Fişt Olimpiya Stadionu

Fişt Olimpiya Stadionu (rus. Олимпийский стадион «Фишт») – Rusiyanın Soçi şəhərində yerləşən stadiondur. Stadion Soçi Olimpiya Parkında yerləşir və öz adını Fişt dağından götürmüşdür. 2014 Qış Olimpiya Oyunları üçün tikilən stadion 40000 tamaşaçı tutumuna malik idi. Stadion oyunların açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmişdir.

Fişt Olimpiya Stadionu
Stadionun 2018-ci ilin yanvarı zamanı
Stadionun 2018-ci ilin yanvarı zamanı
Xəritə
Yeri Soçi, Krasnodar diyarı, Rusiya
Açılış tarixi 2013[1]
Tikinti xərcləri 779 milyon $
Sahibi Rusiya hökuməti
Tamaşaçı tutumu 47659 (rəsmən)
44287 (2018 FİFA Dünya Kuboku)[2]
Ev sahibi komanda Soçi PFK
Meydançanın ölçüləri 105 x 68 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion ilk tikildiyi vaxt qapalı bir idman kompleksi olaraq tikilmişdi. Lakin 2016-cı ildə görülən işlərdən sonra stadion üstü açıq bir futbol stadionuna çevrildi. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmişdir.

Stadionun dizayn layihəsi PopulousBuroHappold Engineering şirkətləri tərəfindən hazırlanmışdır. Stadionun dam örtüyü 36500 kv. metrlik bir ərazini əhatə edir. Dam örtüyü qarlı zirvələr formasında tikilmişdir. Şimala açılan qübbə Krasnaya Polnaya dağlarını, cənuba doğru açılan üst göyərtə isə Qara dənizi aydın seyr etməyə şərait yaradır.[3][4]

Stadion 105 x 68 m ölçüdədir. Dörd stendi var

  • 2006. İlkin hesablamalara görə tikintinin dəyəri 1,7 milyard rubl təşkil edir.
  • 2008. Stadionun tikiləcəyi ərazi təmizlənməyə başladı.
  • 2010. Stadionun inşası başlandı və "Özünüzə inanın, birlikdə qazana biləcəyik" cümləsi yazılmış simvolik kapsul dikildi.
  • 2011. İlkin dizayn dəyişdirilir.
  • 2013. Stadionun tikintisi başa çatdırılır.

Stadion 779 milyon $-a tikildi. İdman kompleksi hal-hazırda Rusiya milli futbol komandasının təlim mərkəzidir və arabir matçlarına da ev sahibliyi edir.[5]

Olimpiya oyunlarından sonra

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin yanvarında 3 milyard rubl (46 milyon $) Konfederasiyalar Kuboku və Dünya Kubokuna görə stadion yenidən qurulmağa başlandı. Əsas dəyişikliklərdən biri stadionun damının götürülməsi idi. Çünki, FİFA üstü qapalı stadionlarda oyunun keçirilməsinə icazə verir. İşlərin 2016-cı ilin iyununa qədər tamamlanması gözlənilirdi, lakin gözləniləndən uzun çəkdi və 2016-cı ilin noyabrında tamamlandı.[6][7]

Fişt Olimpiya Stadionu həm mundiala həm də qış olimpiya oyunlarına ev sahibliyi etmiş ikinci stadion oldu. (digəri Torino Olimpiya Stadionudur) Stadion həm Konfederasiyalar Kuboku həm də qış olimpiya oyunlarına ev sahibliyi edən ilk stadion oldu.

Stadionun panoramik iç görünüşü

Futbol turnirləri

[redaktə | mənbəni redaktə et]

2017 FİFA Konfederasiyalar Kuboku

[redaktə | mənbəni redaktə et]
Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
19 iyun 2017 18:00  Avstraliya 2–3  Almaniya B qrupu 28605[8]
21 iyun 2017 21:00  Meksika 2–1  Yeni Zelandiya A qrupu 25133[9]
25 iyun 2017 18:00  Almaniya 3–1  Kamerun B qrupu 30230[10]
29 iyun 2017 21:00  Almaniya 4–1  Meksika Yarı Final 37923[11]

2018 FİFA Dünya Kuboku

[redaktə | mənbəni redaktə et]

Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
15 iyun 2018 21:00  Portuqaliya 3–3  İspaniya B qrupu 43866[12]
18 iyun 2018 18:00  Belçika 3–0  Panama G qrupu 43257[13]
23 iyun 2018 21:00  Almaniya 2–1  İsveç F qrupu 44287[14]
26 iyun 2018 17:00  Avstraliya 0–2  Peru C qrupu 44073[15]
30 iyun 2018 21:00  Uruqvay 2–1  Portuqaliya 1/8 Final 44287[16]
7 iyul 2018 21:00  Rusiya 2–2 (3–4 pen.)  Xorvatiya 1/4 Final 44287[17]
  1. "Fisht Olympic Stadium". Sochi2014.com. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  2. "Fisht Stadium". FIFA. 2018-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  3. Design for two major Sochi 2014 venues approved Arxiv surəti 31 oktyabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-10-31 at the Wayback Machine
  4. [1] Arxiv surəti 8 sentyabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-09-08 at the Wayback Machine
  5. "FIFA Picks Cities for World Cup 2018". RIA Novosti. 29 sentyabr 2012. 2014-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  6. "Russia to Spend $50 Million Taking Roof Off Sochi Olympic Stadium". The Moscow Times. 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  7. "Russia 2018 preparations suffer setback as Sochi Olympic Stadium completion date pushed back". InsideTheGames.biz. 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2016.
  8. "Matç hesabatı – B qrupu – Avstraliya - Almaniya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 19 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2017.
  9. "Matç hesabatı – A qrupu – Meksika - Yeni Zelandiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 21 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2017.
  10. "Matç hesabatı – B qrupu – Almaniya - Kamerun" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2017. 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2017.
  11. "Matç hesabatı – Yarı Final – Almaniya - Meksika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 29 iyun 2017. 2017-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
  12. "Matç hesabatı – B qrupu – Portuqaliya - İspaniya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2018.
  13. "Matç hesabatı – G qrupu – Belçika - Panama" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 18 iyun 2018. 2018-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2018.
  14. "Matç hesabatı – F qrupu – Almaniya - İsveç" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 23 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 iyun 2018.
  15. "Matç hesabatı – C qrupu – Avstraliya - Peru" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 26 iyun 2018. 2018-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 iyun 2018.
  16. "Matç hesabatı – 1/8 Final – Uruqvay - Portuqaliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 30 iyun 2018. 2018-06-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 iyun 2018.
  17. "Matç hesabatı – 1/4 Final – Rusiya - Xorvatiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 7 iyul 2018. 2018-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 iyul 2018.