Robert Fişer

Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[2][3][…], Çikaqo, İllinoys[4][5][…]17 yanvar 2008[2][6], Reykyavik[7][8][…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975).

Robert Fisher
ing. Robert James "Bobby" Fischer
Ölkə ABŞ ABŞ
Doğum adı Robert James Fisher
Doğum tarixi
Doğum yeri Çikaqo
ABŞ ABŞ
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Reykyavik, İslandiya
Dəfn yeri
Titulu qrosmeyster (1958)
Son reytinqi
  • 2.785 (iyul 1972)
Maksimal reytinqi 2785 (iyul 1972)
Mükafatları Dünya çempionu:1972–1975
bobbyfischer.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib. Anası Reqina Vender özünə qapalı qadın idi.(o ABŞda CİA nəzarətində olub). Bu xasiyyət oğluna da keçir. 6 yaşlı balacaya şahmatı bacısı Coan Fişer öyrədir. O, artıq 13 yaşında şahmat üzrə ABŞ çempionu, 15 yaşında isə Boris Spasskiyə məxsus rekordu təzələyərək şahmat tarixində ən gənc qrosmeyster olmuşdur.

1972-ci ildə Reykyavikdə Boris Spasskini məğlub edən Fişer dünya çempionu adını qazanmışdır. 1992-ci ildə ABŞ-nin Yuqoslaviyaya tətbiq etdiyi embarqoya baxmayaraq bu ölkədə keçirilən şahmat turnirində iştirak etmişdir. Boris Spasskini 30 görüşdən 10-da məğlub edən Fişer turnirin qalibi olsa da ABŞ-də onu 10 illik həbs cəzası və 250 min dollar məbləğində cərimə gözləyirdi. Bu səbəbdən ABŞ-yə geri qayıtmayan Fişer bir müddət Macarıstanda, 2000-ci ildən isə Filippində və daha sonra Yaponiyada məskunlaşmışdır. 2003-cü il ilin dekabrında ABŞ Dövlət Departamenti onun pasportunu ləğv etdi. Bundan xəbəri olmayan Fişer 2004-cü il iyulun 13-də Yaponiyadan Filippinə uçmaq istəyərkən sərhədi qanunsuz keçməyə cəhd etdiyi üçün aeroportda həbs edilmişdir. O, 8 ay burada həbsdə qalmış, həmin dövrdə ABŞ vətəndaşlığından imtina etməsi barədə yazılı bildiriş göndərmiş və siyasi sığınacaq verilməsi barədə müraciət etmişdir. 24 mart 2005-ci ildə ona vətəndaşlıq verməyə razılığını bildirən İslandiyaya deportasiya edilmişdir.

2007-ci ilin noyabrında böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Əməliyyatdan imtina edən Robert Fişer 17 yanvar 2008-ci ildə xəstəxanada vəfat etmişdir. Öz istəyinə əsasən onun dəfn mərasimində həyat yoldaşı Miyoko Vatai və bir neçə island dostu iştirak etmişdir.

Dini mənsubiyyəti

[redaktə | mənbəni redaktə et]

Anasının yəhudi olmasına baxmayaraq, Fischer yəhudi köklərinin olmasını təkzib edirdi. 1962-ci ilin yanvarında Fischer müsahibədə dedi: Mən Nitşenin kitabını oxudum və orada deyir ki, din insanların hisslərini küt edir. Mən bununla razıyam.

Fischer 1960-cı illərin ortalarında Allahın Dünya Kilsəsinə qoşuldu. Kilsə şənbə günü Sabbath təyin etdi və Sabbath günündə işləməyi qadağan edirdi (həmçinin şahmatı da). 1970-ci illərin ortalarında Fischer Allahın Dünya Kilsəsinə böyük məbləğdə pul ianə edirdi. 1972-ci ildə bir jurnalist "Fischer demək olarki, şahmat kimi din barədə də ciddidir və cempion şahmatı inkişaf etdirməklə öz inancına yatırırdı" deyə bildirmişdir. Bununla belə, peyğənbərliyi Herbert W. Armstrong yerinə yetirməmiş getdi və kilsə Garner Ted Armstrong ilə bağlı seks qalmaqallarının silsilə ayələri sarsıtdı. Nəhayət, 1977-ci ildə Fişer kilsəni tərk elədi, ""Şeytani" olan bu ittiham və qətiyyətlə onun metodları və rəhbərliyi hücum".

