Qurban Yetirmişli

Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi

Qurban Yetirmişli
Qurban Cəlal oğlu Yetirmişli
Doğum tarixi 4 sentyabr 1952(1952-09-04) (72 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycan Azərbaycan
Elm sahələri Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru (g.-m.e.d.)
Elmi adları AMEA-nın müxbir üzvü, professor
İş yeri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Təhsili Azərbaycan Dövlət Universiteti
Tanınmış yetirməsi 2 fəlsəfə doktoru
Üzvlüyü
Mükafatları
"Tərəqqi" medalı — 2005
"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2015
Baş direktor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir.

1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur.

Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür.

2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır.

Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir. Dünyanın bir sıra nüfuzlu elmi jurnallarında məqalələri dərc olunub.

Xaricdə çapdan çıxmış elmi əsərlərin sayı 115, ümumi çapdan çıxmış elmi əsərlərin sayı 246.

AMEA nəzdində RSXM-nin elmi nəşri olan "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" elmi jurnalın Baş redaktorudur.

Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidentidir.

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • İlk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir ki, bu da eninə dalğaların nöqtələrinin trayektoriyasının öyrənilməsinə, onların müxtəlif dərinliklərdə istiqamətlərinin dəyişdirilməsinin təhlil edilməsinə və geoloji mühitin mürəkkəb quruluşunda eninə dalğaların təyin edilməsinin effektivliyinin artırılmasına imkan yaradır. İcraçılar:(g.-m.e.d. Q. C. Yetirmişli, geologiya -mineralogiya üzrə fəlsəfə doktoru I. E. Kazımov)
  • İlk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuşdur. İcraçılar:(g.-m.e.d. Q. C. Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru S. E. Kazımova)
  • İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır. İcraçılar:(g.-m.e.d. Q. C. Yetirmişli, geologiya-minerologiya üzrə fəlsəfə doktoru T. B. Əsədov)
  • Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin senarisinin inkişafını izləməyə imkan verdi. İcraçılar:(g.-m.e.d. Q. C. Yetirmişli, f.-r.e.n. A. Q. Rzayev)
  • İlk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulu ilə, Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürməyin davamlığı, dərinliyi və ayrılan enerjisi təyin olunub. İcraçılar:(g.-m.e.d. Q. C. Yetirmişli, g.-m.f.d. S. E. Kazımova)
  • Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb (M≥2,5) və respubllika ərazisinin fərdi seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyyətləri müəyyən olunub. İcraçılar:(g.-m.e.d. Q. C. Yetirmişli, g.-m.f.d. S. E. Kazımova)

Elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • R. J. Mellors, J. Jackson, S. Myers, R. Gok, K. Priestley, G. Yetirmishli, N. Turkelli, T. Godoladze. Deep Earthquakes beneath the Nothern Caucasus: Evidence of Active or Recent Subduction in Western Asia. Bulletin of the Seismological Society of America, Vol.102, No.2, April 2012, pp. 862–866
  • Етирмишли Г.Д., Казымова С.Э. Скоростная модель земной коры Азербайджана по данным цифровых сейсмических станций. Геология и Геофизика Юга России, № 1/2012, ISSN 2221–3198, с. 59–73
  • Г.Д.Етирмишли.Развитие сейсмологических и сейсмопрогностических исследований в Азербайджане. Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu, 2012, c. 151–166
  • G. Yetirmishli. Seismological and seismo-predicting research in Azerbaijan. ESC 2012, Book of Abstracts European Seismological Commission 33rd General Assembly 19–24 August 2012 and Young Seismologist Training Course 25–30august 2012, Moscow-Obninsk, Russia, pp. 192–1
  • Г.Д.Етирмишли, Р.Р.Абдуллаева.Кавказ: Азербайджан. Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 79–86
  • Г.Д.Етирмишли, С.Э.Казымова, Э.С.Гаравелиев, С.С.Исмаилова ЛЕРИКСКОЕ-II ЗЕМЛЕТРЯСЕНИЕ 11 июля 2007 г. с КР=12.3, МW=5.2, I0=6 (Азербайджан). Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 373–384
  • Г.Д.Етирмишли, Э.С.Гаравелиев, Ш.К.Исламова.АХСУИНСКОЕ ЗЕМЛЕТРЯСЕНИЕ 23 августа 2007 г. с КР=11.6, Ms=3.8, I0=5 (Азербайджан). Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 408–414
  • Г.Д.Етирмишли, Э.С.Гаравелиев, З.Г.Аллахвердиева. ТЕРТЕРСКОЕ ЗЕМЛЕТРЯСЕНИЕ 19 сентября 2007 г. с КР=11.7, I0=5 (Азербайджан). Землетрясения Северной Евразии в 2007г., РАН Геофизическая Служба, Обнинск 2013, с. 415–421
  • Yetirmishli G. J., Mammadli T. Y., Kazimova. S. E. FEATURES OF SEISMICITY OF AZERBAIJAN PART OF THE GREATER CAUCASUS. Journal of Georgian Geophysical Society, Issue (A), Physics of Solid Earth, v. 16a, 2013, pp. 55–60
  • Ад.А.Алиев, И.С.Гулиев, Г.Д.Етирмишли, Н.П.Юсубов. Извержение грязевого вулкана Локбатан 20 сентября 2012г.: Новые свидетельства восполняемости ресурсов углеводородов. Azərbaycan Milli Elmlər Akademiyası XƏBƏRLƏR Yer Elmləri, 2013 № 2, с.18–25
  • G. Skolbeltsyn, R. Mellors, R. Gök, N. Türkelli, G. Yetirmishli, E. Sandvol. Upper Mantle S wave Velocity Structure of the East Anatolian-Caucasus Region. ©2014 American Geophysical Union, doi: 10.1002/2013TC003334

