Rodos heykəli (Dali)

Rodos nəhəngiİspaniya sürrealist rəssamı Salvador Dalinin 1954-cü ildə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Bu, 1956-cı ildə yayımlanan "Dünyanın yeddi möcüzəsi" sənədli filmi üçün Dalinin çəkdiyi və möcüzələrdən hər birini təsvir edən yeddi rəsmdən ibarət seriyaya daxildir. Rəsm yunan mifologiyasındakı titanlardan biri olan günəş tanrısı Heliosu təsvir edən qədim Rodos nəhəngi haqqındadır. 1981-ci ildə Bern İncəsənət Muzeyinə hədiyyə edilən rəsm filmdə heç vaxt istifadə olunmamışdır və hələ də muzeydə nümayiş etdirilir.

Rodos nəhəngi
ing. The Colossus of Rhodes, isp. El Coloso de Rodas, fr. Le Colosse de Rhodes
Rəssam Salvador Dali
Tarixi 1954
Ölçüləri 68,8 sm[1] × 39 sm[1]
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Bern İncəsənət Muzeyi
Saytı kunstmuseumbern.ch/admin…
İnventar nömrəsi G 82.007

Dalinin səyləri nəticəsində sürrealizm hərəkatının çiçəklənməsindən iyirmi il sonra çəkilmiş bu rəsm Dalinin avanqard janrından meynstrim istiqamətə keçidini ifadə edir. 1940-cı ildə ABŞ-yə köçdükdən sonra maliyyə problemlərinin təzyiqi altında qalmış və Hollivud heyranlığından təsirlənən Dali diqqətini şüursuzluqqavrayış ilə bağlı əvvəlki araşdırmalarından yayındıraraq tarixi və elmi mövzulara keçmişdir.

Dalinin şərhinə Britaniya muzeyində heykəltaraş və konservator olan Herbert Merionun 1953-cü ildə yazdığı məqalə təsir etmişdir. Merion tarixi heykəlin döyülmüş tunc lövhələrdən ibarət olduğunu və limanın üstündə deyil, yanında olduğunu irəli sürmüşdür. O, həmçinin heykələ sabit ştativ bazası vermək üçün asma pərdənin istifadə edildiyini təklif etmişdir. Bütün bu elementləri Dali bir araya gətirmişdir.

Rodos nəhəngi

[redaktə | mənbəni redaktə et]
Titan qravürası. Müəllif: Andre Teve, XVI əsr.

Rodos nəhəngi e.ə. III əsrdə yarım əsrdən çox Rodos limanında ucadılmış qədim yunan günəş tanrısı Heliosun monumental heykəli idi.[2] E.ə. I əsr tarixçisi Siciliyalı Diodorun yazdığına görə, heykəl şəhərin e.ə. 305–304-cü illərdə Rodosu mühasirəyə almış I Demetri Poliorket üzərində qələbəsini xatırlamaq üçün Lindoslu Xaresin rəhbərliyi altında tikilmişdir. Həm şəhərin, həm də Rodos adasının qoruyucusu olduğuna inanılan Helios bu məqsəd üçün seçilmişdir.[3] Heykəl e.ə. 226-cı ildə Rodos zəlzələsinə qədər salamat qalmışdı. Hadisədən 300 il sonra Qay Plini Sekundun "Təbiət tarixi" kitabında qeyd etdiyi kimi, heykəl bu zəlzələdə dağıdılmışdır.[4] Feofan b.e. IX əsrinə aid "Xronoqrafiya" əsərində onun qalıqlarının 652–653-cü illərə qədər adada qaldığını, I Müaviyənin Rodosu fəth etməsindən sonra titanın heykəlinin qalıqlarının satıldığını yazmışdır.[5] Diodor və digər yazıçıların yaratdığı siyahılardan başlayaraq bu titan heykəli qədim dünyanın yeddi möcüzəsindən biri kimi tanınır.[6]