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Onun ilk məqsədi Dünya Çempionu titulunu qazanmaq idi. Və bunun üçün də bütün gücünü sərf etmişdi, əlindən gələni edirdi. Sağlamlığını və yaraşığını qorumaq üçün o üzgüçülük, tennis, xizək və konki ilə də məşğul idi. ABŞ çempionluğunu qazanandan sonra o, 1958-ci ildə Keçmiş Yuqaslaviyanın Portoroje şəhərində keçiriləcək interzonal turnirə hüquq qazandı. Keçmiş Yuqaslaviyada 2 matç keçirildi. Yanoşeviç və Matuloviçlə baş tutan görüşdə birincisi heç-heçə ilə, ikinci matç isə Fişerin qalibiyyəti ilə yekunlaşdı. Fişerin tələbinə əsasən matç bağlı qapılar raxasında keçirilmişdir. Və oyunun qeydləri və nəticələr də heç yerdə dərc olunmadı. 30 ildən sonra Reqina Fişerin Yuqaslaviya şahmat ittifaqı ilə yazışmasının bir hissəsi üzə çıxmışdır. Orada Fişerin anası məlumat verirdi ki: Bobbi özünə diqqət cəlb etməyi sevmir. Ona görə həyatına soxularaq yersiz sual verən jurnalistləri görməyə gözü yoxdur. Müsahibə vermir. Ona ayrıca ev lazım deyil. Adi otel ona bəs edər. O, şahmatçıların arasında özünü yaxşı hiss edir. O sadə idman gödəkçələri geyinir. Kostyum və qalstukda uzaq dayanır.

Bu zona turnirində Fischer Beynəlxalq qrosmeyster normasını keçdiyindən o, 1958-ci ildə Boris Spasskinin 18 yaşında qazandığı rekordu təzələyərək 15 yaşında ən gənc qrosmeyster adını qazandı.

1960–1962-ci illərdə keçirilən beynəlxalq turnirlərdə o, 4 dəfə birinci, bir dəfə isə 2-ci yer olmuşdur. Leypciqdə keçirilən olimpiadada yaxşı nəticələr əldə etdi. Və daha bir neçə komandalar arası yaraşmalarda qalib olurdu.

1962-ci ildə Kurasaoda keçirilən turnirdə namizədlər arasında 4-cü yeri tutaraq məğlub oldu. Evə qayıdan Fişer "Sport İllustrated" jurnalına müsahibə verərək demişdir ki, güclü sovet şahmatçıları öz aralarında bərabərlik müqaviləsi bağlayıblar. Və bununla da başqalarını onlara yaxınlaşmağa imkan vermirlər. O qeyd edirdiki, Rusiyada şahmata nəzarət elə səviyyəyə çatıb ki, ədalətli rəqabət haqqında söz belə gedə bilməz. Obyektiv qeyd olunsa, bərabərlik müqaviləsi şahmatçılar arasında mümkün idi. Ancaq ona görə ki, Fişer öz həmkarlarından geridə qalırdı. Əgər o həqiqətən də birinci yerə iddia etsəydi, sovet şahmatçıları ancaq bir-birilərini udmaqla onu saxlaya bilərdilər.

60-cı ci illərin 2ci yarısında o, dünyanın ən güclü şahmatçılarından biri oldu. Qavanada keçirilən görüşdə 2–4-cü yerləri qazandı. Bu oyunlar qiyabi şəkildə keçirilirdi. Amerika Birləşmiş Ştatları Kubaya qarşı sanksiyalar elan etdiyində Fişerin Qavana getməsi mümkün deyildi. Ona görə o, öz gedişləri telefon vasitəsi ilə demişdir. 1966-cı ildə Santa-Monikada keçirilən yarışda 2-ci, 1967-ci ildə Monte-Karloda 1-ci yer, 1970-ci il Buenos-Ayresdə keçirilən yarışda da 1-ci yeri qazanmışdır.

