Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007).
Roza Cəlilova | |
---|---|
Rozaliya İsmayıl qızı Cəlilova | |
Doğum tarixi | 17 may 1929 (94 yaş) |
Doğum yeri | Quba, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Fəaliyyəti | xoreoqraf, baletmeyster |
Fəaliyyət illəri | 1947–indiyə kimi |
Mükafatları |
|
Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur.[1] 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olmuşdur.
Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik etmişdir.
Hal-hazırda pedaqoji fəaliyyətə keçərək Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada fəaliyyət göstərir.
2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunmuşdur.[2]