Ruben Pol Adalyan

Ruben Pol Adalyan (ing. Rouben Paul Adalian; 5 iyul 1955, Beyrut) — ABŞ tarixçisi. O, Vaşinqtondakı Erməni Milli İnstitutunun direktoru, Corc Vaşinqton Universitetinin Elliot adına Beynəlxalq Münasibətlər Məktəbinin və Cons Hopkins Universitetinin professorudur.[1]

Ruben Pol Adalyan
Doğum tarixi 5 iyul 1955(1955-07-05) (69 yaş)
Doğum yeri
Elmi dərəcələri
İş yeri
Təhsili

Adalyan 1987-ci ildə Los-Anceles Kaliforniya Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Onun dissertasiyası Nikolay Adonts üzərində yazılmışdır.[2] O, bir çox elmi işlərin və məqalələrin, o cümlədən "Historical Dictionary of Armenia" və "From Humanism to Rationalism: Armenian Scholarship in the Nineteenth Century" əsərlərinin müəllifidir. Burada Adalyan "ingilis dilində diqqətdən kənarda qalan vacib bir mövzuya faydalı bir baxış bucağı təqdim etmişdir".[3]

Adalyan "Armenia and Karabagh Factbook"un redaktoru və mükafata layiq görülmüş "Encyclopedia of Genocide" nəşrinin köməkçi redaktorudur.[4]

  1. About the author / Historical Dictionary of Armenia, by Rouben Paul Adalian, Scarecrow Press, 2010, p. 673
  2. Adalian, Rouben Paul. Nicholas Adontz: the quest for a rational history. Worldcat (English). 1987. OCLC 17859851. İstifadə tarixi: 3 December 2020.
  3. "From Humanism to Rationalism Review, Journal of the Society for Armenian Studies (1994), Volume 7, pp. 180-182". 2004-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-07.
  4. "Rouben Paul Adalian, Abril Books". 2009-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-16.