Öz ölkəsində Fişer əlçatmaz idi. ABŞ-nin 8 qat çempionu idi. Dünya Olimpiadasında ABŞ komandasına başçılıq edirdi. 1960,1962, 1966, 1970-ci il Olimpiadalarında şahmatçılar arasında 65 partiya oyun oynayaraq 40 oyun qalib gəlib, 7 oyun uduzub və 18 oyun isə heç-heçə ilə başa vurub.

Fişerin təsadüfi şahmatı (şahmat960)

[redaktə | mənbəni redaktə et]

Fischer random chess (chess960)

"Fişerin təsadüfi şahmatı"nı adından da göründüyü kimi keçmiş dünya çempionu Bobbi Fişer yaradıb. 1996-cı ilin 19 iyununda Fişer Argentinada şahmatın fərqli növünü yaratdığını elan etdi. Bu şahmatda standart şahmat lövhəsi və fiqurları istifadə olunur, sadəcə fiqurlar fərqli düzülür. "Fişerin təsadüfi şahmatı" sonralar "şahmat960" adlandırıldı. Şahmat960 mümkün başlanğıc vəziyyətlərin sayına görə belə adlandırılıb. Bu şahmatda əvvəlcədən əzbərlənmiş debütlər vasitəsilə üstünlük əldə etmək qeyri-realdır, oyunçular yalnız öz istedadlarından və yaradcılıqlarından istifadə etməlidirlər.

2006-cı ildə İslandiyada radioverilişdə Fişer, şahmat960-ı niyə yaratdığını belə izah edir:

Oyun əsasən debütdən asılıdır. Keçən əsrin çempionları mənim və indiki oyunçuların bildiyi qədər açılışları bilmirlər. Əgər onlar indi sağ olsaydılar, uğursuz açılışlar edərdilər. Sən oyunun güclünü müqayisə edə bilməzsən, sən ancaq təbii bacarıq haqqında danışa bilərsən. Əzbərçilik böyük gücdür. 14 yaş və ya daha kiçik yaşlı uşaq Kapablanka və ya keçən əsrin oyuncuları (Mörfi, Steinitz) ilə açılışlarda üstünlük əldə edə bilər. Bəlkə də yox, çünki debütdə üstünlük əldə edəndə bu, təkcə açılışda üstünlük demək deyil, artıq növbəti gedişləri necə oynayacağını bilməkdir. Bir çox nümünələr var ki, həmin vəziyyətdə necə oynamaq lazım olduğuna kömək edir. Buna görə də mən artıq şahmatı sevmirəm. Bu yalnız əzbərçilik və əvvəlcədən hazırlaşmaqdır…

Ən bahalı şahmat oyunu

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Fişer və Spasski arasındaki şahmat oyunu tarixə "ən bahalı şahmat oyunu" kimi düşür. Belə ki, qalib gələn Fişer 3650000 $ , məğlub olan Spasski isə 1350000 $ qazanır.

Fişerin adını tək çempion kimi deyil, həm də Qalmaqalçı kimi tanıda bilib. Onun adı qalmaqallarda tez-tez hallanırdı. O, çox zaman çalışırdı özünü digər iştirakçılardan üstün tutsun, qaydalar pozurdu. Onun komfortla bağlı tələbləri təşkilatçılara az narahatlıq gətirmirdi. Məsəlçün Fişer onunla olan oyunlar axşam vaxtı keçirilməsin tələb edirdi. 16:00-dan tez olmayaraq. O, bunu onunla bağlayırdı ki, yuxudan tez oyana bilmirdi. Mehmanxanaların ancaq Lyuks otaqlarında qalmağa razılaşırdı. O iştirakı ilə bağlı istənilən tədbirə asanlıqla razılaşıb asanlıqla da heç bir səbəb olmadan imtina edə bilərdi. O, daim oyunun ilk hissəsinə gecikirdi. Və artıq hamı buna öyrəşmışdı.