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidentidir
  • AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının üzvü
  • AMEA-nın Yer Elmləri bölməsinin Elmi Şurasının üzvü
  • AMEA nəzdində RSXM — in Elmi-Texniki Şurasının sədri
  • AGU- Amerika Geofiziklər Birliyinin üzvü
  • ORFEUS — Avropa Seysmoloji Müşahidə və Araşdırma Mərkəzinin üzvü
  • İRİS — Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutunun fəxri üzvü
  • EMSC — Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin üzvü
  • ESC — Avropa Seysmologiya Komissiyasının həqiqi üzvü
  • Rusiya Təbiət Elmləri Akademiyasının akademiki
  • AMEA nəzdində RSXM-nin Elmi–Texniki Şurasının sədri, Avropa Seysmoloji Komissiyasının üzvüdür.
  • 2003-cü ildə AMEA Rəyasət Heyəti tərəfindən 50 illik yubleyi münasibətilə "Fəxri Fərman"la təltif edilmişdir.
  • 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
  • 2009-cu ildə Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Ulu Öndərimizin ictimai-siyasi fəaliyyətini tətbiq etdiyinə, xeyriyyəçilik ənənələrinə, Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığına görə "Fəxri Media Diplomu" ilə təltif edilmişdir.
  • 2014-cü ildə "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalına layiq görülmüşdür.
  • 2015-ci ildə "Avropa nəşr evi" tərəfindən "İlin vətənpərvər alimi" qızıl medalı ilə təltif edilmişdir.
  • 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 2017-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə "Vernadski" adına medala layiq görülmüşdür.
  • "Parlamentin səsi" İctimai Birliyi və "Parlamentinsəsi.tv" internet televiziyası tərəfindən Azərbaycan Milli Mətbuatın yaranmasının 141 illiyi ərəfəsində ayrı-ayrı media orqanları və jurnalistlər arasında keçirilən rəy sorğusuna əsasən, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Şərəfli ömür" Fəxri Diplomuna layiq görülüb.
  • 2020-ci ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) münasibətilə "Yubiley medalı"na layiq görülmüşdür.
  • AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarına əsasən Vladimir Vernadski adına "Rusiya Təbiət Elmləri Akademiyasının inkişafına verdiyi töhfələrə" görə fəxri diplom və medal ilə təltif olunub.

