Riçard Nevil (Vorvik qrafı)

Riçard Nevil (ing. Richard Neville; 22 noyabr 1428, Noric14 aprel 1471, Barnet borosu, Böyük London regionu[d]) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri.

Riçard Nevil
ing. Richard Neville
Şəxsi məlumatlar
Doğum tarixi 22 noyabr 1428
Doğum yeri
Vəfat tarixi 14 aprel 1471 (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d], diplomat, siyasətçi
Atası Riçard Nevil (Salisburi qrafı)[1]
Uşaqları
Dini katolisizm
Hərbi xidmət
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Evlilik yoluyla Vorvik qrafı, dövrün ən zəngin və güclü ingilis əsilzadəsi oldu. Güllər müharibəsinin ilk illərində qohum olduğu York ailəsini dəstəkləsə də, daha sonra Lankasterlərin cəbhəsinə qoşuldu və 2 kralın taxtdan endirilməsinə təsir etdi. İlk başda siyasi mübarizə olaraq başlayan sürtüşmə, atası Salisburi qrafı ilə Yorklu Riçardın döyüş meydanında öldürülməsinin ardından üsyana çevrildi. Bibisi oğlu olan Yorklu Eduardla birləşərək VI Henrini taxtdan endirdi və onu IV Eduard adıyla taxta çıxardı. Bu səbəblə bir çox mənbədə Kral Yaradan (ing. Kingmaker) olaraq adlandırılır.

Ancaq xarici siyasət və kralın Yelizaveta Vudvillə olan evliliyi səbəbilə IV Eduardla münasibətləri pisləşdi. Kralın qardaşı Klarens hersoqu Corc Plantageneti taxta çıxarmağı planlaşdırdı ancaq uğursuz bir cəhdin ardından VI Henrini yenidən taxta çıxardı. Çox keçmədən, cəmi 6 ay sonra IV Eduard səltənətini bərpa etdi və Riçard Nevil 14 aprel 1471-ci ildə Barnet döyüşündə öldürüldü.

1436-cı ildə Vorvik qrafının qızı Anna Byuçemplə evləndirildi və cütlüyün 2 qızı dünyaya gəldi.

  1. 1 2 Kindred Britain.