Onun bir çox tələbləri şahmat aləminə xeyir gətirmişdir. Şahmat üzrə dünya çempionatında 1ci yerin sahibi üçün ayrılan mükafatın ölçüsünü artırılması onun adı ilə bağlıdır. Bu barədə Boris Spasskiy zarafat edib deyirdi ki, "Fişer bizim həmkarlar ittifaqımızdır." Fişerin özü isə qeyd edirdi ki, "şahmatı o seviyyəyə qaldıracam ki, boksla müqayisədə bir idman kimi daha hörmətli, daha üstün olsun. Məhəmməd Əli hər oyunda nə qədər istəsə, mən hər dəfə ondan artıq istəyəcəm."

Onun həmçinin güclü eşitmə qabiliyyəti var idi. Spasski Fişerin qulaqlarını lokator adladırmışdır. O boş zalın axı sıralarında gələn pıçıltını belə eşidib hakimə zalda səs olduğunu demişdir.

Filippin radiosunun efirində 11 sentyabr terror aktları haqqında gedən radioverilişə zəng vuran Fişer birbaşa efirdə "Bu heyranedici xəbərdir… ABŞ dağıdılmalı və məhv olmalı ölkədir… Bir neçə ay əvvəl BBC-də ABŞ-nin dünyada törətdiyi cinayətlər haqqında eşitdim və qulaqlarıma inanmadim. Bu onu gösterir ki, nə əksən onu da biçərsən, ABŞ olsan belə. Bu gün baş verən hadisə kimi… Bu hərəkti alqişlayıram. Baxin. ABŞ ve İsrail neçə illlərdi Fələstində qətliamlarr törədirlər. İndi isə növbə ABŞ-dədır. Mən Amerikanın məhv olmasını istəyirəm…Yaponiya heç kəsin vecinə deyildi. Amerika atom bombası ilə neçə milyonlarla, neçə minlərlə insanı məhv elədi və gülmeli bəhanə gətirdi. "Bir milyon amerikali əsgər xilas elədik"… Mən Amerikadan qorxmuram… " cümlələrini səsləndirdi.

Dünya Çempionu

[redaktə | mənbəni redaktə et]

1972-ci ildə Reykyavikdə baş tutan oyunda Boris Spasski ilə qarşılaşan Fişer 12½:8½. Hesabı ilə qalib gələrək dünya çempionu adını qazanır. Tarixdə ilk dəfə qaliblik mükafatı 250 min dollara qalxmışdı. Fişerin bu qalibiyyətindən sonra onu ABŞ-də qəhrəman kimi qəbul etdilər və ABŞ-nin prezidenti onu hətta Ağ evə nahara dəvət etdi. Amma Fişer bu nahardan imtina edərək demişdir ki, "Yeməyi çeynəyən zaman hamının ağzıma baxmağına nifrət edirəm". Məşhur adamların çoxu onla tanışlıq, dostluq etməyə can atırdılar. Ondan şahmat oynamağı öyrənmək istəyirdilər. Fişerin qələbəsi şahmatın qərbdə populyar olmasına yol açdı. Əvvəlcə yuxarı təbəqə arasında, sonra isə Fişeri kumir hesab edən gənclər arasında dəbə düşdü. Fişerin şərəfinə yeni doğulmuş uşaqlara Bobbi adı verilirdi.

Fişerin özü isə baş verənlərə sakit yanaşaraq normal, müstəqil şəkildə davranmağı ilə davam edirdi. Həvəssiz şəkildə müsahibələr veriridi. Yalnız yaxın dostlarının əhatəsində qalmağı üstün tuturdu. Təklif olunan reklamlardan müqavilələrindən imtina edirdi. (Deyirdilər ki, bir dəfə Fişerə avtomobil reklam etmək təklif olunmuşdur. Fişer özü avtomobillə tanış olaraq bir çox çatışmazlıq tapıb reklam etməkdən imtina etmişdir. Demişdir ki, mən özünü öldürənlər üçün nəzərdə tutulmuş avtomobili reklam edə bilmərəm.) Eyni zamanda ictimai tədbirlərdə iştiraki üçün ödəniş də müəyyən etmişdi. Məktub oxumaq üçün 1000 dollar, telefonla danışmaq üşün 2500 dollar, şəxsi görüş üçün 5000 dolar, müsahibə üçünsə 25000 dolar tələb edirdi. Bir neçə aydan sonra artıq -yorulmuşam -deyərək, ictimaiyyətdə görünməsi azaldı.

