Yekateriburqun Mərkəzi Stadionu və yaxud Yekaterinburq Arena – Rusiyanın şəhəri Yekaterinburqda yerləşən stadiondur. Ural öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 35696 nəfərdir, lakin mundial keçirildikdən sonra azaldılaraq 23000 ediləcək. Stadion 2018 FİFA Dünya Kubokuna ev sahibliyi edən 12 stadiondan biridir. Bundan əlavə, həmin 12 stadionun içində ən şərqdə yerləşən stadiondur. Həmçinin, Rusiyanın Asiya hissəsində mundialın oyunlarının keçirildiyi tək stadion idi.
Mərkəzi Stadion | |
---|---|
Yeri | Yekaterinburq, Rusiya |
Tikilib | 1957 |
Yenidən qurulma tarixi |
2006–2011 2014–2017 (2018 FİFA Dünya Kuboku üçün) |
Sahibi | Sverdlovsk vilayəti |
Tamaşaçı tutumu |
35696 (rəsmən) 33061 (2018 FİFA Dünya Kuboku)[1] |
Ev sahibi komanda | Ural FK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion 1957-ci ildə tikildi. Daha əvvəl də şəhərin bu ərazisində müxtəlif idman obyektləri var idi: 1900-cu ildən - Velodrom, 1928-ci ildən Regional Stadion, 1936-cı ildən "Şərqin metallurqu" stadionu buna bariz nümunədir. Stadionda minlərlə idman və əyləncə tədbirləri təşkil edildi. Açılışından bir il sonra, stadion sürətli konki idmanı üzrə dünyada ən önəmli arenalardan birinə çevrildi. 1959-cu ildə Qızlar arasında Sürətli Konki üzrə çempionatı keçirildi.[2] Bundan əlavə, stadion 1964-73-cü illərdə stadion dünyanın bu idman növü üzrə ən yaxşı komandaları (SSRİ, Norveç, Finlandiya və İsveç) arasında oynanan matçlara ev sahibliyi etmişdir. Həmin dövrdə topla hokkey idmanının bir çox matçı da bu stadionda keçirilmişdi.
2004-cü ildə stadion xalqa açıq bir şirkətə çevrildi – JSC "Central Stadium". 2006-cı ilin sentyabrından 2011-ci ilə kimi stadion əsaslı şəkildə ilk dəfə bərpa olundu. 2014–17-ci illər arasında isə daha böyük bir yenidən qurma işləri aparılmışdır.
Stadionun yenidən qurmadan sonra tamaşaçının tutumunun 35000 olacağı planlaşdırılmışdı. Stadionun oturacaqları əlillər üçün xüsusi oturacaqlar da daxil olmaqla 3 tipə bölünür. Şərq və qərbdəki oturacaqların 30 %-i kölgənin altında yerləşdiriləcəkdi. Təhlükəsizlik sistemləri, müşahidə, telekommunikasiya, video yayını və audio yazımları stadionu yüksək səviyyədə xidmət və təhlükəsizliklə təmin edir.
Stadionun özəyi eni 105 m, uzunluğu 68 m olmaqla təbii ot örtüklü futbol stadionu, səkkiz yarış pistindən ibarət atletika kompleksi, uzağa tullanma, üçlü tullanma və atıcılıq üçün ərazilərdən ibarətdir. Stadion FİFA, UEFA, Rusiya Atletika Federasiyasının standartlarına cavab verməklə yanaşı, müxtəlif ictimai tədbir və konsertləri keçirməyə qadir olmalı idi. Stendlərə görə idman kompleksləri, idmançılar, hakimlər, tibbi qruplar və komplekslər üçün yemək yerləri olacaqdır. Stadionun alt mərtəbəsində idman təsisləri, atletlər, hakimlər, tibb işçiləri üçün yerlər ayrılmışdır. Bu idman kompleksinin yanında, maşını park etmək üçün dayanacaq, süni ot örtüklü futbol meydançası və tennis kortu yerləşir.
Stadion 2018 FİFA Dünya Kuboku üçün seçildiyinə görə, onun orijinal perimetrindən kənarda uzanan müvəqqəti stendlər FİFA-nın 35,000 tamaşaçı oturma tələbinə uyğun olacaq şəkildə tikilmişdir.[3] Bundan əlavə, radio və televiziyada işləyən idman şərhçiləri 8 kabinetin ayrılması və idman tədbirlərini yaxşı izləməsinə görə jurnalistlər üçün mətbuat mərkəzinin təchiz olunması planlaşdırılır. Stadionun ot örtüyü özünü isitmə və irriqasiya (sulama) sistemlərinə də malikdir.
Stadionda fitness mərkəzindən (2500–3000 m²) əlavə tamaşaçılara xidmət etmək üçün təşkil olunan fast-food mağazalarından ibarət olan valeoloji mərkəzlə (1500 m²), 200-300 yerlik bir restoran da olacaq.
Beynəlxalq tələblərə cavab verən təhlükəsizlik və evakuasiya sistemlərinin təchiz olunması ilə stadiona müasir giriş sistemi inkişaf etdiriləcəkdir. Həm də, stadionun yaxınlığında otel və 3200 yerlik bir otopark tikildi.
Stadionun mundial üçün tamaşaçı tutumu 35696 olaraq bəlirləndi və bunun 12000-i müvəqqəti yerlər idi. Mundial bitdikdən sonra bu yerlər stadiondan çıxarılacaq və nəticədə tamaşaçı tutumu 23000-ə yaxın bir rəqəmə bərabər olacaq. Xarici fasaddan kənara çıxan müvəqqəti oturacaqlar təhlükəli görüşünə görə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdi.[4]
Cədvəldəki bütün vaxtlar Yekaterinburq vaxtı ilə verilir:
Tarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
15 iyun 2018 | 17:00 (UTC+5) | Misir | 0–1 | Uruqvay | A qrupu | 27015[5] |
21 iyun 2018 | 20:00 (UTC+5) | Fransa | 1–0 | Peru | C qrupu | 32789[6] |
24 iyun 2018 | 20:00 (UTC+5) | Yaponiya | 2–2 | Seneqal | H qrupu | 32572[7] |
27 iyun 2018 | 19:00 (UTC+5) | Meksika | 0–3 | İsveç | F qrupu | 33061[8] |