Rostov Arena[1] — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədilə inşa edilən stadion[2]. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir[3]. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır.
Rostov Arena | |
---|---|
47°12′30″ şm. e. 39°44′30″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 2017 (plan) |
Vikianbarda əlaqəli mediafayllar |
Tikilmə tarixi: 2017
Tutumu: 45 000
İşıqlanma: 2100 lüks
Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir.
Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədilə ediləcəkdir.
Stadionun tikintisi məqsədilə Don çayının sol sahili seçilir. Stadionun smeta dəyəri 20 200 000 000 rubl olaraq təstiqlənir.
2013-cü ilin iyununda təməl qruntunun qazılması zamanı Böyük Vətən müharibəsi dönəminə aid olan beş partlamamış mərmi aşkarlanmışdır[5].
Həmin ilin avqustunda artıq 6 metrlik təməli qazılır.[6]. Oktyabr ayında isə artıq stadionun təməli tam hazır olur.[7]
Dekabrda artıq tikinti meydanına ağır texnika, tikinti materialları və dızgahlar gətirilir.[8] 2015-ci ilin martında stadionun layihəsinə dəyişiklik edirlər. Bu isə 3 mld rubla qənaət etməyə imkan verəcəkdir.[9] 2015 iyununda tribunaların inşasına başlanmışdır.[10] İyulda isə artıq dəmir-beton konstruksiyalarının quraşdırılmasına başlanılır.[11]
Sentyabrda dəmir-beton konstruksiyaları tam quraşdırılır və tribunalardakı oturacaqlar qutaraşdırılır[12]
2016-cı ilin noyabrında artıq tamamlama işlənmilmişdir. Burada istilik sistemi quraşdılırmışdır.[13]