Spasski ilə baş tutan oyun Fişerin həyatında sonuncu rəsmi görüş oldu. Baxmayaraq, oyundan öncə jurnalistlərə verdiyi müsahibəyə əsasən deyirdi ki, qalib olsam dünyanı gəzib ən yüksək qonararlarla şahmat oynayacam və şahmatı ən bahalı oyun edəcəm. Amma buna baxayaraq, qələbədən sonra 3 il ərzində heç bir yarışa qoşulmadı. Nadir hallarda oynayırdı. Ciddi turnirlərə isə qoşulmurdu. Onu tanıyanları çoxu qeyd edirdilər ki, qələbədən sonra onun hansısa oyunda məğlub olması onun üçün ağrılı gəlirdi.

1981-ci ildə Fişerin adı yenə də qazet səhifələrində çıxdı. Keçmiş çempion bank oğurlama faktında şübhələndiyindən polis tərəfindən həbs edildi. İtaətsizlik edən Fişer isə qışqıraraq — Mən şaxmat üzrə çempionam- deyərək polislərin əlindən çıxmaq istəyirdi. Nəticədə polislər tərəfindən döyüldü. 2 gündən sonra oğurluq faktı üzərindən götürülərək onu azadlığa buraxdılar. Amma polislərə tabe olmadığına görə 1000 dollar cərimə edildi. Bu hadisələrdən sonra Fişerin həbsxanada haqqında kitabı dərc olundu. Bu kitabda o, həbsxanada ikən aldığı işgəncələrdən bəhs etmişdi.

1980-ci illərin sonunda Fişer 18 yaşlı macar şahmatçısı Zita Rayçabi ilə yazışaraq tanış olur. Bir neçə müddətdən sonra onun yanına köçərək Budapeştə yaşayır. Onun haqqında demək olar artıq unutmuşdular ki, 1992-ci ildə yuqaslaviya Bankiri Vasileviç tərəfindən Fişerə təklif gəldi ki, Spasskiyə qarşı qisas oyunu təşkil olunsun. Təəccüblü gəlsə də Fişer buna razılaşdı. Zita qeyd etmişdi ki, ola bilsin bu onların ünsiyyətinin nəticəsi idi ki, Fişer belə bir qərarla razılaşıb. Qalibə düşən mükafatın dəyəri 5 million amerika dolları idi. Oyun keçmiş YUqaslaviyanın Sveti-Stefan adasında təşkil olundu. Oyunun başlamasında əvvəl ABŞ-nin dövlət departamentindən Fişerə yazılı şəkildə məlumat gəldi ki, onun Keçmiş Yuqaslaviyanın sərhədlərində təşkil olunan oyunda iştirakı Beynəlxalq Embarqonu pozur və bu oyuna görə onu 10 il həbsxana həyatı gözləyə bilər. Oyundan qabaq mətbuat konfransında o bu məktubu parçalayaraq qeyd etdi ki, Mən insanları Amerikanın intelektual gücə malik olan bir dövlət olmasına inandırdım. Orada ağıllı insan yaşayır. Amma onlar isə çox sağ ol demək əvəzinə məni müflisləşdirdilər, alçatdılar. Mən də onlara eyni cavabı verirəm. Oyun baş tutdu və Fişer 10:5 hesabı ilə qalıb gəldi. Qələbədən sonra ABŞ qayıtmağa icazə olmadığından bir neçə müddət Macarıstanda qalır. 1996-cı ildə o ictimaiyyətə özü tərəfindən kəşf olunmuş şahmat 960 ilə tanış etdi.

