheer (Quru Qoşunları)

  • 7 piyada diviziyası
  • 3 süvari diviziyası (Tanklartəyyarələr qadağandır + Yalnız ölkə sərhədləri daxilində təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malik idi)

Reichsmarine (Donanma)

Yalnız məhdud sayda qayıq. (Heç bir sualtı qayığa icazə verilmədi.