Respublika Seysmoloji Xidmət Mərkəzi (Azərbaycan)

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət MərkəziAzərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvigeodinamik kompleks tədqiqatlar aparılır.

Respublika Seysmoloji Xidmət Mərkəzi
(RSXM)
168 × 130 pikselpx
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1979
Tabelik Azərbaycan Milli Elmlər Akademiyası
Baş qərargah Bakı Bakı
Ünvan N.Rəfibəyli küçəsi 25, AZ1001
Rəhbərlik
Baş direktor Qurban Yetirmişli

Rəsmi saytı seismology.az

1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb.[1] 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.[2][3]

SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır[4]. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib.[5]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib.[6]

2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb[4][7].

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

RSXM-nin seysmoloji tədqiqatları peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır[8]. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır.[9] AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi-nin respublika ərazisində 84 seysmik[10], 6 geofiziki, 5 geokimyəvi[11], 24 GPS stansiyaları fəaliyyət göstərir[12]. GPS stansiyalardan biri Azərbaycanın Saatlı rayonunda dərinliyi 8324 metr olan quyu üzərində yerləşdirilib. Mərkəzdə 84 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.

RSXM-in Geofiziki tədqiqatlar idarəsi tərəfindən geofiziki sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi işləri aparılır. Geofiziki stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialının variasiyaları araşdırılır. RSXM-nin respublika ərazisində 6 maqnitometrik və 4 qravimetrik geofiziki stansiyası fəaliyyət göstərir.

Struktur bölmələri[redaktə | mənbəni redaktə et]

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin struktur bölmələri[4]:

  • Makroseysmik tədqiqatlar şöbəsi
  • Zəlzələ ocaqlarının dinamikası şöbəsi
  • Zəlzələlərin tədqiqatı bürosu
  • Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi
  • Episentral şöbə
  • Maqnitometriya şöbəsi
  • Geodinamika şöbəsi
  • Seysmoloji materialların təhlili və təfsiri şöbəsi
  • Qravimetriya şöbəsi
  • Elmi əlaqələr şöbəsi
  • Kompleks geokimyəvi tədqiqatlar şöbəsi
  • İnstrumental şöbə
  • Geoekologiya şöbəsi
  • Seysmologiya
  • Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması şöbəsi
  • İnformasiya şöbəsi
  • Beynəlxalq əlaqələr şöbəsi

Beynəlxalq əlaqələr[redaktə | mənbəni redaktə et]

RSXM Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi[13], Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu, Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi[14], Avropa Seysmoloji Komissiyası[15], Avropa Geofiziklər Birliyi, Amerika Geofiziklər Birliyi kimi 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir[16]. 2018-ci il martın 1-də Ankarada yaxın və qonşu ölkələrin seysmoloji mərkəzləri ilə birgə “Real Zamanda Seysmoloji Məlumatların Mübadiləsi“ nə dair memorandum imzalanıb. 2021-ci il dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair Razılaşma Protokolu imzalanıb[17][18].

2014-cü ildə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzində, ABŞ-nın E.Lourens adına Livermor Milli Laboratoriyasınında, ABŞ-ın Missuri Elm və Texnologiya Universiteti və Miçiqan Dövlət Universiteti ilə birgə “Beynəlxalq seysmotomoqrafiya” laboratoriyası yaradılıb[16].

Direktorlar[redaktə | mənbəni redaktə et]

Arif Həsənov — 1998-2008-ci illərdə.

Qurban Yetirmişli — 2008-ci ildən günümüzədək.

Şəkillər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tahir Məmmədli. Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi. Bakı: Elm nəşriyyatı. 2010. səh. 7-14.
  2. Qurban Yetirmişli. "Keçmişdən gələcəyə uzanan uğurlu yol" (az.). Respublika qəzeti. 2022-04-10. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  3. Tahir Məmmədli. Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi. Bakı: Elm nəşriyyatı. 2010. səh. 15.
  4. 1 2 3 "Respublika Seysmoloji Xidmət Mərkəzi" (az.). science.gov.az. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  5. "Həsənov Arif Həsən oğlu". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  6. E-Qanun.az. "Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ƏSASNAMƏSİ". 23 mart 1999. Archived from the original on 2023-05-12.
  7. Seismology.Az. "Baş direktor". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  8. Seismology.Az. "Seysmologiya". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  9. "AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi". Archived from the original on 2023-05-12.
  10. Seismology.Az. "Seysmik stansiyalar". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  11. Seismology.Az. "Geokimyəvi stansiyalar". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  12. "FDSN: AB: National Seismic Network of Azerbaijan". web.archive.org. 2023-02-05. Archived from the original on 2023-02-05. İstifadə tarixi: 2023-09-01.
  13. "Members". web.archive.org. 2023-08-06. Archived from the original on 2023-08-06. İstifadə tarixi: 2023-09-01.
  14. "ORFEUS Participants". orfeus-eu.org. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  15. "Titular members". web.archive.org. 2023-03-28. Archived from the original on 2023-03-28. İstifadə tarixi: 2023-09-01.
  16. 1 2 Seismology.Az. "Beynəlxalq əlaqələr". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  17. Seismology.Az. "AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında Razılaşma Protokolu imzalanıb". Seismology.Az (az.). 2023-07-17. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  18. "AFAD Heyeti Azerbaycan'a Çalışma Ziyareti Gerçekleştirdi". web.archive.org. 2022-01-25. Archived from the original on 2022-01-25. İstifadə tarixi: 2023-09-01.