2000-ci ildə gözlənilmədən o şərqə köçür. Orada 22 yaşlı yerli sakin Merilin Yunqla tanış olur. Və onların qız övladları dünyaya gəlir. Ölümündən sonra miras məsələlərində aparılan DNK testinin nəticələri göstərdi ki, qız onun övladı deyilmiş. 2000-ci ildə o hətta Amerikada da olur. İttiham olduğundan gizli halda Kanadadan ABŞ bacısının dəfn mərasiminə gəlir.

1996-cı ildən başlayaraq Fişer ABŞ-nin və yəhudilərin ünvanına kütləvi informasiya vasitələri ilə qərəzli çıxışlara başlayır. 2003-cü ildə isə ABŞ-nın Dövlət Departamenti rəsmi olaraq Fişerin şəxsiyyət vəsiqəsin (pasportun) ləğv edir. Fişerin özü isə bu haqda 13 iyul 2004-cü ildə Yaponiyadan Filippinə uçmaq istəyərkən hava limanında qanunsuz immiqrant kimi qaçmaq adı ilə həbs olundu. Həbsdə olarkən Fişer Amerika vətəndaşlığında imtinə edərək digər ölkələrdən sığınacaq üçün müraciət etdi. 8 ay həbsxanada qaldıqdan sonra nəhayət vəkilləri onun pasportunun işləməməsindən xəbəri olmadığını və Yaponiyaya gələrkən pasportun işlədiyini sübut edərək onu azada edə biliblər. Həbsxanadan sonra o Miyokaya evlilik təklif edərək ailə qurdular. Bu arada ona Serbiya-Çernaqoriya, Almaniya və İslandiyadan vətəndaşlıq təklifi gəldi. Və 24 mart 2005-ci ildə İslandiyaya departasiya olundu.

Həyatının son günləri

[redaktə | mənbəni redaktə et]

Deportasiyadan sonra islandiyanın Reykyavikdə şəhərində yaşamağa başlayan Fişer 2007-ci ildə şiş diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Ona əməliyyat olunmaq təklif olundu. Amma o imtina etdi. Elə bu xəstəliklə də həyatını 17 yanvar 2008-ci ildə tapşırdı. Elə İslandiyanın Selfoss şəhərciyində dəfn olub. Onun istəyi ilə dəfn mərasimi sadə şəkildə keçirildi. Ora yalnız yaxın dostları və Miyoka Vatai iştirak etmişdi. Təşkil olunmuş sadə Qəbr üzərində sadəcə Robert Fişer və doğum tarixi qeyd olunmuşdu.

Reykyavik məhkəməsinin qərarı ilə

[redaktə | mənbəni redaktə et]

Miyoka Vatainin Robert Fişerin qanunu həyat yoldaşı olduğu təsdiqlənəndən sonra 4 mart 2011-ci ildə Reykyavikdə məhkəməsi Miyokanı Fişerin varisi elan edib. 

2009-cu ilin aprelində "Mən və Bobbi Fişer" ( Me and Bobby Fischer) filminin İslandiyada premyerası olur. Film Saemindur Palssonun köhnə dostu Fişeri Yaponiyada həbsxanadan çıxartması və İslandiyada məskunlaşdırmasına kömək etməsi haqqındadır. Kino Friðrik Guðmundsson tərəfindən istehsal olunub, musiqisi Guðlaugur Kristinn ÓttarssonBjörk Guðmundsdóttir və Einar Arnaldur Melax məxsusdur.

2009-cu ilin oktyabrda "Bobby Fischer Live" filmi ekranlara çıxdı. Filmin rejissoru və əsas Fişer rolunun ifaçısı Damien Chapa idi.

2011-ci ildə kinorejissor Liz Garbus "Bobbi Fişer dünya əleyhinə" (Bobby Fischer Against the World) sənədli filmini çəkir. Filmdə Harri Kasparovun və digər şahmat cempionlarının intervyusu yer almaqdadır.

2015-ci ilin sonlarında bioqrafik film olan "Qurban piyada" (Pawn Sacrifice) ekran üzü görəcək. Fişer rolunu Tobey Maguire, Boris Spasski rolunu Liev Schreiber, Joan Fişer rolunu isə Lily Rabe oynayır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]