Karlsbad (ing. Carlsbad) — ABŞ-nin Kaliforniya ştatının San-Dieqo qraflığında şəhər. Karlsbad San-Dieqo şəhərindən 140 kilometr (87 mil) uzaqlıqdadır. Karlsbad populyar bir turistik məkandır. Şəhərin 2014-cü ildəki təxmini əhalisi 112.299 nəfərdir.[6] Sakinlərinin orta gəliri 105.000 ABŞ dollarına yaxın olan Karlsbad Kaliforniya ştatının ən zəngin beşinci şəhəridir.[7]
Karlsbad | |
---|---|
ing. Carlsbad | |
33°09′29″ şm. e. 117°21′03″ q. u.HGYO | |
Ölkə | |
Ştat | Kaliforniya |
Qraflıq | San-Dieqo |
Başçı | Mett Holl[d][1][2] |
Tarixi və coğrafiyası | |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 16 ± 1 m |
İqlimi | Aralıq dənizi |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | ingilis dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 92008, 92009 |
Digər | |
carlsbadca.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata görə, şəhərin ümumi ərazisi 101.6 km2-dir. Bunun 98 km2si quru, 3.6 km2-i isə su sahəsidir. Şəhər ərazisində üç laqun və bir göl yerləşir.[8]
Karlsbad şəhərinin iqlimi subtropik, tipi isə Aralıq dənizidir.
Karlsbad iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 17,78 | 17,78 | 17,78 | 18,33 | 18,89 | 20,56 | 22,22 | 23,33 | 22,78 | 21,67 | 20 | 18,33 | 19,94 |
Minimum orta, °C | 7,22 | 8,33 | 8,89 | 10,56 | 13,33 | 15,56 | 17,22 | 17,78 | 16,11 | 13,33 | 9,44 | 7,22 | 12,11 |
Yağıntı norması, mm | 61,5 | 56,6 | 53,6 | 23,4 | 5,8 | 2,5 | 3,3 | 7,4 | 6,1 | 10,9 | 23,4 | 34,0 | 282,7 |
Mənbə: The Weather Channel[9] |
İl | Əhali | Artış |
---|---|---|
1950 | 4.383 | — |
1960 | 93.253 | ▲ 111.1 % |
1970 | 14.944 | ▲ 61.5 % |
1980 | 35.490 | ▲ 137.35 % |
1990 | 63.126 | ▲ 77.39 % |
2000 | 78.247 | ▲ 24 % |
2010 | 105.328 | ▲ 34.36 % |
2010-cu ildə keçirilən əhalinin siyahıyalmasına görə, şəhərin ümumi əhalsii 105.328 nəfər idi.[10]
Şəhər əhalisinin irqi paylanması:
Şəhər əhalisinin 13,6 %-i Karlsbad şəhərində anadan olmuş, 85,1 % isə öz evlərində bir ildən çox yaşayır. Beş yaşından yuxarı olanların 17,6 %-i iki və ya daha çox dildə danışa bilir. Şəhər əhalisinin yaşı 25-dən yuxarı olan sakinlərinin 95,9 %-nin orta təhsili, 51,1 %-nin isə bakalavr, magistr və ya daha yüksək dərəcəsi var.[10]
Şəhər əhalisinin yaş paylanması: