Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)

Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal[1]

Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr
Baş redaktor Qurban Yetirmişli
Dövrilik ildə 2 dəfə
Ölkə Azərbaycan Azərbaycan
Dil İngilis dili
seismology.az/journal/

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiyazəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-ŞamaxıAbşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir.[2]

Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.[3] Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçmişdir[4]

Jurnalın redaksiya heyəti

[redaktə | mənbəni redaktə et]

Jurnalın beynəlxalq heyəti

[redaktə | mənbəni redaktə et]
  • E. A. Rogozhin (Russia)
  • T. L. Chelidze (Georgia)
  • A. G. Aronov (Belarus)
  • L. B. Slavina (Russia)
  • Robert Mellors (USA Livermole)
  • Robert van der Hilst (USA Massachusetts)
  • A. V. Kendzera (Ukraine)
  • Eric Sandvol (USA Missouri)
  • Rengin Gok (USA)
  • A. A. Malovichko (Russia)
  • Fadime Sertcelik (Turkey)
  • Tea Godoladze (Georgia)
  • Maskey Kevin (USA)
  • Levent Gulen (Turkey)
  1. "Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Elmi nəşrlər". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.
  2. "Strong earthquakes on the territory of Azerbaijan for the period of 2012–2014". 2023-06-29 tarixində arxivləşdirilib.
  3. "SEISMOPROGNOSIS OBSERVATIONS IN THE TERRITORY OF AZERBAIJAN". 2012. 2023-06-29 tarixində arxivləşdirilib.
  4. "Azərtac -". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]