Digər fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • AMEA "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü
  • "Azərbaycan ərazisində güclü zəlzələ episentrlərinin xəritəsi (427–2018-ci illər)"nin redaktoru
  • "Azərbaycan Respublikası ərazisində məlum güclü zəlzələlərin pleystoseyst zonaları xəritəsi"nin redaktoru
  • "Azərbaycan Respublikası ərazisində güclü zəlzələlərin başvermə ehtimalı xəritəsi"nin redaktoru
  • Seismoprognosis observations in the territory of Azerbaijan (Azərbaycanda seysmoproqnostik müşahidələrin kataloqu) elmi jurnalın Baş redaktoru
  • Rusiya Elmlər Akademiyası Ural bölməsinin Orenburq Elmi Mərkəzinin "Бюллетень Оренбургского научного центра УрО РАН" elmi jurnalının redaksiya heyətinin üzvü
  • "Геология и геофизика Юга России" elmi jurnalının redaksiya heyətinin üzvü
  • "Землетрясения Северной Евразии" elmi jurnalının redaksiya heyətinin üzvü
  • "Российский сейсмологический журнал" elmi jurnalının redaksiya heyətinin üzvü
  • Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəsmi nəşri "Türk Deprem Araşdırma Dərgisi" nin redaksiya heyətinin üzvü
  • Özbəkistan Elmlər Akademiyasının "Проблемы сейсмологии" ("Seysmologiyanın problemləri") elmi jurnalının redaksiya heyətinin üzvü
  • Azərbaycan ordusu yeni bir tarix yazır-Q. Yetirmişli[1].
  • Qarabağda seysmoloji tədqiqatların yeni istiqamətləri-Q. Yetirmişli[2].
  • Azərbaycan seysmologiyası sabaha doğru/Q. Yetirmişli[3].
  • AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" medalı ilə təltif olunub[4].
  • AMEA-nın müxbir üzvü Qurban Yetirmişli "Şərəfli ömür yolu" fəxri diplomu ilə təltif edilib[5].
  • Qurban Yetirmişli: "Təkanların çox dərində olması ciddi dağıntıların qarşısını alıb" [6].
  • Qurban Yetirmişli: "Yeni qanun Azərbaycan elminin daha yüksək səviyyəyə qalxmasına töhfələrini verəcək"[7].
  • AMEA-nın müxbir üzvü Qurban Yetirmişli:"Daşlı adasındakı vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb"[8].
  • AMEA-nın müxbir üzvü Qurban Yetirmişli:"Gürcüstandakı güclü zəlzələnin Azərbaycanda hiss olunması qaçılmaz idi[9]
  • Сейсмогеодинамическая обстановка и распределение нефте-газовых залежей в разрезах Нижне Куринской впадины/ Етирмишли, Г.Д.[10]
  • Современная сейсмическая обстановка Азербайджана/Етирмишли, Г.Д.[11]
  • Seismic Activation in the Eastern Part of the Southern Slope of the Great Caucasus in the Late XX to Early XXI Centuries[12]
  • Первые результаты оценки глубины поверхности Мохо методом обменных Ps-волн для Азербайджанской части Большого Кавказа/ 2020 г. Г.Д. Етирмишли, С.Э. Казымова[13]
  • Первые результаты оценки глубины поверхности Мохо методом обменных Ps-волн для Азербайджанской части Большого Кавказа[14]
  • Моделирование геодинамической ситуации Куринской впадины на основе новейших сейсмологических, геодезических и магнитометрических данных

[15]