Titanın qorunub-saxlanılmış çağdan təsviri yoxdur. Onun yeganə sübutü mətnlərdir ki, bunların çoxu əsasən xülasədir və onun tarixi heykəlin mövcud olduğu dövrdən əsrlər sonraya təsadüf edir.[7] Təsəvvür tez-tez bu tarixi sənədləri əvəz etmişdir.[8] Titanı yenidən vizuallaşdırmaq üçün elmi cəhdlər XVIII əsrdən bəri davam edir.[9] Herbert Merion 1953-cü ildə etdiyi təqdimatda heykəlin içinin boş olduğunu və onun üzərində deyil, limanın kənarında dayandığını iddia etmişdir.[10][11][12][13] Meriona görə, qalınlığı 116 düym (1.6 mm) ölçüsündən az olan döyülmüş tunc lövhələrdən hazırlanmış heykəlin bazasında yerləşən, heykəldən asılmış parça şəklində olan üçüncü dayaq nöqtəsi ilə heykəldən asılmış parça şəklində dəstəklənmiş ola bilər.[14][15] Merionun nəzəriyyəsi 1956-cı ilə qədər nəşr olunmasa da[16] Salvador Daliyə təsir etmişdir. Dalinin rəsm əsərindən iki il sonra, 1953-cü ildə Merionun təqdimatı ilə bağlı qəzet məqalələri sürətlə və beynəlxalq səviyyədə çoxalmışdır.[15][17]

Dali və Hollivud

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Salvador Dali

Salvador Dali uzun müddət Hollivud filmlərinə heyran idi.[18] O, sənayeni sürrealist bir mühit, Volt Disney, Sesil B. DemillMarks qardaşlarını "üç böyük Amerika sürrealisti" kimi təsvir etmişdir. 1937-ci ildə "Sürrealizm Hollivudda" məqaləsində o yazmışdır: "Mənə elə gəlir ki, sürrealist atəşi ilə bürünmək üçün Hollivudda şüuraltı şəkildə üzə çıxarılan və əvvəlcə keyləşdirilmiş bir formada həqiqi sayıqlama, imkan və xəyalın bir çox təsvirini gördüyümüz o sirli "hallüsinativ sellüloid" zolaqlarından başqa heç nə daha uyğun görünmür".[19]

Daliyə 1956-cı ildə təbiət və süni möcüzələri tədqiq edən səyahətnamə olan "Dünyanın yeddi möcüzəsi" sənədli filmi üçün rəsm əsərlərinin yaradılması tapşırılmışdı. O, 1954-cü ildə "Rodos nəhəngi" (The Colossus of Rhodes),[20] "Piramidalar" (The Pyramids),[21][22][a] "Olimpiyalı Zevsin heykəli" (The Statue of Olympian Zeus),[23] "Efesdəki Diana məbədi" (The Temple of Diana at Ephesus),[24] "Babil divarları" (The Walls of Babylon)[25] və eyni möcuzənin iki versiyası iki "İsgəndəriyyə mayakı" (The Lighthouse of Alexandria[26]Lighthouse of Alexandria[27][28][29]) adlı rəsm əsərlərini çəkmişdir. Dali 1955-ci ildə "Babil divarları"nın başqa bir versiyasını çəkmiş[30] və son möcüzəsi olan "Halikarnasdakı mavzoley"i (The Mausoleum at Halicarnassus) tamamlamışdır.[28][b] Bu rəsm əsərləri film üçün istifadə olunmamışdır.[31]

