Riçard Nevil (ing. Richard Neville; 1400[1][2][…], Darem qraflığı[d] – 30 dekabr 1460) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri.
Riçard Nevil | |
---|---|
ing. Richard Neville | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1400[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1460 |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | hüquqşünas, hakim |
Uşaqları | |
Hərbi xidmət | |
Döyüşlər |
1400-cü ildə Durham bölgəsindəki Rabi qalasında dünyaya gəldi. Atası məşhur Nevil ailəsindən Uestmorland qrafı Ralf Nevil, anası isə Gentli Conun qızı Janna Byufort idi. Atası 2 dəfə evlənmişdi və Riçard onun ikinci evliliyindən doğulan övladlarından idi. Nevil ailəsi Durham qraflığı və Yorkşirdə məskunlaşsalar da, II Riçard və IV Henri dövrlərində Şotlandiya sərhəddində güclənməyə başladılar.
Salisburi qrafı Tomas Montegunun qızı və varisi Alis Montegu ilə evləndi. Evlilik tarixi tam bəlli olmasa da, 1421-ci ilin fevralında Valualı Ketrinin tacqoyma mərasiminə xanımıyla qatılması bu tarixdən öncə evləndiyini göstərir. Qaynatasının 1428-ci ildə geridə oğul varis buraxmadan vəfatının ardından Salisburi qraflığı da Riçarda miras qaldı.
Şotlandiya sərhəddinin mühafizəsi ilə vəzifələnən Persi ailəsiylə mübarizəni gücləndirdi və nəticədə 1420-ci ildə sərhəddin qərb bölgəsinin idarəsini ələ aldı. 1431-ci ildə Fransadakı tacqoyma mərasimi üçün 10 yaşlı VI Henrini müşayiət etdi. Geri döndükdən sonra sərhəddin şərq bölgəsinin idarəsini də ələ aldı. Ancaq 1436-cı ildə hər iki vəzifəsindən də imtina etdi və bacısının əri Yorklu Riçardla birlikdə Fransadakı birliklərin idarəsinə gətirildi. Ertəsi il geri döndü və noyabr ayında kral məclisinə üzv seçildi.
Persi ailəsiylə mübarizəsi davam etdiyi üçün sərhəd idarəsinə gətirilmədi və problemin həll olmasının ardından 1443-cü ildə yenidən sərhəddin qərb bölgəsinin idarəsini ələ aldı. Bundan sonrakı tarixdə qohumu olan Yorklu Riçardın taxt mübarizəsini dəstəklədi. Birinci Sant Albans döyüşündə Lankasterlər üzərində qəti qələbə qazandılar. Ancaq Yorklu Riçardın məğlub edilərək ölkədən qaçmasınına ardından, Riçard da Kaleyə qaçdı. 1460-cı ildə onunla birlikdə İngiltərə qayıtsa da, 31 dekabr 1460-cı ildə, Veykfild döyüşündən bir gün sonra öldürüldü. Əslində külli miqdarda sərvəti olduğu üçün, Riçard Nevilin qənimət qarşılığında azad edilməsi düşünülsə də, yerli xalq buna etiraz etdi və illərdir sərt bir idarəçi kimi tanınan Riçard Nevil yerli əhali tərəfindən öldürüldü.