Rizvan Əhmədov

Rizvan Əhmədov (6 sentyabr 1957, Taldı-Kurqan vilayəti26 iyun 2002) — İkinci Çeçenistan müharibəsinin ən tanınmış səhra komandirlərindən biri, İçkeriya ordusunun briqada generalı, ÇİR Silahlı Qüvvələrinin Mərkəzi Cəbhəsinə komandanlıq etmiş şəxs. "Qafqaz mücahidlərinin məclis-ül-şurası"-nın üzvü.

Rizvan Əhmədov
çeç. Ахмадов Iаднани КIант Ризван
Doğum tarixi 6 sentyabr 1957(1957-09-06)
Doğum yeri
Vəfat tarixi 26 iyun 2002(2002-06-26) (44 yaşında)

Rizvan Əhmədov 6 sentyabr 1957-ci ildə, 1944-cü ilin fevralında çeçenlərin deportasiyasından sonra Əhmədovlar ailəsinin yaşadığı Qazaxıstanın Taldı-Kurqan vilayətində anadan olmuşdur. 1990-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Qazaxıstandan Çeçenistan Respublikası, Urus-Martan şəhərinə köçür.

Birinci Çeçenistan müharibəsi başlayandan sonra Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinə qoşulur və rus qoşunlarına qarşı döyüşlərdə fəal iştirak edir. 1995-ci ildə Urus-Martan rayonunun Goyskoe kəndində ağır yaralanır.

Hüquq müdafiəçilərinin, medianın çoxsaylı açıqlamalarına görə, müharibələr arası dövrdə Rizvan Əhmədov və qardaşlarının əsas məşğuliyyəti Çeçenistan Respublikasında vəhhabilik ideologiyasının yayılması, habelə adam oğurluğu olur.

2001-ci ilin fevral ayında, qardaşı Ramzanın ölümündən sonra, Çeçenistan Respublikasının Qroznı şəhəri, eyni adlı rayonun kəndləri, Urus-Martan və Şali rayonlarında fəaliyyət göstərən çeçen yaraqlılarının dəstələrinə rəhbərlik edir.

2002-ci ilin aprelində respublikanın bir neçə böyük yaşayış məntəqəsini ələ keçirməyə hazırlaşır. Bunu radio müdaxiləsindən öyrənən Çeçen çevik qüvvələri xüsusi əməliyyata başlayır və əməliyyat zamanı silahlıların hücumuna hazırlaşan iyirmiyə yaxın adam saxlanılır. Elə həmin ayın sonunda Rizvan və Zəlimxan Əhmədovlar Çeçenistan Xüsusi Polis dəstəsinin zabitlərinə qarşı terror hücumu təşkil eir, nəticədə 18 polis əməkdaşı öldürülür.

Ömrünün son aylarında federal hökumət, dövlət qurumları və yerli hökumət işçiləri ilə əməkdaşlıq edən çeçenlərə ov elan edir.

Rəsmi versiyaya görə 26 iyun 2002-ci ildə Mesker-Yurt kəndində polis və daxili qoşunların birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülür[1]. Digər mənbələrə görə, onu Movsar Barayev öldürüb. Birinci Kanalın məlumatına görə, Əhmədovun öldürülməsindən dərhal sonra şübhələri özlərindən uzaqlaşdırmaq üçün Barayev və onun adamları Qroznıda üç nəfəri qaçıraraq Rizvan Əhmədovun harada olduğunu hüquq-mühafizə orqanlarına xəbər verənlər kimi təqdim etmişlər[2].

Çeçen İçkeriya Respublikası Prezidentinin fərmanı ilə Rizvan Əhmədov ÇİR-nın ən yüksək ordeni "Koman siy" ("Millətin Şərəfi") ilə təltif edilir (ölümündən sonra)[3].

  1. "В Чечне убит полевой командир Ризван Ахмадов". ria.ru. 29.06.2002. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021.04.25.
  2. "Стали известны подробности недавнего убийства одного из организаторов чеченских бандформирований". 1tv.ru. 05.07.2002. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021.04.25.
  3. Указ и. о. президента ЧРИ Докки Умарова: УКАЗ N155