  1. Qala-Salvador Dali Fondunun kataloq-rezonesində və əsəri özündə saxlayan AMYC Fondunda "Piramidalar" əsərinin 1957-ci ilə aid olduğunu qeyd edir.[21][22]
  2. Qala-Salvador Dali Fondunun kataloq-rezonesində "Halikarnasdakı mavzoley" rəsm əsərinə yer verilməmişdir. O, 2016-cı ildə "Christie's"dəki auksionda 1,325,000 dollara satılmış və bu, "Nikolas və mərhum Robert Deşarn bu əsərin həqiqiliyini təsdiqlədiyini iddia etmişdir".[28]
  • Badoud, Nathan. "L'image du Colosse de Rhodes". Monuments et Mémoires de la Fondation Eugène Piot (fransız). 91. January 2012: 5–40. doi:10.3406/piot.2012.1738.
  • Beristain, Ana; Descharnes, Robert. 400 Obras de Salvador Dalí de 1914 a 1983: Exposición Realizada Conjuntamente por el Ministerio de Cultura y la Generalitat de Catalunya en homenaje a Salvador Dalí (ispan). Madrid: Ministerio de Cultura. 1983. ISBN 84-500-8720-1.
  • "The Colossus of Rhodes". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 13 January 2018.
  • de Callataÿ, Godefroid. The Colossus of Rhodes: Ancient Texts and Modern Representations // Ligota, Christopher R.; Quantin, Jean-Louis (redaktorlar ). History of Scholarship: A Selection of Papers from the Seminar on the History of Scholarship Held Annually at the Warburg Institute. London: Oxford University Press. 2006. 39–73. ISBN 978-0-19-928431-3.
  • Easby, Dudley T. Jr. "Necrology". American Journal of Archaeology. Archaeological Institute of America. 70 (3). July 1966: 287. doi:10.1086/AJS501899. JSTOR 501899.
  • "Fine Works Featured in Auction Scheduled at Capital Fine Art". Advertising Supplement. Los Angeles Times. Los Angeles, California. 12 April 1985. səh. 2 – Newspapers.com vasitəsilə.
  • King, Elliot H. Dalí, Surrealism and Cinema. Harpenden: Kamera Books. 2007. ISBN 978-1-904048-90-9.
  • Bryant, Marsha; Eaverly, Mary Ann. Modernist Migrations, Pedagogical Arenas: Translating Modernist Reception in the Classroom and Gallery // Kozak, Lynn; Hickman, Miranda (redaktorlar ). The Classics in Modernist Translation. London: Bloomsbury Academic. 2019. 189–200. ISBN 978-1-3500-4095-3.
  • "The Lighthouse of Alexandria". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.
  • "Lighthouse of Alexandria". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.
  • Maryon, Herbert. "The Sutton Hoo Helmet". Antiquity. XXI (83). September 1947: 137–144. doi:10.1017/S0003598X00016598.
  • Maryon, Herbert. "The Colossus of Rhodes". The Journal of Hellenic Studies. LXXVI. 1956: 68–86. doi:10.2307/629554. JSTOR 629554.
  • "The Pyramids". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.
  • Sabater y Bonany, Enrique. Dalí at Time Warner Center: The Vision of a Genius. New York: Galerie Elysses. 2010. OCLC 794730258.
  • "Salvador Dali (1904–1989): Le mausolée d'Halicarnasse". Christie's. 2016. İstifadə tarixi: 13 January 2018. Şablon:Free access
  • "Salvador Dali (1904–1989): The Walls of Babylon". Christie's. 2001. İstifadə tarixi: 14 January 2018.
  • "Salvador Dalí: Les Murs de Babylone". Sotheby's. 2014. İstifadə tarixi: 13 January 2018.
  • "Salvador Dalí: Giza Pyramids 1957". Fundación AMYC. İstifadə tarixi: 8 March 2019.
  • "Salvador Dalí: Statue de Zeus Olympien". Sotheby's. 2009. İstifadə tarixi: 14 January 2018.
  • "Salvador Dalí: Temple de Diana à Epheseus". Sotheby's. 2013. İstifadə tarixi: 14 January 2018.
  • Shanes, Eric. The Life and Masterworks of Salvador Dalí. New York: Parkstone International. 2012. ISBN 978-1-78042-879-6.
  • "The Statue of Olympian Zeus". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.
  • "The Temple of Diana at Ephesus". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.
  • "The Walls of Babylon". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.
  • "Walls of Babylon". Catalogue Raisonné of Paintings by Salvador Dalí. Gala-Salvador Dalí Foundation. İstifadə tarixi: 14 January 2018.