  • АЗЕРБАЙДЖАН Текст научной статьи по специальности "Науки о Земле и смежные экологические науки"[16]
  • Первые Результаты Оценки Глубины Поверхности Мохо Методом Обменных Ps-Волн Для Азербайджанской Части Большого Кавказа[17]
  • "Одномерная Скоростная Модель Среды Среднекуринской Впадины По Данным Местных Землетрясений Азербайджана"[18]
  • Зависимость Определения Положения Эпицентра Землетрясения От Азимутального Расположения Станций и Особенностей Времен Пробега Продольных[19]
  • Сейсмичность Азербайджана и Прилегающих Территорий в 2015 г[20]
  • Исследования сейсмического режима Шамаха-Исмаиллинской зоны по слабым землетрясениям[21]
  • Aşağı Kür çökəkliyində karbohidrogenlərin əmələ gəlməsində seysmoaktivliyin rolu[22]
  • Aşağı Kür çökəkliyinin seysmotektonik şəraiti və onun neftlilik-qazlılıqla əlaqələri[23]
  • Сейсмоаномальные геофизические предвестники Агдашского и Огузского землетрясений[24]
  • Развитие Сейсмологических и Сейсмопрогностических Исследований в Азербайджане[25]
  • Взаимосвязь Очаговых Зон Землетрясений с Глубинными Разломами в Шамахы-Исмаиллинском Районе за Период 1993–2009 гг[26]
  • Seismicity of the Territory of Azerbaijan in 2019[27]
  • Advantages of modern digital telemetric seismic monitoring system[28]
  • Состояние Геомагнитных Сейсмопрогностических Исследований на Шеки-Шамахинском Полигоне Азербайджана [29]
  • Сейсмическая обстановка территории Азербайджана [30]
  1. "Science.az". 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
  2. "Science.az". 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
  3. "Respublika". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.
  4. "Science.az". Archived from the original on 2023-05-05. İstifadə tarixi: 2015-01-30.
  5. "Science.az". Archived from the original on 2023-05-05. İstifadə tarixi: 2015-01-30.
  6. "Science.az". Archived from the original on 2023-05-05. İstifadə tarixi: 2016-08-02.
  7. "Science.az". Archived from the original on 2023-05-05. İstifadə tarixi: 2016-08-02.
  8. "Science.az". Archived from the original on 2023-05-05. İstifadə tarixi: 2021-07-05.
  9. "Report.az". Archived from the original on 2023-05-07. İstifadə tarixi: 2022-02-14.
  10. https://earthpapers.net/seysmogeodinamicheskaya-obstanovka-i-raspredelenie-nefte-gazovyh-zalezhey-v-razrezah-nizhne-kurinskoy-vpadiny”//[ölü keçid] Баку, 2000
  11. http://www.cgiras.ru/media/source/col_monography_2019.pdf//ОПАСНЫЕ[ölü keçid] ПРИРОДНЫЕ И ТЕХНОГЕННЫЕ ПРОЦЕССЫ В ГОРНЫХ РЕГИОНАХ: модели, системы, технологии.- 2019 года.- стр.-29–36 (Коллективная монография)
  12. https://www.researchgate.net/publication/338562966_Seismic_Activation_in_the_Eastern_Part_of_the_Southern_Slope_of_the_Great_Caucasus_in_the_Late_XX_to_Early_XXI_Centuries//December 2019//Izvestiya Atmospheric and Oceanic Physics
  13. http://www.gsras.ru/rjs/uploads/files/2020-09-15/rus/07.pdf//Российский[ölü keçid] Сейсмологический Журнал. 2020. Т. 2. № 3
  14. http://www.gsras.ru/rjs/uploads/files/2020-09-15/rus/07.pdf// Arxivləşdirilib 2020-11-19 at the Wayback Machine Российский сейсмологический журнал 2020. Т. 2, № 3. С. 78–87. DOI: https://doi.org/10.35540/2686-7907.2020.3.07
  15. https://cyberleninka.ru/article/n/modelirovanie-geodinamicheskoy-situatsii-kurinskoy-vpadiny-na-osnove-noveyshih-seysmologicheskih-geodezicheskih-i Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine Бюллетень Оренбургского научного центра УрО РАН 2018
  16. https://cyberleninka.ru/article/n/azerbaydzhan-1 Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine ЖУРНАЛ Землетрясения Северной Евразии 2018
  17. "Arxivlənmiş surət". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.
  18. https://naukarus.com/odnomernaya-skorostnaya-model-sredy-srednekurinskoy-vpadiny-po-dannym-mestnyh-zemletryaseniy-azerbaydzhana[ölü keçid] ФИЗИКА ЗЕМЛИ, 2011, № 9, с. 103–112
  19. Волн[https://web.archive.org/web/20161020155930/http://seismology.az/journal/adminka/filemanager/files/custom_files/articles/2008/2007/2010/2006/2006-10.pdf Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine
  20. "Arxivlənmiş surət" (PDF). 2022-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  21. "Arxivlənmiş surət". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.
  22. "Arxivlənmiş surət" (PDF). 2022-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  23. "Arxivlənmiş surət" (PDF). 2022-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  24. "Arxivlənmiş surət" (PDF). 2023-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  25. http://seismology.az/journal/adminka/filemanager/files/2012/zbornik_kataloqa_A42rus.pdf//[ölü keçid] Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu, 2011, səh. 151–166
  26. "Arxivlənmiş surət" (PDF). 2022-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  27. http://www.seismology.az/journal/files/articles/tam_jurnal_2021.pdf//SEISMOPROGNOSIS[ölü keçid] OBSERVATIONS IN THE TERRITORY OF AZERBAIJAN
  28. "Arxivlənmiş surət". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.
  29. "Arxivlənmiş surət" (PDF). 2023-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
  30. "Arxivlənmiş surət". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]