Roman Maksimoviç Trifonov (rus. Роман Максимович Трифонов; 24 iyul (5 avqust) 1896, Xolstovka[d], Saratov quberniyası[d] – 5 aprel 1966, Bakı) — sovet opera müğənnisi (bas), professor (1956), Azərbaycan SSR xalq artisti (1958), Özbəkistan SSR xalq artisti (1945).
Roman Trifonov | |
---|---|
rus. Роман Максимович Трифонов | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xolstovka[rus.], Xvalınsk qəzası[rus.], Saratov quberniyası[rus.], Rusiya İmperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu |
Fəaliyyət illəri | 1928-ci ildən |
Səs tembri | bas |
Təhsili | Saratov Konservatoriyası[rus.] |
Elmi adı | |
Mükafatları |
|
Roman Trifonov 24 iyul (5 avqust) 1896-cı ildə[1] Saratov quberniyasının (hazırda Ulyanovsk vilayəti) Xolstovka kəndində anadan olmuşdur.[2] 1927-ci ildə Saratov Konservatoriyasını bitirmiş, 1928–1930-cu illərdə Kiyev, 1931–1936-cı illərdə Saratov, Odessa, Sverdlovsk, 1936–1940-cı illərdə Leninqrad, 1940–1947-ci illərdə isə Daşkənd (Özbəkistan Dövlət Opera və Balet Teatrı[rus.]) şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1948-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[3]
Roman Trifonov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1940-cı ildən Daşkənd, 1948-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında (1956-cı ildən professor) dərs demişdir.[2] O, 5 aprel 1966-cı ildə Bakıda vəfat etmişdir.[4]
Roman Trifonov bir sıra operalarda əsas partiyaları ifa edib:[5]